301) Disfagiya nədir?
A) Udma aktının pozulması
B) Qidanın mədədən 12 barmaq bağırsağa keçməsinin ləngiməsi
C) Mədə möhtəviyyatının ağızdan xaric olması
D) Yoğun bağısaqların distal hissəsinin boşalması
E) Mədə möhtəviyyatının qida borusuna keçməsi
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh.35 “ Çıraq” 2008.
302) Hipertonik imalə hansı məhlullarla aparılır?
1) 10%-li natrium-xloridlə
2) 20-30%-li maqnezium sulfat məhlulu
3) Çobanyastığı dəmləməsi ilə
4) Nişasta ilə
5) Xloral-hidrat ilə
6) Bitki yağı ilə
A) 1, 6
B) 3, 4
C) 5, 6
D) 2, 5
E) 1, 2
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.206. “ Təhsil ”Bakı 1998.
303) Anuriya nədir?
A) Gün ərzində sidik ifrazının azalması
B) Tez - tez az miqdarda sidik ifrazının olması
C) Sidik ifrazının ağrılı olması
D) Sidik ifrazının olmaması
E) Gün ərzində sidik ifrazının artması
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122
Dostları ilə paylaş: |