380) Qida borusu xərçənginin əsas simptomları hansılardır?
A) Döş sümüyü arxası təzyiqedici ağrı, disfagiya
B) Döş sümüyü arxası təzyiqedici ağrı, bulimiya
C) Döş sümüyü arxası təzyiqedici ağrı, kardiospazm
D) Döş sümüyü arxası təzyiqedici ağrı, hipersalivasiya
E) Döş sümüyü arxası təzyiqedici ağrı, requrqitasiya
Ədəbiyyat: И.Н. Броновеч Справочник по гастроэнтерологии «Беларусь» Минск 1998
381) Mədənin xərçəngönü xəstəliklərinə hansı aiddir?
A) Fleqmonoz qastrit
B) Korroziv qastrit
C) Sadə kəskin qastrit
D) Xroniki atrofik qastrit
E) Xroniki hiperasid qastrit
Ədəbiyyat: И.Н. Броновеч Справочник по гастроэнтерологии «Беларусь» Минск 1998
382) 12 barmaq bağırsaq xorasının kəskinləşmə dövründə əsas hansı preparat işlədilir?
A) Omeprazol
B) Zülal hidrolizatları
C) Antasidlər
D) Solkoseril (inyeksiya)
E) Aloe, metilurasil
Ədəbiyyat: R.M. Məmmədhəsənov. Daxili xəstəliklər. “Şirvannəşr”. Bakı 2004
Dostları ilə paylaş: |