1161) Baş beyin damarlarının aterosklerozu zamanı erkən psixi pozulma nədən ibarətdir? A) Emosional zəiflik
B) Öz vəziyyətinə qarşı tənqidin itməsi
C) Qıcıqlandırıcı zəiflik
D) Yaxın hadisələrə qarşı yaddaşın zəifləməsi
E) Maraq dairəsinin azalması
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1162) İsterik tutma nə qədər çəkir? A) 1 saat
B) 3 saat
C) 5 saat
D) 2 saat
E) Qeyri- muəyyən vaxta qədər
Ədəbiyyat: N.V.İsmayılov “Psixiatriya”, “QAPP-Poliqraff”. Bakı, 2004
1163) Epidemik ensefalit zamanı gözün hərəki pozğunluqları hansı zədələnmə nəticəsində meydana çıxır? A) Görmənin qabıq mərkəzinin zədələnməsi
B) Uzaqlaşdırıcı sinir nüvəsinin zədələnməsi
C) Gözün hərəki sinir nüvəsinin zədələnməsi
D) Arxa və boylama dəstənin zədələnməsi
E) Gözün hərəki sinir nüvəsi və qabığının zədələnməsi
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1164) Poliemielit zamanı mərkəzi sinir sisteminin hansı şöbəsi zədələnir? A) Periferik hərəki və hissi neyronlar
B) Ekstrapiramid sistem
C) Mərkəzi və periferik hərəki neyronlar
D) Onurğa beyninin ön buynuzları və hərəki nüvəsi
E) Onurğa beyninin seqmentar aparatı
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1165) Dağınıq skleroz ən çox hansı yaş dövrünə təsadüf edir? A) 30-40 yaş
B) 21-25 yaş
C) 50-60 yaş
D) 7-8 yaş
E) 10-15 yaş
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003
1166) Üçlü sinirin nevralgiyası üçün xarakter əlamət nədir? A) Ənsə əzələlərinin rigidliyi
B) Üzün bir tərəfində tutmaşəkilli ağrılar
C) Burun-dodaq büküşünün hamarlanması
D) Qaşları qaldıran zaman alında qırışların olmaması
E) Qusma
Ədəbiyyat: R.K.Şirəliyeva “Sinir sistemi xəstəlkləri”. Bakı 2003