915) Neqele formulası ilə doğuşun vaxtını hesablamaq üçün axırıncı aybaşının birinci günündən necə çıxmaq lazımdır? A) 3 ay çıxmaq və 7 - gün üstə gəlmək
B) 4 ay çıxmaq
C) 4 ay çıxmaq və 7 – 10 gün üstə gəlmək
D) 3 ay çıxmaq
E) 3 həftə çıxmaq
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
916) Uşaqlığın dibi qasıq simfizi ilə göbək arasında olduqda, hamiləlik hansı müddətə uyğun gəlir? A) 14 həftə
B) 22 həftə
C) 12 həftə
D) 20 həftə
E) 16 həftə
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
917) Doğuşa yaxın uşaqlıq boynunun yetişməsini göstərən əlamət hansıdır? A) Xarici dəlik barmağın ucunu buraxır
B) Uşaqlıq boynunun uzunluğu 3 sm - dir
C) Uşaqlıq boynu arxaya yönəlmişdir
D) Uşaqlıq boynunun uzunluğu 4 sm - dir
E) Uşaqlıq boynunun 1 sm-ə qədər qısalması
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
918) Doğuşun başlanmasını göstərən əlamət hansıdır? A) Sancıların 5 – 8 dəqiqədən bir olması
B) Sancıların 10 – 12 dəqiqədən bir olması
C) Selikli tıxacın xaric olması
D) Dölyani mayenin axması
E) Qanaxma
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
919) Doğum fəaliyyətinin başlanmasını hansı əlamət göstərir? A) Qanaxmanın olması
B) Döl başının kiçik çanaq girəcəyinə pərcim olması
C) Dölyani mayenin olması
D) Requlyar sancıların əmələ gəlməsi və uşaqlıq boynunun hamarlaşması
E) Uşaqlıq boynunun qısalması
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985
920) Doğuşun ikinci dövrü necə adlanır? A) Son
B) Qovulma
C) Preliminar
D) Acılma
E) Zahılıq
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985