987) Qızılcanın ilkin diaqnozunu təsdiq edən simptomlar hansılardır?
A) Belski – Filatov- Koplik ləkələri
B) Pastia simptomu
C) “Moruğabənzər dil ” simptomu
D) Ənsə və boyun limfa düyünlərinin böyüməsi
E) Podalka simptomu
Ədəbiyyat: N.Əliyev “ Yoluxucu xəstəliklər ” 1993
988) Qızılca zamanı papulyoz-ləkəli səpki neçənci günü əmələ gəlir və nə qədər davam edir?
A) 7-8-ci gün başlayır , 1-2 gün davam edir
B) Xəstəliyin ilk günü əmələ gəlir və sona qədər davam edir
C) Xəstəliyin son günündən başlayır, 4 gün davam edir
D) 4-5 gün əmələ gəlir , 3-4 gün davam edir
E) Xəstəliyin ilk günündən başlayaraq axıra qədər davam edir
Ədəbiyyat: N.Əliyev “ Yoluxucu xəstəliklər ” 1993
989) Məxmərəyin törədicisini göstərin :
A) Viruslar
B) Bakterialar
C) Göbələklər
D) Parazitlər
E) Xlamidiyalar
Ədəbiyyat: N.Əliyev “ Yoluxucu xəstəliklər ” 1993
990) Göy öskürəyin əsas klinik simptomları hansılardır?
A) Temperaturun yüksəlməsi, üzün hiperemiyası, quru öskürək, limfa düyünlərinin böyüməsi
B) Baş ağrısı, yüsək temperatur, burun tənəffüsünün çətinləşməsi, bəlğəmli öskürək, dəri üzərində urtikar səpkilərin əmələ gəlməsi
C) Başda, beldə ağrılar, cəng olmalar, öskürək
D) Ürək bulanma, qusma, temperatur, ishal
E) Kataral əlamətlər, öskürək tutmaları, hipoksiya
Ədəbiyyat: N.Əliyev “ Yoluxucu xəstəliklər ” 1993
991) Epidemik parotitin törədicisi hansılardır?
A) Rikketsiyalar
B) Xlamidiyalar
C) İbtidailər
D) Viruslar
E) Bakteriyalar
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
992) Epidemik parotitdə inkubasiya dövrünün müddəti nə qədərdir?
A) 30 dəqiqə, 2 – 3 gün
B) bir neçə saat
C) 1 – 7 gün
D) 3 – 10 gün
E) 11 – 23 gün
Ədəbiyyat: Э. П. Шувалова «Инфекционные болезни» 1999
Dostları ilə paylaş: |