http://www.amu.edu.az
30 noyabr 2015-ci il
2
Əvvəlcə stamatologi-
ya fakültəsinin dekanı,
professor Zöhrab Qa-
rayevin “ATU-nun sto-
matologiya fakültəsində
tədrisin vəziyyəti və gənc
mütəxəssislərin hazırlan-
masının yaxşılaşdırılması
işində kollektiv qarşısında
duran vəzifələr” barədə
hesabatı dinlənildi.
U
lu öndər Heydər
Əliyevin və onun la-
yiq li
davamçısı,
Azər baycan
Respublikası-
nın Prezidenti cənab İlham
Əliyevin uğurlu daxili və
xarici siyasəti nəticəsində
ölkəmizin beynəlxalq arenada
inamla irəlilədiyi bir dövrdə
ali təhsil işçilərinin üzərinə
yeni və məsul vəzifələr düş-
düyünü vurğulayan fakültə
dekanı bildirdi ki, bu ba-
xımdan əhalinin sağlamlığı-
nın qorunmasını təmin edən
tibb kadrlarının, o cümlədən
stomatoloqların
hazırlan-
ması da dövlət əhəmiyyətli
məsələdir. Respublikamız-
da həkim-stomatoloq ha-
zırlayan Azərbaycan Tibb
Universitetinin
stomatolo-
giya fakültəsi məsuliyyətini
dərk edərək, yüksək ixtisas-
lı mütəxəssislər hazırlamaq
üçün öz fəaliyyətini norma-
tiv sənədlərə əsasən həyata
keçirir, tədris prosesinin
keyfiyyətinin yüksəldilməsinə,
gənc mütəxəssislərin peşə
hazırlığının yaxşılaşdırılma-
sına, onların ümumbəşəri
və milli dəyərlər əsasında
tərbiyə edilməsinə çalışır.
Fakültəyə daxil olan 9 ka-
fedrada çalışan professor-
müəllim heyətinin 52%-nin
elmi dərəcəsi olduğunu xa-
tırladan Z.Qarayev qeyd etdi
ki, bunlardan 19 nəfəri elm-
lər doktoru, professor, 39
nəfəri dosent, 32 nəfəri baş
müəllim, 140 nəfəri isə as-
sistent və müəllimdir.
Fakültə dekanı onu da bil-
dirdi ki, hazırda fakültədə
təhsil alan 735 tələbənin
247 nəfəri xarici ölkə və
488 nəfəri Azərbaycan
vətəndaşlarıdır. Tələbələrin
557 nəfəri Azərbaycan, 69
nəfəri rus, 109 nəfəri isə in-
gilis bölməsində təhsil alır.
Dekanlığın işinin əsasını
təşkil edən tədris prosesi-
nin təkmilləşdirilməsi istiqa-
mətində görülən tədbirlərdən
danışan fakültə dekanı ixti-
sas kafedralarında tələbələrin
təcrübi bacarıqlarının və peşə
hazırlığının yaxşılaşdırılma-
sına
yönəldilmiş
müasir
müayinə və müalicə metodla-
rının tətbiq olunduğunu dedi.
O, fakültədə tədrisin səviy-
yə sinin ayrı-ayrı fənnlər üzrə
tələbələrin ilkin mənimsəmə
və keyfiyyət göstəricilərilə
qiymətləndirildiyini söyləyə-
rək son dörd tədris ilinin qış
və yay imtahan sessiyasının
yekunlarının təhlili üzərində
xüsusi dayandı: “Fakültədə
tədrisin əsas göstəriciləri
ildən-ilə artmaqda davam
edir. Belə ki, qış imtahan ses-
siyasının nəticələrinə görə
fakültə üzrə ilkin mənimsəmə
göstəricisi 2011/12-ci ildə
62,4%, keyfiyyət göstəricisi
16,2%, həmin göstəricilər mü-
vafiq olaraq 2012/13-cü ildə
64,0% və 28,0%, 2013/14-cü
ildə 66% və 38,8%, 2014/15-
ci tədris ilində isə 84,3% və
52,7% olmuşdur.
Yay imtahan sessiyası-
nın nəticələrinə görə ilkin
mənimsəmə
göstəriciləri
2011/12-ci
ildə
50,1%,
2012/13-cü ildə 64,7%;
2013/14-cü ildə 70,8%,
2014/15-ci
ildə
95,1%,
keyfiyyət göstəriciləri isə mü-
vafiq olaraq 20,4%, 22,8%,
44,6% və 62,7% olmuşdur.
Göründüyü kimi, yay im-
tahan
sessiyasının
ilkin
mənimsəmə və keyfiyyət
göstəriciləri qış imtahan ses-
siyasının
göstəricilərindən
yuxarıdır. Ancaq buna bax-
mayaraq bu sahəyə, xüsusilə
keyfiyyət
göstəricilərinə
diqqəti ildən-ilə artırmalıyıq”.
Dərsə davamiyyəti tədrisin
keyfiyyətinə təsir göstərən
əsas amillərdən biri kimi
səciyyələndirən
Z.Qarayev
he sa bat müddətində hər
tələbəyə düşən dərs burax-
ma hallarının 20,3 saatdan
14,8 saata düşdüyünü, lakin
bu səviyyənin dekanlığı qane
etmədiyini də diqqətə çat-
dırdı: “Dərsə davamiyyət, ni-
zam-intizamı yaxşılaşdırmaq,
tələbələrin məsuliyyətini artır-
maq üçün hər həftənin cümə
günü qrup nümayəndələri ilə
görüşlər zamanı dərs burax-
ma hallarının səbəbləri təhlil
edilib müvafiq ölçü götürü-
lür. Qeyd etmək istəyirəm
ki, üzürsüz dərs buraxmanın
kəskin azaldılması məsələsi
fakültə kollektivinin qarşısın-
da duran vacib məsələlərdən
biri olaraq qalır.
Dərsə davamiyyətin və
mənimsəmə göstəricilərinin
yaxşılaşdırılmasına
imta-
han sessiyasına artıq 2 ay
qalmış
professor-müəllim
heyəti və tələbələrimizin iş-
tirakı ilə keçirilən istehsalat
müşavirələrini, eləcə də im-
tahan qabağı dövrdə rek-
torluğun imtahan götürən
müəllimlərlə apardığı müşa-
vi rələrin mühüm rolu var-
dır. Həmin müşavirələrdə
tələbələrin arzu və şikayətləri
dinlənilir, tədrisin vəziyyəti
ciddi təhlil edilir və qarşıda
duran vəzifələr konkret ola-
raq müəyyənləşdirilir”.
Stomatoloji Klinikanın yara-
dılmasını fakültənin həyatında
ən uğurlu hadisə adlandıran
Z.Qarayev tədris prosesi-
nin keyfiyyətli aparılmasın-
da maddi-texniki bazanın
böyük əhəmiyyət daşıdığını
vurğuladı. Tədris-metodik və
elmi işlər, TEC-in fəaliyyəti,
tərbiyə işləri haqqında da
ətraflı söhbət açan fakültə
dekanı çıxışının sonunda
bundan sonra da bütün bi-
lik və bacarıqlarını mənəvi
cəhətdən saf, milli dəyərlərə
və dövlətçiliyimizə sədaqətlə
xidmət edən yüksək ixtisaslı
həkim-stomatoloqların ha-
zırlanmasına sərf edəcəklərinə
əminliyini bildirdi.
Kafedra müdirləri Çingiz
Rəhimov, Arif Əfəndiyev, Rəna
Əliyeva, istehsalat təcürbəsi
dekanı Şəfa Əliyev, reziden-
tura şöbəsinin müdiri Riz-
van Məmmədov çıxışların-
da fakültənin uğurları ilə
yanaşı mövcud problemlərə
də toxundular və hesabatı
qənaətbəxş qiymətləndirdilər.
Akademik
Ə.Əmiraslanov
müzakirələrə yekun vuraraq
qeyd etdi ki, universitetdə əsas
aparıcı qüvvə dekanlıqlardır.
Ona görə də imkan düşdükcə
ayrı-ayrı fakültələrin hesa-
batlarını dinləmişik. Bu gün
də Zöhrab müəllim stoma-
tologiya fakültəsinin bir neçə
illik fəaliyyətinə dair dərin
məzmunlu və hərtərəfli hesa-
bat verdi.
Stomatologiyanın dünya-
da tibbdən ayrı bir sahə he-
sab olunduğunu və başqa bir
ixtisas sahəsi kimi götürül-
düyünü xatırladan akademik
bildirdi ki, buna baxmaya-
raq, əgər təbabətin tərkib
hissəsi kimi qəbul eləsək ən
çevik, ən sürətlə inkişaf edən
bir sahədir: “Çünki hər gün
yeni texnologiyalar, yeni ava-
danlıqlar təcrübəyə tətbiq
edilməyə başlayır və müa-
sir klinikalarda çalışırlar ki,
bu avadanlıqları əldə edərək
tələbələrə göstərsinlər. Mənə
elə gəlir ki, bu istiqamətdə
ATU-nun Stomatoloji Klini-
kasının fəaliyyəti qənaətbəxş
hesab edilə bilər”.
Ulu Öndərin diqqət və qay-
ğısı sayəsində 2002-ci ildə
yaradılan klinikanın stomato-
logiya fakültəsinin fəaliyyətinə
müsbət təsirini önə çəkən
akademik
Ə.Əmiraslanov
klini kada ən müasir tədris
mərkəzinin yaradıldığını da
vurğuladı. Ancaq böyük vəsait
hesabına yaradılan bu tədris
mərkəzinin gücündən hələ
tam istifadə olunmamasından
təəssüfünü də dilə gətirdi.
Vaxtilə problemli fakültə
kimi tanınan stomatologi-
ya fakültəsinin indiki fəaliy-
yətindən razı qaldığını söy-
ləyən akademik fakültədə
böyük nüfuz qazanan Zöhrab
Qarayevin təcrübəsini və şəxsi
keyfiyyətlərini də yüksək
qiymətləndirdi.
Professor-müəllim heyətini
“Elmin İnkişaf Fondu”nun
müsa biqələrində iştirak et-
mə yə çağıran Ə.Əmiraslanov
dərsliklərin nəşri, proqram-
ların yenilənməsi və rezi-
dentlərin rotasiyası məsə-
lə lərinə də toxunaraq bəzi
ka fedralarda
tələbələrə
məc buri kitab satışının yol-
verilməz olduğunu söylədi və
satış üçün nəzərdə tutulan
kitabların universitetin kitab
köşkünə verilməsini məsləhət
gördü.
Böyük Elmi Şura müsabiqə
məsələlərini həll etməklə öz
işini yekunlaşdırdı.
Arif MƏMMƏDLİ
Dostları ilə paylaş: