- Doğrudurmu ki, güclü immunitetə
malik olan insanlar vərəm xəstəliyinə
tutula bilməz ?
- Çox yerinə düşən bir deyim var
ki, vərəm elə xəstəlikdir ki, heç vaxt
öz vizit kartını əvvəlcədən heç kəsə
göndərmir. Bu baxımdan hər bir kəs
ömrünün istənilən dövründə vərəmlə
xəstələnə bilər. Ancaq təbii ki, vərəmlə
xəstələnməyə görə risk qrupu olan
şəxslər var ki, o, insanlarda vərəm daha
çox rast gəlinir. Bu risk qrupunu təşkil
edən insanlarda immunitetin zəifləməsi
əsas faktorlardan biridir. Qeyd etmək
istəyirəm ki, normal həyat tərzi keçirən,
zərərli vərdişləri və vərəmə meylliliyi ar-
tıran yanaşı xəstəlikləri (məs. şəkərli di-
abet, hormonal preparatların qəbulu) ol-
mayan, həmçinin irsi olaraq bu xəstəliyə
davamlı olan şəxslər vərəmlə çox az-az
hallarda xəstələnir.
Dostları ilə paylaş: |