http://www.amu.edu.az
30 noyabr 2015-ci il
6
ATU-nun Tədris Te-
rapevtik Klinikasında
Azərbaycan Kardiologiya
Cəmiyyətinin 4-cü Mil-
li Konqresi çərçivəsində
“Ürəyin Anatomiyası” kur-
su təşkil olunub.
T
oplantıda tibb üzrə
fəlsəfə doktoru Mah-
mud Bağırzadə “Ürəyin
Embrioloji İnkişafı “mövzusunda
mühazirə ilə çıxışında insan ürəyinin
rüşeym, döl və doğulduqdan sonra-
kı dövrlərdə inkişaf mexanizmini iş-
tirakçıların diqqətinə çatdırdı.
Tədris Terapevtik Klinikanın
həkim kardioloqu Fuad Səmədov
isə “Ürək Qapaqlarının Klinik Ana-
tomiyası” adlı mühazirəsində ürək
qapaqlarında gedən dəyişikliklərin
fərqli
təsnifatlarını
aparılmış
müayinə nəticələri əsasında izah etdi.
Daha sonra klinikanın kardioloqu
t.ü.f.d Elnur İsayev “Ürəyin Arteri-
al və Venoz Sistemi” mövzusunda
etdiyi çıxışında ürək damarlarının
şaxələnməsi və ürəyin qidalanması-
yollarından danışdı.
Mühazirələrdən sonra kurs prak-
tiki hissə ilə davam
etdi.
Azərbaycan
Ürək
və
Da-
mar
Cərrahiyyəsi
Cəmiyyətinin sədri,
tibb elmləri dokto-
ru Kamran Musayev
və Tədris Terapev-
tik Klinikanın Ürək-
damar Mər kəzinin
rəhbəri, dosent dr.
Fərid Əliyev həkim
rezident və tələbələr
üçün ürəyin disseksiyasını həyata
keçirdilər.
Konqres öz işini noyabrın 28 və
29-u Hilton otelində davam etdir-
mışdir.
Dostları ilə paylaş: