ATU
-nun Bey nəl xalq
Əla qələr üzrə
pro rek toru, Terpaevtik və
Propedevtik propedevtika
kafedrasının
dosenti
Rəhimə Qabulovanın mət-
buat xidmətinə ver diyi
məlumata əsasən, bu ilin
noyabr ayından etibarən
ölkəmizdə
Azərbaycan
Ürək Çatışmazlığı Regis-
trinin (AÜÇR) tətbiqinə
başlanılıb. Registr ATU və
Səhiyyə Nazirlyinin İcimai
Səhiyyədə İslahatlar Mər-
kəzinin əməkdaşlığı ilə
gerçəkləşdirilir.
AÜÇR-nin əsas məqsədi ürək
çatışmazlığı diaqnozu ilə hospi-
talizasiya olunmuş və ambulator
qaydada təqib olunan xəstələr
haqda məlumatın, onların diaq-
nostika və müalicə nəticələrinin
toplanılması və təhlilidir. Top-
lanılmış məlumatlarının analizi
əsasında müalicəvi, diaqnostik,
profilaktik, habelə reabilitasiya
ilə bağlı qısa və uzun müddətli
hədəf proqramların yaradılması
və müdaxilə tədbirlərinin işlənib
hazırlanması və icrası nəzərdə
tutulub.
TTK əməkdaşlarından ibarət
işçi qrupun təşəbbüsü ilə, AÜÇR,
ilkin mərhələdə Tibb Universite-
tinin Tədris-Terapevtik Klinikası-
nın bazasında, pilot olaraq Klinik
Registr kimi təsis edilib.
Artıq bir neçə gündür ki, TTK-
nin Ürək Mərkəzində Ürək Ça-
tışmazlığı diaqnozu ilə müayinə
və müalicə olunan xəstələrin
qeydiyyatına başlanılıb. Bu-
nun üçün ATU-nun TTK-nın və
Azərbaycan Səhiyyə Nazirliyi
İSİM əməkdaşlarından ibərət
ekspertlər qrupu tərəfindən
xüsusi sorğu anketi hazırlanıb
və İSİM-in Səhiyyə Siaysəti və
İslahatlar Şöbəsi tərəfindən
on-line elektron forma şəklində
proqramlaşdırılıb. Klinik registrin
tətbiqinə müvəffəqiyyətlə başa-
dıqdan sonra, TTK-nın müsbət
təcrübəsi həkimlərin xüsusi
təlim və məlumatlandırılması ilə
paralel olaraq, Bakı şəhəri və
Respublikanın bölgələrinə yayı-
lacağı planlaşdırılıb.
Qeydiyyatdan keçmiş ÜÇ-
dan əziyyət çəkən xəstələrin
diaqnostikası və müalicəsində
istifadə edilən strategiyalar,
beynəlxalq kardioloji cəmiyyətlər
və Səhiyyə Nazirliyinin təsdiq
etdiyi
klinik
protokollarda
yer almış tövsiyələrin tətbiqi
qiymətləndiriləcək,
nəticələr
təhlil ediləcək və bu barədə
elmi və ictimai səhiyyəyə dair
dərgilərdə mütəmadi məlumat
veriləcək.
Qeyd etmək istərdik ki, bu
layihə ölkəmizdə ürək-damar
xəstəliklərinin qeydiyyatı üçün
tətbiq edilən və geniş miqyas-
da həyata keçiriləcək ilk registr
olub, gələcəkdə daha çox no-
zologiyaların əhatə olunmasını
nəzərdə tutur.
Dostları ilə paylaş: |