30noyabr 2015-ci il
http://www.amu.edu.az
5
UNAİDS Ümumdünya QİÇS-lə Mübarizə
Günü
ərəfəsində 2030-cu ilədək QİÇS-in
aradan qaldırılması üzrə tədbirlər haq-
qında yeni hesabat təqdim edib.
BMT-nin İnformasiya mərkəzi
xəbər verir ki, sənəddə son 15 il ərzində
bu virusla mübarizədə nəzərəçarpacaq
irəliləyiş əldə olunduğu bildirilir. İyun
ayına olan vəziyyətə görə, 2015-ci ildə
15,8 milyon insan retrovirus əleyhinə
müalicəyə cəlb olunub ki, bu da son beş
illə müqayisədə iki dəfə çoxdur. Ötən
ilin sonunda isə İİV-lə yaşayan 36,9 mil-
yon insan qeydə alınıb. Bu insanlar diaq-
nozdan sonra təcili müalicə almalıdırlar.
“Biz hər beş ildə müalicə alanla-
rın sayının iki
dəfə artırılma-
sına nail oluruq.
Əsas hədəf QİÇS
epidemiyasını
dayandırmaq-
dır. Elə etmək
lazımdır ki, bu xəstəlik bir daha geri
qayıtmasın”, - deyə UNAİDS-in icraçı di-
rektoru Mişel Sidibe deyib.
Hesabatda qeyd olunur ki, 2000-ci
illə müqayisədə İİV-ə yoluxma halları-
nın sayı 2014-cü ildə 35 faiz, QİÇS-dən
ölüm hallarının sayı isə 42 faiz azalıb.
Ümumdünya QİÇS-lə Mübarizə
Günü hər il dekabrın 1-də qeyd olunur.
Dostları ilə paylaş: