http://www.amu.edu.az
30 noyabr 2015-ci il
4
siyasət nəticəsində bütün
sahələrdə olduğu kimi, səhiyyə və
tibb təhsili sahəsində də böyük
nailiyyətlər əldə edilib: “Cənab
Prezident İlham Əliyevin dəstəyi
nəticəsində Tibb Universitetinin ən
müasir tibbi avadanlıqlarla təchiz
edilmiş klinikaları inşa edilərək
istifadəyə verilib. Bu dövr ərzində
Tibb Universitetinin beynəlxalq
əlaqələri daha da genişlənib.
Xüsusilə, Azərbaycanla qardaş
Türkiyə və digər xarici ölkələr
arasında tibbin müxtəlif sahələri
üzrə elmi və təcrübi əlaqələri
möhkəmləndirmək, onları yüksək
səviyyədə inkişaf etdirmək,
davamlı işbirliyi qurmaq məqsədilə
mühüm toplantıların keçirilməsi
bir ənənə halını alıb”. Akademik
əlavə edib ki, Tibb Universiteti
dəfələrlə beynəlxalq konfrans-
lara, qurultaylara və elmi-praktik
seminarlara ev sahibliyi edib.
“Bu möhtəşəm toplantının işinə
uğurlar diləyir, tibb elminin
inkişafı naminə hər birinizə yeni-
yeni uğurlar arzulayıram” – deyə,
Ə.Əmiraslanov bildirib.
Sonra Türk Daxili Xəstəliklər
Uzmanlıq Dərnəyinin İdarə
Heyətinin sədri prof. dr. Serhat
Ünal çıxış edib. Azərbaycanda
olduğu üçün sevinc hissi keçirdiy-
ini bildirib. Onun sözlərinə görə,
Türk Daxili Xəstəliklər Uzmanlıq
Dərnəyinin 1-ci toplantısı 1012-
ci il 16-17 noyabrda Kosovada,
2-ci toplantısı 2013-cü il 6-8
dekabrda Makedoniyada, 3-cü
toplantı 2014-cü il mayın 23-24-
də Bosniya-Herseqovinada, 4-cü
toplantısı 2014-cü il 4-6 senty-
abrda Moskvada, 5-ci toplantısı
isə 2014-cü il 19-21 sentyabr-
da Belqradda keçirilib: “Dünya
ölkələri ilə qarşılıqlı əlaqələri
genişləndirmək məqsədi ilə 6-cı
toplantını qardaş Azərbaycanda
ATU ilə birgə gerçəkləşdirməyi
planlaşdırdıq. Ümüdvarıq ki,
Bakıda təşkil etdiyimiz bu toplantı
hər iki ölkənin tibb sahəsindəki
əməkdaşlığını daha da genişləndi
rəcək.”
Qeyd edək ki, konfrans 3 gün
davam edib. Toplantı zamanı
Əlizamin Sadıqov, Turhan Ece,
Avtandil Verdiyev, Birol Özer,
Tamfira Alıyeva, Rüştü Serter,
Ayşəgül Atmaca, Kərim Gülər
şəkərli diabet, qastroezofaqial
reflüks, xroniki obstruktiv ağciyər
xəstəliyi kimi ən aktual daxili
xəstəliklər üzrə məruzələr edib və
fikir mübadiləsi aparıblar.
Dostları ilə paylaş: