Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub


“Şərq tərəfdaşlığı” proqramı səhiyyə



Yüklə 12,95 Mb.
Pdf görüntüsü
səhifə6/36
tarix02.01.2022
ölçüsü12,95 Mb.
#1025
1   2   3   4   5   6   7   8   9   ...   36
“Şərq tərəfdaşlığı” proqramı səhiyyə 

sahəsində yeni əlaqələrin qurulmasına yol açır

Səhiyyə 

Nazirliyinin 

dəstəyi  ilə  Azərbaycan 

Tibb 

Universitetinin 

(ATU)  Tədris  Cərrahiyyə 

Klinikasında 

aparılan 

koxlear 

implant 

əməliyyatları uğurla başa 

çatıb.

Səhiyyə  naziri  Oqtay 

Şirəliyevin tapşırığı ilə dörd 

xəstə əməliyyat edilib. Se-

vindirici  haldır  ki,  artıq  bu 

proses  dövlət  tərəfindən 

dəstəklənir. 

Belə 


ki, 

əməliyyat  zamanı  taxılan 

cihazlar  Səhiyyə  Nazirliyi  tərəfindən 

təqdim olunub.

“Daxili 

qulağın 


protezləşməsi” 

əməliyyatları sayəsində anadangəlmə, 

eşitmə  qabiliyyəti  heç  olmayan  uşaq-

ların  eşitməsi  bərpa  edilir.  Tədris 

Cərrahiyyə Klinikası bu əməliyyatların 

həyata keçirilməsi üçün hər cür şərait 

və avadanlıqla təchiz olunub.

Klinikanın 

qulaq-burun-boğaz 

şöbəsinin  müdiri  Yusif  Hacıyev  de-

yib  ki,  bu  əməliyyatların  uğurlu 

keçməsi  üçün  xəstələrin  mümkün 

qədər  tez  -  4  yaşa  qədər  müraciət 

etməsi əsas şərtlərdən biridir. “Hazır-

da  əməliyyat  etdiyimiz  uşaq  1  yaş  8 

aylıqdır.  Yəni  biz  artıq  nitq  inkişafının 

başlanğıcında  bu  körpəyə  implant  ci-

hazı  taxmış  olduq.  Bu  uşaq  artıq  öz 

həmyaşıdlarından 

fərqlənməyəcək, 

danışığı  da  gecikməyəcək”,  -  deyə 

Y.Hacıyev bildirib.

Həkim  bütün  uşaqların  vaxtında 

eşitmə  müayinəsindən  keçirilməsinin 

vacib olduğunu vurğulayıb.

Qeyd  edək  ki,  əməliyyat  zamanı 

eşitməyən uşaqların qulağına implant 

daxil  edilir.  Bu  da  körpələrin  rahatlıq-

la  eşitməsinə  və  danışmasına  kömək 

edir. 



Yüklə 12,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin