Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub



Yüklə 12,95 Mb.
Pdf görüntüsü
səhifə4/36
tarix02.01.2022
ölçüsü12,95 Mb.
#1025
1   2   3   4   5   6   7   8   9   ...   36
Noyabrın 23-də   akademik 

Əhliman  Əmiraslanov  Tür-

kiyə nin  Elsevier  və  Gemini 

şirkətinin  nümayəndələrini 

qəbul  edib.  Görüş  zamanı 

akademik 

Ə.Əmiraslanov 

Tibb Universiteti ilə Elsevier 

şirkəti 

arasında 

yüksək 

səviyyəli 

əməkdaşlıqdan 

məmnun  olduğunu  bildirdi.  

O,    Azərbaycan  Tibb  Uni-

ver  sitetinin  səhiyyə  sa hə-

sindəki  yeniliklərlə  daim 

maraqlandığını  və  modern 

texnologiyaların  tətbiqinə  başladığını 

bildirib.  Akademik  Ə.Əmiraslanovun 

sözlərinə  görə,  həkimlərin  bu  cür 

elektron  proqramdan  yararlanması 

onların işinə böyük fayda gətirə bilər. 

Gemini Ltd.-nin nümayəndəsi Eda 

Özdemiroğlu  şirkətin  təqdim  etdiyi 

“ClinicalKey” sistemi ilə bağlı ətraflı 

açıqlama  verərək  artıq  Türkiyənin 

demək  olar  ki,  bütün  klinikalarında 

bu  sistemdən  istifadə  olunduğunu 

bildirdi.

Elsevier  şirkətinin  meneceri  Atilla 

Ikinci  təqdim  olunan  Clinical  Key 

sağlamlıq  araşdırmalarına  yeni  bir 

yanaşmanı  təklif  etdiyini  bildirib. 

Onun  sözlərinə  görə,  təqdim  olu-

nan  axtarış  sistemi  səhiyyənin  və 

cərrahiyyənin  bütün  bölmələrini 

əhatə  edir.  Bu  proqram  həkimlərin 

işini  sürətləndirməsi,  elm  adamla-

rının  daha  dolğun  araşdırma  apar-

masına imkan yaradır. 

Qeyd edək ki, “Clinical Key” proq-

ramından artıq ATU-nun Tədris Te-

rapevtik  Klinikasında  tətbiq  olunur. 

Bu yaxınlarda isə ATU-nun Onkoloji 

klinikasında həmin sistemin təqdim 

olunacağı planlaşdırılır.

Görüşdə  ATU-nun  beynəlxalq 

əlaqələr  üzrə  prorektoru  Rəhimə 

Qabulova  və  beynəlxalq  əlaqələr 

şöbəsinin müdiri Nadir Zeynalov da 

iştirak edirdilər. Qeyd edildi ki, Tibb 

Universitetinin  klinikalarında  artıq 

bu  cür  sistemlər  tətbiq  olunur  və 

belə proqramlar tibb işçilərinin, elm 

adamlarının  elektron  qaynaqlara 

çatmasını daha da asanlaşdırır.

Qeyd  edək  ki,  Elsevier  elm  və 

səhiyyə  sahəsində  informasiya-

texnologiya  həllərini  təqdim  edən 

ən böyük qurumlardan biridir. Clini-

cal  Key  axtarış  sistemi  isə  özündə 

2200  jurnal,  25  min  adda  kitab, 

sorğu  kitabçalarını  birləşdirir.  Ge-

mini  Büro  sistemləri  və  Donatım 

LTD  isə  universitetlər  də  daxil  ol-

maqla  bir  çox  təhsil  və  səhiyyə 

müəssisələrində  elektron  kitabxa-

nalar quraşdırır.


Yüklə 12,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin