inkişaf edən bir sahədir”.
30noyabr 2015-ci il
http://www.amu.edu.az
3
ATU-nun mətbuat xidməti
Noyabrın 18-də Azərbaycan
Tibb Universitetində (ATU) aka-
demik
Əhliman
Əmiraslanovla
Macarıstanın Azərbaycandakı föv-
qə ladə və səlahiyyətli səfiri İmre
Laslotski və müşaviri Şandor
Kapitani arasında görüş keçirilib.
Görüşdə Əhliman Əmiras lanov
ATU-nun fəaliyyəti barədə qonaq-
lara məlumat verdi. Onun sözlərinə
görə, bu ali təhsil ocağı 1919–cu
ildə Bakı Dövlət Universitetinin
tərkibində fakültə kimi yaradı-
lıb. 1930-cu ildən isə müstəqil ali
məktəb kimi fəaliyyət göstərməyə
başlayb: “Universitetimiz bu il
müstəqil universitet kimi 85 yaşını,
fakültə kimi isə 96-cı yaşını qeyd
edir”. ATU-nun professor-müəllim
heyəti haqqında da məlumat verən
akademik Ə.Əmiraslanov bildir-
di ki, 6 fakültəsi olan bu ali təhsil
ocağında 160-dan çox professor,
320 dosent, 800-ə yaxın elmlər
namizədi və ümumilikdə 1300 nəfər
akademik personal çalışır: “Hazırda
universitetdə 7000-dən çox tələbə
və rezident, həmçinin 1000-dən
çox xarici ölkə vətəndaşları olan
tələbələr təhsil alırlar.
Akademik Ə.Əmiraslanov Azər-
baycanla Macarıstanın
qardaş ölkə olduğunu
və təhsil müəssisələri
arasında daha sıx
münasibətlərin
ya-
radılmasının vacibli-
yini vurğuladı. Onun
sözlərinə görə, ali
məktəblər
arasın-
da qarşılıqlı layihələr
həyata keçirilməsinə
böyük ehtiyac var.
Akademik
həmçinin
ötən tədris ilində Ma-
carıstanın Zemvelveys
Universitetinin rektoru
ilə keçirdiyi görüşdən
də söz açdı.
Görüş zamanı cənab səfir Laslots-
ki iki ölkə arasında olan sıx əlaqələr
haqqında danışdı. O, Azərbaycan
və Macarıstanın səhiyyə və təhsil
sahəsindəki
münasibətlərindən
bəhs edərək, ikitərəfli əlaqələrin
vacibliyindən də söz açdı.
Görüşdə
həmçinin
ATU-nun
beynəlxalq əlaqələr üzrə prorektoru
Rəhimə Qabulova da iştirak edirdi.
Görüşün sonunda iki ölkənin
ali məktəbləri, o cümlədən Tibb
Universitetləri arasında əlaqələrin
gücləndirilməsi
üçün
ortaq
layihələrin icrasına dair razılığa
gəlindi.
Dostları ilə paylaş: