Macarıstanın Azərbaycandakı səfiri Tibb
Universitetində olub
Türkiyəli nümayəndələr Tibb
Universitetinin qonağı oldular
Tbilisidə Avropa İttifaqının “Şərq
tərəfdaşlığı” proqramına üzv ölkələrin
səhiyyə nazirlikləri nümayəndələrinin
6-cı qeyri-formal görüşü keçirilib.
Tədbirdə Azərbaycanı səhiyyə naziri-
nin müavini Abbas Vəlibəyov və Res-
publika Epidemiologiya və Gigiyena
Mərkəzinin direktorunun müavini Vaqif
Abdullayev təmsil ediblər.
Gürcüstanın səhiyyə, əmək və
əhalinin sosial müdafiəsi naziri David
Sergeyenko tədbiri açaraq qloballaşan
dünyada səhiyyə və tibb sahəsində
əməkdaşlığın vacibliyindən danışıb.
Görüşdə Avropa İttifaqının qonşuluq
siyasəti və genişlənmə üzrə komissa-
rı İohannes Han, Sağlamlıq və ərzaq
təhlükəsizliyi üzrə komissar Vytenis
Andriukaitis və bir sıra üzv ölkələrin
səhiyyə nazirləri və nazir müavinləri çı-
xış ediblər. Qeyd olunub ki, Avropa İtti-
faqının “Şərq tərəfdaşlığı” proqramı üzv
ölkələr arasında səhiyyə sahəsində
əməkdaşlığın genişlənməsinə, yeni
əlaqələrin
qurulmasına,
mövcud
problemlərin həllinə geniş imkanlar
açır.
KİV nümayəndələri üçün qapa-
lı davam edən toplantıda siqaret
əleyhinə mübarizəyə dair memoran-
dumun layihəsi, səhiyyə sahəsində
beynəlxalq təhlükəsizlik, vaksinasiya,
antibiotiklərdən düzgün istifadə, Dün-
ya Səhiyyə Təşkilatının tövsiyələri və
digər məsələlər müzakirə olunub.
Sonda tədbir iştirakçıları mətbuat
konfransı keçiriblər.
Görüşün “Şərq tərəfdaşlığı” proqramı-
na üzv ölkələr üçün mühüm əhəmiyyət
kəsb etdiyini bildirən V.Abdullayev
jurnalistlərə deyib: “Burada müzakirə
olunan məsələlər, xüsusən də bak-
teriyalara qarşı mübarizə, vaksina-
siya, Dünya Səhiyyə Təşkilatının
tövsiyələri, epidemioloji xəstəliklərə
qarşı mübarizə hamımız üçün vacib-
dir. Düşünürəm ki, birgə əməkdaşlıq
öz bəhrəsini verəcək. Azərbaycanda
bu məsələlərə dövlət səviyyəsində
çox böyük əhəmiyyət verilir. Bunun
nəticəsidir ki, ölkəmizdə epidemioloji
sabitlik təmin olunub”.
Dostları ilə paylaş: |