Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub


Noyabrın  19-da  aka demik  Əhliman



Yüklə 12,95 Mb.
Pdf görüntüsü
səhifə11/36
tarix02.01.2022
ölçüsü12,95 Mb.
#1025
1   ...   7   8   9   10   11   12   13   14   ...   36
Noyabrın  19-da  aka demik  Əhliman 

Əmiras lanov 

ATU-nun 

əczaçılıq 

fakültəsinin  binasında  yeni  yaradılan 

müasir  elmi  tədqiqat  laboratoriyasına 

baxış 

keçirib. 

O, 

laboratoriyada 

istifadəyə  veriləcək  avadanlıqlar  üçün 

hazırlanmış  şəra itlə  tanış  olub,  öz 

tövsiyyələrini vermişdir.

ATU-nun  əczaçılıq  fakül təsinin  dekanı  Tahir  Sü-

leymanovun  verdiyi  məlumata  görə,  müasir  ava-

danlıqlar  “Respublikanın  təbii  sərvətləri  əsasında 

yeni  dərman  vasitələrinin  hazırlanması  üçün 

Əczaçılıq  üzrə  müasir  elmi  tədqiqat  laboratoriya-

sının təşkili” üzrə layihəsi çərçivəsində əldə edilib. 

Layihə  Azərbaycan  Prezidentinin  yanında  Elmin 

İnkişafı  Fondu  tərəfindən  dəstəklənib.  Layihənin 

əsas  məqsədi  respublikanın  təbii  sərvətlərindən 

istifadə  etməklə  yeni  dərman  preparatlarının  ya-

radılması üçün müvafiq əczaçılıq laboratoriyasının 

yaradılmasıdır. Layihə bir neçə mərhələdə icra olu-

nacaq və onlara müvafiq olaraq laboratoriyada ayrı-

ayrı şöbələr qurulacaq. İlkin mərhələdə bioloji fəal 

maddələrin  əldə  edilməsi  üzrə  şöbə  yaradılacaq. 

Bu  fitokimyəvi  şöbədə  bitki,  heyvan  xammalların-

dan bioloji fəal maddələrin alınması üçün istifadə 

ediləcək. İkinci - əczaçılıq texnologiyası şöbəsində 

isə  fitokimyəvi  laboratoriyada  əldə  edilmiş  bioloji 

maddə  əsasında  müxtəlif  dərman  preparatlarının 

hazırlanması üçün istifadə olunacaq. Bura müxtəlif 

dərman formullarını hazırlamaq üçün avadanlıqlar-

la təmin ediləcək. Məsələn, burada həb düzəltmək 

üçün  press,  kapsulyator,  nanoemulsiya  avandan-

lığı  və  digər  köməkçi  –  quruducu,  nəmləndirici 

və  s.  avadanlıqlar  olacaq.  Üçüncü  standartlaşma 

şöbəsində isə bioloji fəal maddələrin , substansi-

yaların və dərman formasına salınmış məhsulların 

keyfiyyətinə  nəzarət  üsulları  hazırlanacaq.  Bu-

rada  həm  substansiya,  həm  xammalların,  həm 

dərmanların istehsalı və satışında keyfiyyəti müasir 

formada, ən yüksək səviyyəli avadanlıqla yoxlanı-

lacaq. Bu şöbədə maye xronoqraf, qaz xronoqrafı, 

infraqırmızı spektr cihazı və digər köməkçi avadan-

lıqlar olacaq.

Ümumilikdə,  əczaçılıq  fakültəsinin  laboratoriya-

larına  elmi  tədqiqatları  aparmaq  üçün  təxminən 

30-a  qədər  müasir  avadanlıq  alınıb  və  onlar  qısa 

müddətdə  quraşdırılaraq  istifadəyə  veriləcək.  Və 

qeyd  edək  ki,  alınan  ən  son  model  cihazların  90 

faizi  Azərbaycanda  digər  müəssisələrdə  olmayan 

avadanlıqlardır.


Yüklə 12,95 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin