- Xalq arasında çox populyar olan turpu
ovub içinə bal töküb suyunu içmək kimi
bir mualicə doğrudanmı öskürəyin qarşısını
ala bilər ?
-Öskürəyin aradan qaldırılması üçün
çoxsaylı kimyəvi preparatlar və türkəçarə
üsulları var. Söylədiyiniz türkəçarə me-
todunun da xeyri var. Ancaq yenə təkrar
edim ki, öskürək tənəffüs orqanlarının
xəstəliklərinin əlamətlərindən biridir.
Ona görə də öskürəyin səbəbini araş-
dırıb, əsas xəstəliyi kompleks müalicə
etmək daha effektli olar.
- Və sonda soyuq ayların üz tutması
ilə əlaqədər oxucularımıza bir həkim
məsləhətiniz..
- Xəstələnməmək üçün soyuqdan qo-
runsunlar, idmanla məşğul olsunlar və
orqanizmin immun qabiliyyətini normal
səviyyədə saxlamaq üçün gündəlik qida
rasionlarında meyvə-tərəvəzlərə üstün-
lük versinlər. Xəstələndikdə isə dərhal
mütəxəssislərə müraciət etsinlər.
Günel ASLANOVA
Dostları ilə paylaş: |