Tibbi sığorta sistemində tibb
müəssisələrinin fəaliyyəti
Maddə 14. Tibb müəssisələrinin və fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslərin hüquq və vəzifələri
Mülkiyyət formasından asılı olmayaraq qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən
tibb müəssisələrinin və fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslərin tibbi sığorta sistemində tibbi
xidmətlər göstərmək hüququ vardır. Tibbi sığorta proqramlarım yerinə yetirən tibb müəssisələrinin tibbi
sığorta sistemindən kənarda da tibbi yardım göstərmək hüququ vardır. Qanunvericilikdə müəyyən
olunmuş qaydada tibbi sığorta proqramını yerinə yetirən tibb müəssisələrinin və ya fərdi tibbi fəaliyyətlə
məşğul olan şəxslərin tibbi sığorta təşkilatını seçmək hüququ vardır. Tibbi sığorta sistemində mülkiyyət
formasından asılı olma-yaraq tibb müəssisələri sığorta olunanların əmək qabiliyyətinin müvəqqəti
itirilməsini təsdiq edən sənəd vermək hüququna malikdirlər. İcbari tibbi sığorta sistemində mülkiyyət
formasından asılı olmayaraq tibb müəssisələri və ya fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslər tibbi
sığorta proqramlarını yerinə yetirərkən:
sığorta olunana tibbi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə, həcmdə və keyfiyyətdə
tibbi yardım göstərməli;
sığorta olunanın xəstəliyi ilə əlaqədar baş verə biləcək, eyni zamanda sığorta olunanın təqsirindən
üzə çıxmış hər hansı fəsadlar barədə tibbi sığorta təşkilatına məlumat verməli;
sığorta olunanın sağlamlığının vəziyyətinə və ya şəxsi həyatına dair məlumatlar barədə xidməti
sirri qorumalıdırlar. İcbari tibbi sığorta sistemində tibb müəssisələri və ya qanunvericilikdə
müəyyən olunmuş qaydada fərdi tibbi fəaliyyət göstərən şəxslər tibbi sığorta müqaviləsində
nəzərdə tutulan tibbi xidmətlərə görə sığorta olunandan əlavə haqq tələb edə bilməzlər.
Maddə 15. Tibbi sığorta sistemində tibbi xidmətlər üçün tariflər
İcbari tibbi sığorta sistemində tibbi xidmətlər üçün tariflər müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. Tariflər tibb müəssisələrinin rentabelliyini və tibbi sığorta müqaviləsində nəzərdə tutulan
tibbi xidmətin müasir səviyyəsini təmin etməlidir. Könüllü tibbi sığorta üzrə tibbi xidmətlər üçün tariflər
sığorta təşkilatı ilə bu xidmətləri göstərən tibb müəssisəsi (və ya fərdi tibbi fəaliyyətlə məşğul olan şəxs)
arasında razılaşmaya əsasən müəyyən edilir.
Dostları ilə paylaş: