Tibbi Termometriya və termometrlərlə temperaturun qısa təyinini Qalen vermişdir, o 33 -34 dərəcəni "qeyri-təbii qızdırma"



Yüklə 258,42 Kb.
səhifə18/59
tarix19.04.2022
ölçüsü258,42 Kb.
#55776
1   ...   14   15   16   17   18   19   20   21   ...   59
biootibbi diaqnostika muhazire

Kliniki biokimya – tibbi laborator tədqiqatlarında geniş istifadə olunan bölmələrdəndir. Kliniki biokimya üzvi və qeyri-üzvi birləşmələri biokimyəvi reaksiyalar prosesində müəyyən edir. Qanda, plazmada, sidikdə və digər bioloji mayelərdə fermentlərin aktivlik dərəcəsini müəyyən edir. Müasir biokimyəvi tədqiqat aparan cihazlar eyni zamanda avtomatik olaraq 20-30 göstərici müəyyən edir. Bu zaman bir neçə mikrolitr qandan istifadə olunur.

Kliniki laborator immunologiya – tibbi laborator müayinə metodlarının sürətlə inkişaf edən yeni sahəsidir. İnfeksiya və şiş xəstəliklərinə qarşı orqanizmin müdafiə dərəcəsini müəyyən etmək üçün istifadə olunur. Allergik xəstəliklərin müalicəsinin effektivlik səviyyəsini müəyyən etmək üçün də laborator immunologiya üsulundan istifadə olunur. İnsanın immun statusunun bir çox xəstəliklərin müalicəsində xüsusi əhəmiyyəti olduğu üçün immunoloji laboratoriyalar daha geniş istifadə olunacaqdır.


Yüklə 258,42 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin