Kliniki-laborator parazitologiya – parazitar xəstəliklərin öyrənilməsində (həşəratlar, helmintlər və birhüceyrəlilər) tətbiq olunur. Bu xəstəliklərin yayılmasının bir çox ərazi və sosial səbəbləri vardır. Xəstəliyin yayılmasının səbəblərindən biri də əhalinin miqrasiya aktivliyidir. Kliniki-laborator parazitologiya sahəsinin inkişafı müasir dövrdə aktual və əhəmiyyətlidir.
Dərman müalicələrinin laborator nəzarəti və monitorinqlər – dərman preparatlarının dozası və effektivliyi ilə əlaqədar aparılır. Dərman vasitələrinin digər dərman preparatları ilə münasibətləri biokimyəvi, fiziki-kimyəvi və sitoloji üsulla müəyyən edilir. Bu üsul uzun sürən xroniki xəstəliklərin və şiş xəstəliklərinin dərman preparatları ilə müalicəsinin effektivliyini müəyyən etmək üçün istifadə olunur.