Angioqrafiya metodunda ağciyər damarlarına kontrast maddə daxil etməklə dəfələrlə rentgen görüntülərin çəkilişi aparılır. 15-20 ml kontrast maddə damarların kateterizasiyası vasitəsilə ağciyərlərə daxil edilir. Bu metod ağciyər xərçəngi, ağciyər arteriyasının tromboemboliyası, arteriovenoz anevrizmin müayinəsi üçün tətbiq olunur. Bu metod kt metodu ilə müqayisə olunur və yekun diaqnoz qoyulur. Bronxial arterioqrafiya qanaxma mənbəyini müəyyən etmək üçün istifadə olunur.
Plevroqrafiya metodunda plevra boşluğuna kontrast maddə daxil etməklə plevra boşluğunda olan patoloji dəyişilmələrin rentgen müayinəsi aparılır. Kt bu metodun məlumatlarını verdiyi üçün nadir hallarda istifadə olunur.
Bronxoskopiya aşağı tənəffüs yollarının bronxoskopla tədqiqinə əsaslanır. Bu metod traxeya və bronxların müayinəsi üçün istifadə olunur. Bu metod bəlğəmin bakterioloji və sitokimyəvi müayinəsi üçün xüsusi iynələrlə nümunə götürülməsinə imkan verir. Bronxların epitelisindən histoloji nümunə götürülməsi üçün xüsusi iynələrdən və nəm pambıq tamponlardan istifadə olunur.