Tibbi Termometriya və termometrlərlə temperaturun qısa təyinini Qalen vermişdir, o 33 -34 dərəcəni "qeyri-təbii qızdırma"



Yüklə 258,42 Kb.
səhifə48/59
tarix19.04.2022
ölçüsü258,42 Kb.
#55776
1   ...   44   45   46   47   48   49   50   51   ...   59
biootibbi diaqnostika muhazire

Elektroensefaloqrafiya metodu epilepsiya xəstəliklərində, toksiki və mübadilə proseslərinin pozulmalarının, yuxu pozğunluqlarının təyin olunmasında istifadə olunur.

Hərəkətin dəyişmələrini, sinir impulslarının pozulmalarını, hissiyyat pozulmalarını kortikal-maqnit stimulyasiyası metodu müəyyən edir.

Nevrologiyada elektromioqrafiya, sinir və əzələlərin biopsiyası metodu da istifadə olunur.

Psixometriya, neyropsixoloji və genetik müayinə metodları müalicənin istiqamətinin düzgün seçilməsi üçün tətbiq olunur.

Nevrologiyada sağlam həyat tərzi əsas profilaktik metod hesab olunur. Zərərli vərdişlərdən imtina etmək, aktiv sosial həyat, düzgün qida və yuxu rejimi mərkəzi sinir sistemi xəstəliklərindən qorunmaq üçün profilaktik tədbirlər sırasına daxil edilir. Nevroloji xəstəliklərin əsasında infeksion xəstəliklər dayandığı üçün bu xəstəliklərdən qorunmaq və xəstələndikdə vaxtında mütəxəssisə müraciət etmək lazımdır.

Nevrologiyada baş beyin damarlarının dupleks skaynlanması metodu (usm) bu damarların strukturu və vəziyyətinin obyektiv qiymətləndirilməsinə imkan verir. Damarların divarlarının qalınlığı, keçiriciliyi, stenozları, anomaliya və deformasiyaları bu metodla təyin olunur. Qanın damarlarda hərəkət sürəti və onun pozulmaları dupleks skaynlanma nəticəsində məlum olur. Hipertoniya, ateroskleroz, boyun osteoxondrozunun diaqnostikasında usm metodunun tətbiqi vacib hesab olunur.

Baş beyinin müayinəsinin usm metodu neyrosonoqrafiya və dopleroqrafiya (dupleks skaynlama metodu) uşaq nevrologiyası sahəsində də mühüm əhəmiyyətə malikdir.



Mərkəzi sinir sistemi xəstəliklərinin müalicəsində fizioterapiyadan geniş istifadə olunur. Nevroloji xəstəliklərin orqan və sistemlərdə əmələ gətirdiyi patoloji dəyişilmələr reabilitasiya şöbələrində fizioterapiya metodları vasitəsilə aradan qaldırılır. Fizioterapiya metodu dərman vasitələrinin fizioterapiya əməliyyatları ilə birlikdə tətbiq edildikdə müalicənin daha effektiv başa çatmasına əsaslanır. Bu əməliyyatlar toksiki və allergik təsirə malik olmadığı üçün insan orqanizminə zərər vermir. İflic, poliomielit, əzələlərin atrofiyası masaj, elektrostimulyasiya əməliyyatları ilə müalicə olunur. Yerli fizioterapevtik əməliyyatlar orqanizmin reflektor-humoral funksiyasını bərpa edir. Müxtəlif vannalar, usm terapiyası, ümumi elektroforez nevroloji xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Orqanizmdaxili mayelərin diaqnostikası

Orqanizmin təşkil səviyyələri
Insan bədənində 3 cür maye var: 1.qan, 2limfa, 3.hüceyrəarası maye. Bədən boşluqları və bədəndə olan suyun miqdarı.
Insan bədənində elementlərin faizlə miqdarı
Bədən boşluqlarında qorunan orqanlar.
Daxili orqanlar
Orqanizmdə orqanlar sisteminin və funksional sistemin fəaliyyəti sinir və humaral (lat.”humor”-maye) yolla tənzimlənir. Orqanlar sistemi – bədəndə ümumi işi birgə yerinə yetirən orqanlardır, fəaliyyətləri daimidir. Funksional sistem – orqanizm üçün faydalı olan nəticələr olmaq üçün orqan və orqanlar sisteminin müvəqqəti birləşməsidir. (P.K.Anoxin)
Qan-damar və limfa sistemləri
Tənəffüs və ifrazat sistemləri
Həzm və skelet sistemləri
Əzələ, endokrin və sinir sistemləri
Başqa canlılardan fərqli olaraq, insan orqanizmi mürəkkəb quruluşa malikdir. Onu təşkil edən orqan və toxumalar bu və ya digər funksiyaları icra edir. Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) — bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsidir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir. Hər bir orqanda qan damarları və sinirlər vardır.
Quruluşuna, vəzifəsinə və inkişafına görə bir-birinə oxşar orqanların məcmusuna orqanlar sistemi deyilir. Ümumi funksiyanı birgə yerinə yetirən müxtəlif quruluşa və inkişafa malik ayrı-ayrı orqanların və ya orqanlar sisteminin məcmusu aparat adlanır.
İnsan orqanizmi aşağıdakı sistem və aparatlardan ibarətdir: istinad-hərəkət aparatı, qan sistemi, ürək-damar sistemi, tənəffüs sistemi, həzm sistemi, sidik-cinsiyyət sistemi, daxili sekresiya vəziləri (endokrin sistemi), duyğu orqanları sistemi, sinir sistemi.
İstinad-hərəkət aparatı skeletdən və əzələlərdən ibarət olub, orqanizmin dayağını və hərəkətini təmin edir.
Qan sisteminə qan və qanyaradıcı orqanlar aiddir.
Ürək-damar sistemi ürəkdən və qan damarlarından təşkil olunmuşdur. Orqanizmin bütün toxuma və hüceyrələrini oksigen və qanla təmin edir.  Ürək-qan-damar sistemi

Tənəffüs sistemi burun boşluğundan, qırtlaq, traxeya, bronxlar, ağciyərlərdən təşkil olunub. Qanı oksigenlə təchiz edir.
Həzm sistemi ağız boşluğundan, udlaq, qida borusu, mədə, bağırsaqlar, qaraciyər, mədəaltı vəzidən ibarətdir. Qidanın qəbul edilməsini, mənimsənilməsini və zərərli maddələrin xaric edilməsini təmin edir.
İfrazat sistemi böyrəklər, sidik axarları, sidik kisəsi, sidik kanalından ibarət olub, orqanizmdə maddələr mübadiləsi nəticəsində əmələ gələn zərərli maddələri xaric edir.
Kişilərin daxili cinsiyyət orqanlarına xayalar, prostat vəzi və s., xarici cinsiyyət orqanlarına kişi cinsiyyət üzvü, qadınlarda daxili cinsiyyət orqanlarına yumurtalıqlar, uşaqlıq və s., xarici cinsiyyət orqanlarına cinsiyyət dodaqları, klitor və s. aiddir. Cinsiyyət orqanları nəsiltörətmə funksiyası daşıyır.
Daxili sekresiya vəzilərinə hipofiz, epifiz, timus, qalxanabənzər vəzi, böyrəküstü, cinsiyyət vəziləri və s. aiddir. Orqanizmin böyüməsinə və inkişafına, orqanların işinə təsir edir.
Duyğu orqanlarına göz, qulaq, qoxu, dad orqanları, dəri aiddir.
Dəri və selikli qişalar orqanizmi xarici təsirlərdən qoruyur.
Sinir sistemi baş beynindən, onurğa beynindən və sinirlərdən təşkil olunmuşdur. Orqanizmin fəaliyyətini tənzimləyir.
Bu sistemlər birləşib, bütöv orqanizmi əmələ gətirmişdir. Orqan və orqanlar sistemi arasındakı sıx qarşılıqlı rabitəni isə sinir sistemi yaratmışdır. Onların ahəngdar işləməsini sinir-humoral sistem tənzim edir. Orqanizm xarici mühitlə də əlaqəni sinir sistemi vasitəsilə həyata keçirir və onun köməyilə mühit şəraitinə uyğunlaşır.

Süni qan dövranının tətbiqi 1916 cı ildə Jay McLean tərəfindən əldə edilmiş Heparin preparatının hesabına mümkün olmuşdur. Beləki heparin qanın laxtalanmasının qarşısını alır ki, bu da orqanizmdən kənarda qanın laxtalanmadan duru şəkildə borularda hərəkətini təmin etmiş olur. Günümüzdəki süni qan dövranı aparatının diyircəkli nasos hissəsi hələ 1934 cü ildə icad edilmişdir. Qanın oksigenlə təmin edən qurğunun yaranma ideyası isə 1944 cü ildə adi hemodializ müşahidəsi zamanı yaranmışdır. Belə ki, müəyən edilmişdir ki, hemodializdən keçib xəstəyə qayıdan qan rəngini bir qədər dəyişmiş (hava ilə bilavasitə kontaktan rəngi açılmış) olur. Experimentdə 1937 ci ildə amerikalı Con Gibbon ing. John Gibbon ekstrakorporal qan dövranını ugurla sınaqdan keçirmiş olur. Lakin aparat tibbdə ilk tətbiqini 6 may 1953 cü ildə tapmış olur. Con Gibbon bu aparatın köməyi ilə qulaqcıqlararası çəpərin qüsuru olan 18 yaşlı qadın xəstəsində əməliyyatı 45 dəqiqəlik süni qan dövranı şəraitində icra etmiş olur. O zaman ki oksigenator indiki produktivliyə malik olmadığı üçün, orqanizm toxumalarının oksigenə olan təlabatını azaltmaq məqsədilə 1954 cü ildə qanın soyudulması - hipotermiya tətbiq edilməyə başlanılmışdır. 1955 ci ildə oksigenator təkmilləşdirilərək onun oksigenləşdirmə qabiliyyətini artırmaq və qaz emboliyalarının qarşısını almaq mümkün olmuşdur. 1956 cı ildə günümüzdə tətbiq edilən membranoksigenatoru əldə edilmiş olur.
Doppleroqrafiya Doppler effektinə əsaslanan müayinə üsuludur. Doppler ultrasəs yeni nəsil ultrasəs cihazlarında aparılır. Bu zaman vücuda göndərilən səs dalğaları damarlarda hərəkət edən qan hüceyrələrinə dəyib qayıtdıqda əldə edilən axın formalarının köməyi ilə qan axınının hemodinamik göstəriciləri təyin oluna bilə. Hamiləlik vaxtı doppleroqrafiya vasitəsilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi barəsində dəqiq informasiya almaq olar.
Ultrasəs müayinə üzrə proseduraların siyahısı
1. Hamiləlikdə ultrasəs müayinə
2. 3D/4D
3. Doppler müayinəsi
4. Ayrıntılı (detallı) ultrasəs müayinəsi 18-22 həftələrdə
5. Uşaqlıq boşluğunun patologiyalarının SİS (saline infusion sonography) ilə müayinəsi
"Premium clinic"-də aşağıdakı orqan və sistemlərin USM-i aparılır:
Qarın boşluğu orqanları
Sidik-ifrazat sistemi orqanları
Qadın cinsiyyət sistemi: uşaqlıq və yumurtalıqlar (transabdominal və transvaginal), follikulmetriya (transabdominal və transvaginal), süd vəziləri.
Kişi cinsiyyət sistemi: prostat vəzi (transabdominal)
Endokrin sistem: qalxanabənzər vəzi, böyrəküstü vəzilər, pancreas
Timus vəzinin müayinəsi
Yenidoğulmuşlarda bud-çanaq oynağının müayinəsi (displaziyasının təyini)




Yüklə 258,42 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin