57. Xüsusi məktəblərdə kor və zəif görən uşaqların psixodiaqnostika və korreksiya işinin təşkili 58. Kor-kar uşaqların psixo-pedaqoji inkişaf xüsusiyyətləri 60. Kor və zəif görən uşaqların sosial reabilitasiya və adaptasiya işinin təşkili Görmə qüsurlu uşaqların reabilitasiyasının üç aspekti fərqləndirilir: birinci halda söhbət, müstəqillik, inama nail olmaq, yəni müstəqil həyat üçün vacib olan bacarıq və vərdişlərin formalaşdırılması və bərpası ilə bağlı reabilitasiyanın əməliyyat-fəaliyyət tərəfinin fərqləndirilməsindən gedir. İkinci aspekt görməyən insanın öz sosial ətrafı ilə qarşılıqlı əlaqəsi, ətrafdakıların onu kollektivə və əmək fəaliyyətinə qoşmaq aktivliyi ilə bağlıdır. Başqa sözlə reabilitasiya birinci növbədə görənlərlə görməyənlərin qarşılıqlı əlaqələri və ünsiyyəti ilə bağlıdır. Reabilitasiyanın üçüncü aspekti görmə pozulması olanların cəmiyyətdə tutduğu vəziyyətinə qiyməti, öz qüsuruna,”mən”inə münasibəti ilə bağlıdır. ”Mən” obrazı daxili ziddiyətdən ibarət olduqda şəxs özünü yanlış qəbul edir. Bu zaman onun “mən”i qüvvəsini itirir, bu da emosional dəyişkənliyin yaranmasına gətirib çıxarır, o isə öz növbəsində, narahatlığın yaranmasına səbəb olur. Görmə qüsurlu uşaqlarda özünüdərkin yarandığı əsas sosial psixoloji determinantlardan biri özü haqqında, həmçinin fiziki ”mən” i haqqında təsəvvür erkən yaşlarından formalaşmağa başlayır. Fiziki cəhətdən özünü qəbul etməmək, real və ya xəyali fiziki çatışmazlığı müəyyən etmək, bədən və üzündə olan hissələri təsəvvür edə bilməmək – bütün bunlar uşağın öz fiziki “mən”inə, özünüqəbul haqqında fikirlərə mənfi təsir göstərir. Görmə qüsuru olan uşağın psixi inkişafında fiziki mən haqqında formalaşmış fikirlər, özünüqiymətləndirmə, özünüqəbul və ya inkar, kor və zəif görən uşaqda real və ya xəyali qüsuruna görə natamamlıq, naqislik kimi steriotipin yaranmasına gətirib çıxarır.Bu da özünəinamsızlıq, özünəqapanma, dəyərsizlik kimi keyfiyyətlərin yaranmasına səbəb olur. Özünüqiymətləndirmə görmə qüsurlu uşağın özünüqəbul mexanizmlərindən biridir. O, uşaq dünyaya gəldiyi ilk gündən ailə üzvlərinin ona münasibəti nəticəsində uşaq yaşlarından formalaşır. Yüksək özünüqiymətləndirmə, bir qayda olaraq, qarşısına qeyri- real məqsədləri qoymaqla müəyyən çətinliklər yaradır, müxtəlif görmə çatışmazlıqlarına malik uşaqda uğursuzluq kompleksi formalaşdırır. Şəxsi qüsurlarını şişirtmə, öz dəyərini qiymətləndirə bilməmək görmə qüsurlu uşaqda aşağı özünüqiymətləndirmə, naqislik və natamamlıq hissinin yaranmasına səbəb olur. Nəticədə uşaq həyatda öz yerini tapa bilməyib passiv vəziyyətdə qalır, ətrafındakı insanlarla münasibət qurmaqda çətinlik çəkir. Görmə qüsurlu uşağın psixi inkişafının erkən mərhələsində onların valideynlərinin öz uşaqlarına mənəvi və sosial dəstək verməsi faktoru çox vacibdir. Buna görə də sağlamlıq imkanları məhdud uşaqların həyat yolunun bütün mərhələlərində onların fiziki məninin, özünüdərkinin və özünü qiymətləndirmənin formalaşdığı mühit ailədir. Qeyri- ixtiyari olaraq uşaqda ailə tərbiyəsi zamanı bacarıqsız, köməksiz varlıq olması ilə bağlı təsəvvür yaratmaqla sonda bu cür özünüqiymətləndirmənin uşaq yaddaşında dərindən iz salmasına nail olmaq mümkündür və bu cür pis fikirlər böyük yaşlarda da davam edəcək. Bundan uzaqlaşmaq üçün görmə qüsurlu uşağı tərbiyə edən valideynlər onun normal görmə qabiliyyətli uşaqlar mühitinə uğurlu inteqrasiyasına kömək etməlidir. T.S.Şalaginovanın tədqiqatlarına görə mühitə müxtəlif psixoloji adaptasiya səviyyəsi olan iki cür insanı fərqləndirmək olar: 1) yaxşı psixoloji adaptasiyasıya malik olan şəxslər; 2) pis psixoloji adaptasiyasıyaya malik olan şəxslər; Birinci qrupa xarakterik xüsusiyyətlərə malik olan: əhval-ruhiyyəsi yüksək, danışqan, sözçülüyə həvəsli şəxslər aiddir. Adətən bu cür adamlara öz güc və imkanlarını düzgün qiymətləndirməmək, yüksək özünəqiymət xasdır. Belə insanlar ünsiyyətcil, başqalarına yardım etməyə hazırdırlar. İkinci qrupa az adaptasiya olunan insanlar aid edilirlər. Bunlar psixoloji reabilitasiya almamış şəxslərdir. Onlarda həyəcan və idarə olunmayan davranış birinci plana çıxır. Bu insanlar üçün əsas xarici münasibətlərin yaratdığı qorxu hissidir. Onlar utancaq, qapalı, kompleksli, öz bacarıqlarına və gücünə inamsız olurlar. Yalnız xüsusi psixoloji iş və sosial mühit tərəfindən ona qarşı adekvat münasibətin qurulması, insanların psixoloji dəstəyi ilə bu çatışmazlıqları aradan qaldırmaq mümkündür. Görmə qüsurlu şəxslərdə özünəqiymətin dəyişkənliyi onun öz vəziyyətinə adaptasiyası, eləcə də anadangəlmə kor uşaqların inkişafı gedişində digər həmyaşları kimi olmadıqlarını dərk etmələri ilə bağlı müəyyən psixoloji krizis keçirmələri ilə əlaqədardır. Yeniyetməlik dövründə bu böhran daha kəskin şəkildə özünü göstərir. Beləliklə də, görmə qüsurlu uşaqların müstəqil həyata qədəm basması zamanı bütövlükdə şəxsiyyət keyfiyyətlərinin formalaşmasından çox asılıdır. Bu keyfiyyətlərə aiddir:
1) özü haqqında təsəvvürlərin olması, öz qüsuruna və digər insanlara münasibət;
2) həyati məqsədlərə münasibət, keçmişə və gələcəyə münasibət və dəyərlərə münasibət;
3) sosial mühitə birbaşa münasibət,qarşı cinsə münasibət;
Müşahidələr göstərir ki, bəzən ailədə düzgün olmayan qarşılıqlı münasibətlər görmə qüsurlu uşaqlarda mənfi şəxsiyyət keyfiyyətlərinin formalaşmasına gətirib çıxarır. Bu mənfi keyfiyyətlərin yaranması əsasən ailədə qarşılıqlı münasibətlərin üç variantında müşahidə edilir: 1. Ailə üzvlərinin görmə qüsurlu uşağa həddindən artıq qayğı göstərilməsi, hiper-qəyyumluğu. Bu zaman ailə üzvləri uşağa nəsə öyrətməyə çalışmır, onun əvəzində hər şey edir, bütün istəklərini yerinə yetirir və şıltaqlarına dözür, onu əzizləyir, ən kiçik səylərdən belə azad edirlər. Uşağa belə bir yanaşma onda fəallıq və müstəqillik, əməksevərlik, borc hissi kimi müsbət keyfiyyətlərin inkişafını əngəlləyir, onu qətiyyətsiz, tənbəl, eqoist bir insana çevrilir. 2. Uşağa qarşı qəddar münasibəti olan ailələr. Bu cür ailələrdə böyüyüb, tərbiyə alan uşaqlar az təşəbbüskar, özünəqapanmış, ünsiyyətdən qaçan, qorxacaq və iradəsiz olurlar. 3. Kor uşağa münasibətdə valideyn və ailə üzvlərinin etinasızlığı. Belə ailədə olan kor uşaqlarda valideyn və ailə üzvləri ilə ünsiyyət tələbatı olmur. Onlar öz dünyasına qapanaraq, dar maraqlarla yaşayırlar.
Beləliklə, görmə qüsurlu uşaqlarda özünəqiymət və iddia səviyyəsinin aşağı olması onların ciddi korreksiya işinin aparılmasına ehtiyacın olduğunu göstərir. Müasir tiflopedaqogika və tiflopsixologiya üçün bu təlim sisteminin düzgün qurulmasını, kor və zəif görən uşaqların abilitasiya və reabilitasiyasını təşkil etməyə imkan verir. Müayinə nəticələri məktəbəqədər yaşlı kor uşağın korreksiya təlim işini uğurla aparmaq üçün öncə uşağın fərdi reabilitasiya proqramının tərtib ediməsini tələb edir. Kor uşaqlarla fərdi iş proqramı aşağıdakı kompleks differensiallaşmanın aparılmasını nəzərdə tutur:
müalicə tədbirləri (orqanizmi sağlamlaşdırıcı tədbirlər ,ümummöhkəmləndi-rici idman, masaj, üzgüçülük və s.) ;
korreksiya tədbirləri (nitq,psixi və fiziki pozulmaların korreksiyası ) ;
kor uşağın fərdi inkişafı proqramında məqsəd,vəzifə,forma,metod,üsul və fəaliyyət növlərinin məzmunu,nəzərdə tutulmuş nəticələri,uşağın imkan və proqramın tam həyata keçirilməsindən asılı olaraq çatacağı səviyyə öz əksini tapmalıdır.
Məktəbəqədər yaşlı kor uşağın təlim-tərbiyə prosesinin strukturu bir neçə blokdan ibarət olmalıdir: