«Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında


Ekspertizadan keçirilməsi tələb olunan tikinti layihələri



Yüklə 43,89 Kb.
səhifə2/5
tarix21.12.2023
ölçüsü43,89 Kb.
#187531
növüQaydalar
1   2   3   4   5
qerar 348

2. Ekspertizadan keçirilməsi tələb olunan tikinti layihələri
2.1. Məcəllənin 88.1-ci maddəsinə əsasən bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş obyektlərin tikinti layihələri istisna olmaqla, mülkiyyət formasından və təyinatından asılı olmayaraq aşağıdakı tikinti layihələrinin ekspertizadan keçirilməsi məcburidir:
2.1.1. tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələri — şəhərsalma və tikintiyə dair normativ sənədlərin, o cümlədən yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunun yoxlanılması baxımından;
2.1.2. dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərin layihə və smeta sənədləri — bu Qaydaların 2.1.1-ci bəndində nəzərdə tutulanlardan əlavə, həm də həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərdən səmərəli istifadənin qiymətləndirilməsi baxımından.
2.2. Bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş obyektlər istisna olmaqla, mürəkkəb-texniki və ya təhlükə potensiallı obyektlərin, komplekslərin və bu qəbildən olan başqa tikinti obyektlərinin sökülməsi ilə bağlı tərtib olunmuş tikinti layihələrinin tikinti (söküntü) işlərinin təşkili bölməsi ekspertizadan keçirilməlidir.
2.3. Ekspertizadan keçirilmiş tikinti layihələrində konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə, həmin layihələr bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş mənada təkrar ekspertizadan keçirilməlidir.
2.4. Bu Qaydaların 2.1-ci bəndində göstərilən obyektlərin tikinti layihələri sifarişçinin istədiyi hallarda və müstəqil müraciəti əsasında tikintiyə icazə icraatından əvvəl də bu Qaydaların tələblərinə uyğun olaraq ekspertizadan keçirilir.
2.5. Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarında, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, eləcə də sifarişçinin təşəbbüsü ilə tikintiyə dair Texniki-İqtisadi Hesablamalar (TİH), Texniki-İqtisadi Əsaslandırmalar (TİƏ) və Tender layihələri də ekspertizadan keçirilir.

Yüklə 43,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin