qocafəndi kimi sözləri əslində frazeoloji vahid olan əldən
düşmək, qoltuğunun altına vermək kimi dil vahidləri ilə
bir sırada tutmuşdur [27, 32].
M.Mirzəliyeva
frazeoloji
vahidlərin
kateqorial
əlamətlərindən bəhs edərək yazır: “Frazeoloji vahidlərin
ən əsas kateqorial əlamətlərindən biri də idiomatiklikdir.
Bu bütün dilçilər, eləcə də türkoloqlar tərəfindən qəbul
edilmiş ənənəvi əlamətdir” [33, 20]. Daha sonra müəllif
əlavə edir: “İdiomatiklik zamanı birləşmə və cümlənin
mənası onu əmələ gətirən sözlərin mənalarından ayrılır.
İdiomatikliyin müəyyənedici xüsusiyyəti kimi bəziləri
komponentlərdən birinin məcazlaşmasını, bəziləri isə
birləşmənin semantik bütövlüyünü, sözə ekvivalentliyini
əsas götürür. Görünür, idiomatiklik frazeoloji vahidlərin
əsas
aparıcı
xüsusiyyəti, onların
mövcudluğunu
şərtləndirən həlledici amil olduğundan “frazeologizmlər”
ifadəsi ilə “idiomlar” ifadəsi arasında dilçilikdə çox
zaman bərabərlik işarəsi qoyulur və onlar haradasa,
sinonim sözlər kimi çıxış edirlər” [yenə orada]. Bu fikrə
64
Y.A.İvannikovanın məqaləsində də rast gəlmək olar:
“Doğrudan da, idiomatiklik meyarı frazeoloji vahidlərin
təsnifatında
movcud
olan
qeyri-müəyyənlikdən,
yayğınlıqdan yaxa qurtarmağa imkan verir” [115, 73].
Sözdəki semantik dəyişmə ilə bağlı N.M.Şanski yazır:
“Dilin semantik səciyyəli məna vahidlərinin inteqrasiya
qaydalarından uzaqlaşması çox zaman sözün səviyyəsi ilə
bağlı olur. Bu özünü onda gəstərir ki, birləşən
komponentlər semantik müstəqilliyini itirir, onlara
məxsus mənalardan məhrum olur. Bu isə dilçilikdə
idiomatiklik adlanan hadisəyə səbəb olur” [154, 11-12].
Bu fikir öz təsdiqini M.Mirzəliyevanın monoqrafiyasında
da tapır: “İdiomatikliyin əsl mahiyyəti budur ki, bütöv dil
vahidinin (söz, birləşmə və cümlənin) ümumi mənası onu
əmələ gətirən hissələrin mənalarına parçalana bilmir” [33,
101].
Apardığımız qısa təhlildən sonra məlum əlamətləri nəzərə
alaraq idioma aşağıdakı tərifi vermək olar:
Tərkibindəki sözlərin hər hansı birinin ayrılıqda daşıdığı
məna arasında heç bir yaxınlıq, hətta daxili potensial
65
məna əlaqəsi olmayan, komponentləri məcazi məna
daşıyan, daşlaşmış, üzvlərinə ayrılmayan, vahid şəkildə
birikmiş, bütöv və komponentləri variasiyaya uğramayan,
bir dildən başqa bir dilə dəqiq tərcümə edilməyən sabit
söz birləşmələrinə idiomlar deyilir.
Bütün frazeoloji vahidləri idiomatizm adı altında
birləşdirmək meylləri də vardır. “İdiomatizm” anlayışı
altında özünəməxsus xüsusiyyəti ilə bu və ya digər
cəhətdən başqa sözlərdən fərqlənən tək sözdən başlamış
aforizm və ya paremiya, atalar sözü və “qanadlı sözlər”ə
qədər dilçılik obyektinin ən geniş dairəsi ümumiləşdirilir
[92, 17].
N.R.Rəhimzadənin fikrinə görə, Azərbaycan dilinin
frazeoloji fondu V.V.Vinoqradovun rus dili üçün
müəyyən etdiyi bölgüyə sığmır. Müəllif dilimizdəki
frazeoloji materialı iki qrupa bölür:
1) sabitliyi və məcaziliyi ilə fərqlənən qrup – idiomatik
ifadələr;
2) frazeologiyanın tərkibində olan, lakin müxtəlif birləşmə
dərəcəsinə və qrammatik formalaşmaya malik tərkiblər
66
(məcazi obrazlı birləşmələr, sintaktik konstruksiyalar,
elmi-terminoloji tərkiblər və s., məsələn, son bahar, ilk
Dostları ilə paylaş: |