linen in public - “evin sirrini yaymaq”, to vanish into thin
air - “yağlı əppək olub göyə çıxmaq”; azərb. yumurtadan
yun qırxmaq, kürkünü sudan çıxarmaq.
It's true that she’s been dead for ages and it seems a pity
to take up old scandals and wash a lot of dirty linen in
public; but the fact remains that all Driffield's greatest
46
books were written when he was living with her (S.
Maugham) “Bu həqiqətdir ki, o uzun müddətdir ölüb,
köhnə qalmaqalları yada salmaq və evin sirrini yaymaq isə
təəssüf doğurur. Lakin onun ən böyük əsərlərinin
Driffildin onunla yaşadığı dövrdə yazılması bir faktdır”.
Mənaca tamamilə qovuşmuş olan bu vahidlərin ayrı-ayrı
komponentləri yalnız bütövün tərkibində ümumi mənanın
ifadəsinə xidmət edir.
He pulled himself together quickly. They were at their
wit’s end. The soldiers will keep their eyes open in the
country where the blacks are known to be hostile
cümlələrindəki pull together, at wit’s end və keep eyes
open söz birləşmələrinin komponentləri öz müstəqil
mənalarından uzaqlaşmış, frazeoloji qovuşmada tamamilə
başqa bir mənanın meydana çıxmasına səbəb olmuşdur.
Həmin sözlər birləşmələrin tərkibində müvafiq olaraq
“özünü ələ almaq”, “çaş-baş qalmaq” və “ayıq-sayıq
olmaq” mənalarının yaranmasına gətirib çıxarmışdır.
Dilin müasir vəziyyətində mənaca motivlənməyən
frazeologizmlər frazeoloji qovuşma adlanır. Frazeoloji
47
qovuşma sərbəst söz birləşməsindən kəskin şəkildə
fərqlənir. Frazeoloji qovuşmaların ən mühüm əlaməti odur
ki, müasir dildə işlənməyən bu və ya digər söz, ifadə,
birləşmə onların tərkibində işlənə bilir. Məsələn, ing. once
upon a time ... there ... “biri var idi, biri yox idi ...”; azərb.
Çənəmin çüyü çıxdı; valay vura-vura gəzirdi; vəssalam,
şüdtamam; dara-bara salmaq; dodu vermək, sayır-bayır
danışmaq.
Belə frazeoloji qovuşmaların etimoloji izahı da çox
çətindir.
Frazeoloji qovuşmanın əsas əlaməti onun semantik
cəhətdən bütövlüyüdür. Dilçilikdə bu növ frazeoloji
vahidlər idiomlar adlanır.
Frazeoloji qovuşmaları idiom hesab edən Ə.Hacıyeva,
E.Nəcəfov və A.Cəfərov qeyd edirlər ki, onlar digər dil
vahidlərindən fərqli olaraq, tamamilə dəyişmiş mənaya
malik olan söz qruplarıdır. Onlar motivlənməyəndirlər,
yəni onların mənası tərkib hissələrinin mənalarından
ibarət deyildir, məcaslaşma prosesinə uğrayıblar [73, 61].
Daha sonra müəlliflər deyilənləri sübuta yetirmək üçün
48
nümunə kimi aşağıdakı misalları çəkirlər: to come a
cropper - “fəlakətə uğramaq”, neck and crop - “tamamilə,
bütün”, at sixes and sevens - “çaş-baş halda”, to set one’s
cap at smb. - “bir kəsin diqqətini cəlb etmək” [yenə
orada].
Qeyd etmək lazımdır ki, frazeologiya bəhsi ilk dövrlərdə
məhz frazeoloji qovuşmaları (idiomları) öyrənməyi
qarşısına məqsəd qoymuşdu. Sonralar bu sahədə elmi
axtarışların genişləndirilməsi frazeologiya anlayışının
hüdudlarının genişləndirilməsinə gətirib çıxardı. Məşhur
rus dilçisi A.V.Kunin frazeologiyanın üç aspektdə
öyrənilməsini
irəli
sürürdü:
1)
idiomatika
2)
idiofrazeomatika (semi-idioms) 3) frazeomatika [121, 26].
V.V.Vinoqradov isə idiomları frazeoloji ifadələrdən
fərqləndirirdi:
“İdiomlar
ifadələrdən
tərkibindəki
komponentlərin semantik və leksik fərdiliyinin olmaması
ilə fərqlənir. İfadələr isə sözün tamamilə müstəqil
birləşmiş
formalarıdır”
[102,
24].
Rus
dilçisi
N.N.Amosova da dilin frazeoloji sisteminin frazeoloji
49
ifadə və idiomlardan ibarət olması fikrini təsdiqləyirdi
[88, 72].
Tanınmış dilçi A.İ.Alyoxina frazeologiyanı frazeomatika
və idiomatika aspektlərində tədqiq etməyi təklif edir. O,
“Frazeoloji vahid və söz” adlı monoqrafiyasında dilin
frazeoloji sisteminin əşya məzmunlu substantiv idiomlar,
keyfiyyət məzmunlu adverbial idiomlar, propozisional
idiomlar, modallıq ifadə edən idiomlar, nida idiomları,
intensivlik bildirən idiomlar və cümlə idiomlarından
ibarət funksional-semantik təsnifini vermişdir [87, 30].
Beləliklə, deyilənləri ümumiləşdirərək demək olar ki,
idiomlar onları təşkil edən ayrı-ayrı komponentlərin öz
mənalarından uzaqlaşaraq bütöv vahidin tərkibində bir
ümumi məna bildirmək üçün bir-birinə qovuşması
nəticəsində yaranmış ifadələrdir. Belə ifadələr semantik
və sintaktik cəhətdən bölünməzdir. Məsələn, to bark to
the moon ifadəsi “aya it kimi hürmək” mənasını vermir.
Bu ifadə “boş-boşuna danışmaq” mənasında işlənmişdir.
Frazeoloji sistemin tərkibi ilə bağlı dilçilər arasında
müxtəlif mübahisələr indi də davam edir. Dilçilərin bir
50
qrupu frazeologiya dedikdə, yalnız idiomatik ifadələri
nəzərdə tuturlar.
Dostları ilə paylaş: |