Bakı Dövlət Universiteti
Filologiya üzrə elmlər doktoru,
Professor C.A.Məhərrəmova
7
GİRİŞ
İnsanın nitq fəaliyyəti dilin bütün digər vahidləri
kimi, idiomatik vahidlərin də əmələgəlmə mənbəyidir.
Xalqın təfəkkür tarixinin inkişaf pillələrini, onun milli
mədəniyyətini, digər xalqlarla siyasi, iqtisadi, ictimai
əlaqələrini dərindən öyrənməyə imkan verən idiomatik
birləşmələr çox qədim tarixə malikdir və istər
sadaladığımız həmin sahələrin öyrənilməsi, istərsə də
müxtəlif dillərdə idiomların yaranması, idiomatikanın
formalaşması və inkişafının izlənməsi, müxtəlif xalqların
təfəkkür tərzində, mədəniyyətində, məişətində olan və bu
və ya digər şəkildə dildə təcəssüm edən oxşar və fərqli
cəhətlərin müəyyənləşdirilməsi baxımından aktualdır.
Çağdaş dövrdə ingilis dili xalqlar arasında ən çox istifadə
edilən ünsiyyət vasitəsidir. İngilis dilindəki idiomatik
ifadələrin işlənmə mexanizminin açılıb göstərilməsi
müxtəlif millətlərin nümayəndələrinin kommunikasiyası
prosesində idiomatika sahəsində ortaya çıxan bir sıra tipik
çətinliklərin müəyyənləşdirilməsinə və onların aradan
8
qaldırılması üçün mexanizmlərin işlənib hazırlanmasına
kömək edə bilər. Hər hansı milli dilin idiomatikasının
dərindən
öyrənilməsi
həmin
dilin
dərindən
mənimsənilməsində əsas halqalardan biridir və eləcə də
bu dilin daşıyıcılarının zəngin, rəngarəng və bir qədər də
sirli aləmlərinə açılan pəncərədir. Dissertasiyanın
mövzusu həm də bununla aktualdır.
İdiomatik ifadələrin nitqdə daşıdığı funksiyaların
müxtəlif səciyyəliliyini, tərkib zənginliyini əsas
xüsusiyyət kimi qəbul edən dilçilər onları müxtəlif, lakin
yaxın və həmhüdud elmlərin tədqiq obyekti hesab edirlər
[142, 5]. Əslində isə idiomatik ifadələr heç də həmin
dilçilərin söylədikləri kimi müxtəlif elm sahələrinin deyil,
söz, söz birləşməsi və cümlə kimi yalnız dilçiliyin
obyektidir. İdiomatik ifadələr müxtəlif ədəbi priyomlarda,
üslubi məqamlarda istifadə olunur, çünki onlar nitqə,
adətən, emosionallıq, ekspressivlik, ifadəlilik vermək
üçün daxil edilir. Bu, idiomların çoxunun təbiətindən
doğur və onların səciyyəvi cəhətidir. Deməli, idiomlar
9
dilin və nitqin obyekti olub dilçilikdə öyrənilməli və
tədqiq olunmalıdır.
Təqdim olunan monoqrafiyada ingilis və Azərbaycan
dillərində idiomatikanın ümumi və fərqli cəhətlərini üzə
çıxarmaq və bununla da əslində bu dillərdə idiomların
əmələgəlmə tarixi və inkişaf yolunu aydınlaşdırmağa cəhd
göstərilmişdir. Vilhelm fon Humboldtun qeyd etdiyi kimi,
“tarixi talelərdəki fərqlilikləri, müxtəlif cür qarşılıqlı
təsirləri və qohumluq əlaqələrini tədqiq edərək bizə indiyə
qədər məlum olmayan dilləri ayırmaq və qarşılaşdırmaq,
onların
xarakterini
müəyyənləşdirmək,
onların
quruluşundakı bu xarakterin mənbəyini tapmaq və onların
tarixi dəyərini qiymətləndirmək olar” [111, 376-377].
İdiomatika haqqında yeni fikirlərin əmələ gəlməsinə,
sanballı elmi əsərlərin yazılmasına baxmayaraq, bir çox
məsələlər hələ də mübahisəli olaraq qalmış və bu günə
kimi öz həllini tapa bilməmişdir. Dilçilikdə öz xüsusi yeri
olmadığından idiomatika ya leksikologiyanın bir qolu
kimi frazeologiyanın tərkibində, ya da ən yaxşı halda,
frazeologiya ilə yanaşı öyrənilmişdir. Bu, fikrimizcə, ilk
10
növbədə idiomatikanın sərhədlərinin dəqiqləşdirilməməsi,
onun dil qanunauyğunluqları və işlənmə imkanlarının üzə
çıxarılmaması,
ona
məxsus
kateqoriyaların
müəyyənləşdirilməməsindən
irəli
gəlir.
Həmin
məsələlərin tam həlli üçün, əlbəttə, daha dəqiq və daha
aydın və dərin elmi araşdırmalar tələb olunur.
Dilçilikdə söz və idiomlar, söz birləşmələri və
mürəkkəb sözlər, söz birləşmələri və frazeoloji vahidlər,
eləcə də cümlə və frazeologizmlər məsələsi, bu məsələnin
doğurduğu mübahisələr həmişə diqqət mərkəzində
olmuşdur.
İdiomların spesifik xüsusiyyətlərinin və səciyyəvi
əlamətlərinin müəyyənləşdirilməsi onların həm söz
birləşmələrindən, həm də sözlərdən fərqlənən cəhətlərinin
öyrənilməsi ilə bağlıdır. İdiomlar vahid bir məna ifadə
etməklə sözə bərabərdirsə, strukturuna görə söz və söz
birləşmələri
və
cümlə
ilə
üst-üstə
düşür.
M.M.Mirzəliyevanın “... Bir tərəfdən obrazlılıq, digər
tərəfdən isə yenidən canlandırma frazeoloji vahidləri
müvafiq olaraq söz və sərbəst söz birləşmələrindən
11
fərqləndirən əsas əlamətlərdir. Buna görə də hökm
xarakterli sabit söz birləşmələrini (yəni, atalar sözlərini,
eləcə də bəzi qanadlı sözləri) frazeologiyadan
uzaqlaşdırmaq, frazeologiyadan kənar etmək olmaz” [33,
33] fikrini, fikrimizcə, idiomlara da aid etmək olar. Bu
baxımdan dilçilikdə xüsusi “idiomatika” şöbəsinin
mövcud olduğunu demək olar. Görünür, dil haqqında
elmin inkişafında elə bir səviyyənin olması zəruri idi ki,
dilin idiomatik vahidləri idiomatika kimi müstəqil
tədqiqat obyektinə çevrilib möcvud olma haqqı qazansın.
Buraya ən kiçik dil vahidlərindən – sözlərdən tutmuş
cümlələrə kimi bütün tipləri, dilə hazır vəziyyətdə daxil
olan qapalı struktura malik obrazlı ifadələrin hamısını
(söz-cümlə) daxil etmək olar.
Dilin idiomatik qatını araşdıran dilçilərin əksəriyyəti
idiomatik birləşmələri müxtəlif yanaşma prinsipləri ilə
tədqiq etsələr də, onların hamısı bir məqamda
həmfikirdirlər. Əksər dilçilər üçün idiomatik birləşmələr
sərbəst söz birləşmələrinin əks qütbü olan sabit söz
birləşmələridir. İdiomları bütünlükdə söz birləşməsi hesab
12
etmək isə əslində bir sıra məsələlərin üzə çıxmasına mane
olmuş, idiomatik birləşmələrin linqvistik təbiəti və
mahiyyətini tam aşkar etməyə imkan verməmişdir.
Əgər idiomatik birləşmələr sabit söz birləşmələri adı
altında sərbəst söz birləşmələrinin əks qütbü kimi
öyrənilirsə, o halda bu mövzu sintaksisin obyekti olmaqla
“söz birləşmələri” bəhsinə daxil edilməlidir, çünki söz
birləşmələri özündə həm sərbəst söz birləşmələrini, həm
də sabit söz birləşmələrini ehtiva edir.
İdiomatik birləşmələr həm söz, həm söz birləşmələri,
həm də cümlə səviyyəsində məcazlaşma prosesinə məruz
qalıb semantik bütövlük qazanan və dildə hazır vəziyyətdə
mövcud olan sabit dil vahidləridir.
Müstəqil mənada işlənib-işlənməməsindən asılı
olmayaraq sözlər dilin morfoloji qatında dil vahidi kimi
öyrənilirsə, daşıdığı mənanın dar və genişliyindən asılı
olmayaraq, məcazlaşma prosesini keçmiş hər hansı söz,
birləşmə və cümlə də idiomlar sırasına daxil edilib, dilin
idiomatik qatında araşdırılmalıdır.
13
İdiomlar dil tarixçiləri, eləcə də etimoloqlar üçün ən
dəyərli və etibarlı mənbə, əvəzsiz dil materialıdır.
İdiomların tarixi elmi araşdırılmasının olmaması
idiomatikanın inkişafına mənfi təsir göstərir. Sözsüz ki,
tarixi
əlaqə
və
münasibətlərin
aşkarlanmaması
idiomatikanın bir sıra nəzəri problemlərinin həllində
çətinliklərin meydana gəlməsinə şərait yaradır.
İdiomatik ifadələrin tarixi-müqayisəli araşdırılması
zamanı yalnız ayrı-ayrı şair və yazıçıların yaradıcılığına
müraciət etməklə kifayətlənmək olmaz.
Təəssüf ki, bu gün biz idiomatik ifadələrin əmələ
gəlmə şəraiti, onların yaranmasını şərtləndirən amillər,
onların inkişaf tarixi haqqında söz açanda idiomların
müxtəlif inkişaf mərhələlərində uğradıqları semantik və
leksik-qrammatik dəyişikliklər barədə fikir və mülahizələr
yürüdəndə yalnız ayrı-ayrı lüğətlərə, qismən də bəzi
sənətkarların əsərlərinin dili ilə bağlı yazılmış dilçilik
araşdırmalarına müraciət etməli oluruq. Əlbəttə, bu
kifayət etmir və istənilən nəticəni almağa imkan vermir.
14
Digər dil vahidləri kimi, idiomlar da həm dil, həm də
nitq sahəsinə aiddir. Onlar, əlbəttə, əvvəlcə nitqdə yaranır
və yalnız bundan sonra dilə də daxil ola bilir. Lakin bəzən
həmin vahidlər dilə daxil olmaya da bilər.
Dildə olan hər hansı dəyişiklik, eləcə də hər hansı dil
vahidinin meydana gəlməsi əvvəlcə nitqdə baş verir.
N.D.Andreyevin göstərdiyi kimi, “nitqdə baş verən
dəyişikliklərin dildə heç də hər biri əks olunmur. Lakin
dildəki hər bir dəyişiklikdən əvvəl nitqdə müəyyən
dəyişiklik baş verməlidir” [89, 96].
Tədqiqat işinin vəzifələri idiomatikanı maraqlı dil
hadisəsi kimi fundamental tədqiq etməklə, bir sıra
problemləri ardıcıl və ətraflı şəkildə öyrənmək, tarixi-
müqayisəli fonda dərindən araşdırma aparmaq, bu
baxımdan idiomatikanın mahiyyətinə varmaq, onun bir
sıra
qaranlıq
cəhətlərini
aydınlaşdırmaq
üçün
idiomatikanın xalqın təfəkkürü, onun həyat tərzi ilə
bağlılığını öyrənmək və onların ingilis və Azərbaycan
dillərində əks oluna bilmə imkanlarını aşkarlamaq, bir
sözlə, həmin dillərin idiomatik mənzərəsini yaratmaq və
15
bu dillərdə idiomatik vahidlərin linqvistik təbiətini
müəyyənləşdirməkdir.
İdiomların yaranması, təşəkkülü və inkişafı
prosesinin elmi xarakteristikasını vermək üçün mütləq
ayrı-ayrı dövrlərin idiomatik sistemi tədqiq edilməlidir.
Bu baxımdan bu gün ingilis və Azərbaycan dillərinin
idiomatikasının kontrastiv şəkildə öyrənilməsi müstəsna
əhəmiyyətə malikdir. İdiomatikanın bu və ya digər
problemi ilə bağlı istər ingilis, istərsə də Azərbaycan
dilçiliyində ayrı-ayrılıqda tədqiqatlar aparılmış, dilin
idiomatik sisteminin bu və ya digər cəhətləri
araşdırılmışdır. Lakin bu dillərin idiomatikası kontrastiv
şəkildə hələ araşdırılmamışdır. Monoqrafiyada bu sahədə
deyilmlş fikir və mülahizələr tənqidi şərh edilir, ilk dəfə
olaraq qohum olmayan ingilis və Azərbaycan dillərinin
idiomatikasının elmi-nəzəri məsələləri kontrastiv şəkildə
öyrənilir.
Tədqiqatın nəzəri müddəalarından müxtəlif dillərin
idiomatikasının müqayisəli şəkildə öyrənilməsində, ingilis
və Azərbaycan dillərinin tarixi idiomatikasının, eləcə də
16
tarixi
leksikologiyası
və
leksikoqrafiyasının
araşdırılmasında istifadə oluna bilər.
Tədqiqatın nəticələrindən idiomatik lüğətlərin tərtib
edilməsində, idiomatika ilə bağlı mühazirə və seminar
məşğələlərində, ingilis dilindən Azərbaycan dilinə və
Azərbaycan dilindən ingilis dilinə tərcümə kurslarında,
eləcə də ingilis dili üzrə ixtisaslaşan maqistrantlar üçün
xüsusi kurslarda istifadə edilə bilər.
Tədqiqatda mənbə kimi Azərbaycan və ingilis ədəbi-
bədii nümunələrindən istifadə edilmişdir.
Nəzəri baxımdan əsərdə qohum və müxtəlifsistemli
dillərin müqayisəli, kontrastiv şəkildə araşdırıldığı
tədqiqatlara, xüsusilə Y.Arsentyeva, Y.Dolqopolov,
N.Lankina,
N.Qoqolitsına,
V.Vovk,
L.Kurkova,
E.Pokrovskaya, L.Kovaleva, A.Rayxşteyn, A.Kunin,
A.Rəhimov,
A.Axundov,
Z.Verdiyeva,
M.Adilov,
К.Аbdullayev, İ.Həmidov, F.Veysəlli, M.Mirzəliyeva,
D.Yunusov, Ə.Hacıyevanın əsərlərinə istinad edilmişdir.
|