рукава [155, 278-279]. A.A.Şaxmatovun müxtəlif tipli
bölünməz söz birləşmələrinin mənası ilə qrammatik
36
xüsusiyyətləri arasındakı əlaqə haqqında fikirləri həm
frazeologiya, həm də sintaksis üçün bu gün də əhəmiyyətli
hesab edilir.
Frazeologiya problemləri L.V.Şerba və Peterburq
dilçilik məktəbinin nümayəndələrinin əsərlərində də geniş
araşdırılır. Frazeologiyanın dil sistemi anlayışı, nitq
fəaliyyəti və dil materialı ilə əlaqədar öyrənilməsi məhz
L.V.Şerbanın
adı ilə bağlıdır. O, dil hadisələrinin üç aspektini
fərqləndirir:
1) danışıq (nitq fəaliyyəti) və dərketmə;
2) lüğət tərkibi və qrammatikanın daxil olduğu “dil
sistemi”;
3) müəyyən konkret vəziyyətdə bütün deyilən və
dərk edilənlərin məcmusu kimi özünü göstərən “dil
materialı”.
L.V.Şerbanın fikrincə, dil sistemi və dil materialı –
nitq fəaliyyəti prosesində olan bütövlüyün sadəcə olaraq
müxtəlif aspektləridir [157, 176]. Müəllif bütöv mənası
olan sabit birləşmələri sintaktik üsulla yaranmış mürəkkəb
37
sözlər hesab etmiş və onları lüğət tərkibinə və bununla da
dil sisteminə aid etmişdir. L.V.Şerbaya görə, sözlərin
birləşməsi o zaman söz birləşmələri formasını alır ki,
birləşmənin hər iki elementi fikrin predmetini ifadə edən
sözlərlə eynilik təşkil edir.
Frazeologiyanın dilçilik elminin müstəqil sahəsi kimi
əsaslandırılması ilk dəfə Y.D.Polivanov tərəfindən keçən
əsrin 20-ci illərində irəli sürülmüşdür. O, mənaca sözə
bərabər tutulan sintaktik birləşmələri frazeologiyaya aid
etmiş və əminliklə bildirmişdir ki, dilçilik ədəbiyyatında
gələcəkdə frazeologiya müstəqil bir sahə kimi öz yerini
tutacaqdır [116, 63].
Frazeologiyanın əsas anlayışlarının dərin səciyyəsini
V.V.Vinoqradov vermişdir. V.V.Vinoqradovun dilçiliyə
daxil etdiyi “frazeoloji vahid” termini göstərir ki, sabit söz
birləşmələri dilin hazır vahidlərinə aiddir, nəsildən nəslə
ötürülür və nitq fəaliyyəti praktikasında ənənəyə görə
formalaşır. Dilçilik ədəbiyyatında V.V.Vinoqradovun
frazeologiya sahəsindəki tədqiqatları geniş araşdırıldığına
və ətraflı şərh edildiyinə görə biz təkcə onu qeyd etməklə
38
kifayətlənirik ki, bu görkəmli alim rus dilindəki müxtəlif
tip sabit söz birləşmələri haqqında orijinal və məhsuldar
təlim yaratmış, frazeologiya ilə bağlı tədqiqatlarında yeni
prinsipləri irəli sürmüşdür.
Frazeologiyanın transdilçilik təbiətindən bəhs edən
K.Abdullayev və İ.Həmidov yazırlar: “Frazeoloji
vahidlərin sabitliyi həmin vahidlərin nitqdə əsrlər boyu
dəyişməz şəkildə işlədilməsi ilə yaranır. Bu prosesdə
böyük həcmli mətnlər (atalar sözləri və s.) ixtisar
olunaraq, frazeoloji vahid şəklinə düşür (Он бьет
баклуши, а ты развесил уши; Собаку съел, а хвостом
подавился)” [85, 150].
Elmi ədəbiyyatdan məlumdur ki, ingilis dilinin
frazeologiyası bu dilin daşıyıcıları olan alimlər tərəfindən
indiyə
qədər
kifayət
qədər
sistemli
şəkildə
öyrənilməmişdir. Təsadüfi deyildir ki, bu münasibətlə
N.N.Amosova yazır: “İngilis və amerikan dilçiliyində bu
dilçilik təlimi (frazeologiya – T.Q.) ümumiyyətlə
yoxdur... İngilis və amerikan dilçiliyində idiomatika
probleminin elmi cəhətdən işlənməsi bəzi “ifadələr”
39
lüğətində, yaxud dil üzrə praktik vəsaitlərdə giriş
xarakterli qeydlərlə məhdudlaşır” [88, 11]. İngilis dilinin
frzeologiyasının tədqiqi daha çox N.N.Amosova,
A.V.Kunin, İ.V.Arnold, A.İ.Alyoxina, N.D.Şmelyov kimi
rus alimlərinin adı ilı bağlıdır.
N.N.Amosova özünün məşhur “İngilis frazeologiyasının
əsasları” kitabında frazeologiyaya aid tədqiqatların
prinsiplərini belə müəyyənləşdirmişdir:
1) frazeoloji materialın öyrənilməsinin ilk mərhələsi
sinxron xarakterli olmalıdır;
2) frazeoloji materialın araşdırılması metodu mümkün
qədər obyektiv olmalıdır;
3) bu metod seçilərkən həmin dilin konkret
özünəməxsusluğuna üstünlük verilməlidir;
4) ingilis dili analitik struktura malik olduğuna görə bu
dildə söz birləşmələrinin komponentləri arasında əlaqənin
özünəməxsusluğu nəzərə alınaraq sözlərin konseptual
əlaqəsi ön plana çəkilməlidir;
5) araşdırmaların hər bir mərhələsində kontekstual metod
nəzərə alınmalıdır [88, 20].
40
İngilis dilinin frazeologiyasının tədqiqi sahəsində
A.V.Kuninin əməyi xüsusilə qeyd olunur. Onun tərtib
etdiyi “İngiliscə-rusca frazeoloji lüğət” dəfələrlə nəşr
olunmuşdur. Həmin lüğətin “Dilçilik təlimi kimi ingilis
frazeologiyasının əsas anlayışları” adlanan müqəddiməsi
indi də bu sahədə aparılmış fundamental tədqiqatlardan
sayılır. Müasir ingilis dilindəki frazeoloji vahidlərin
yaranmasını tədqiq edən A.V.Kunin onların struktur-
semantik təhlilini də vermişdir. Burada o, frazeoloji
eyniləşdirmə metodlarından çıxış edərək variantlı və
struktur sinonimlik, frazeoloji kontakt problemi, frazeoloji
vahidlərin struktur-semantik tipləri və s. məsələlərin
həllini vermişdir [121, 29-51].
Dilçilik elminin böyük və maraqlı sahələrindən biri olan
frazeologiya ilə bağlı aparılmış araşdırmalar artıq
müəyyən nəticələr vermişdir. Bununla belə, bu sahədə
öyrənilməmiş məsələlər hələ kifayət qədərdir.
Azərbaycan dilçiliyində indiyə qədər frazeologiya
probleminin öyrənilməsinə, frazeologiya məsələsinin bir
sıra ümumi və xüsusi cəhətlərinin aydınlaşdırılmasına
41
həsr edilmiş əsərlərin Azərbaycan dili frazeologiyasının
inkişafındakı rolunu, əhəmiyyətini heç bir şəkildə
azaltmamaqla demək olar ki, Azərbaycan frazeologiyası
həmin tədqiqatlarda ətraflı əhatə olunmamış, ümumi
frazeoloji problemlər müfəssəl həllini tapmamışdır.
Azərbaycan dilinin frazeologiyası onun yaranma
qanunauyğunluqları
baxımından,
başqa
xalqların
frazeologiyası ilə ümumi və fərqli cəhətlərinin olub-
olmaması və onların üzə çıxarılması baxımından hərtərəfli
kontrastiv, müqayisəli tədqiqatlara cəlb olunmamışdır. Bir
neçə əsər istisna olunmaqla bu sahədə, xüsusilə də onun
qohum olmayan dillərin frazeologiyası ilə müqayisəsi
sahəsində əsaslı iş görülməmişdir. Halbuki məhz
müxtəlifsistemli dillərin frazeologiyasının müqayisəli
şəkildə araşdırılması onların linqvistik mahiyyətinə və
təbiətinə dərindən nüfuz etməyə imkan verir.
İngilis və Azərbaycan dillərinin frazeologiyasının əhatə
dairəsi haqqında fikir ayrılıqları dilçilər arasında bu gün
də davam etməkdədir. Onların bir qismi yalnız dar
mənada frazeologizm anlayışından çıxış edərək idiomları,
42
digər qismi həm də frazeoloji birləşmələri, üçüncü qismi
isə frazeologizm anlayışını geniş mənada götürərək,
frazeoloji ifadə və ibarələri, ekspressivlik-emosionallıqla
yüklənmiş terminoloji birləşmələri də frazeologiyanın
obyekti hesab edirlər.
Azərbaycan dilçiliyində frazeologiya haqqında ilk dəfə
M.Hüseynzadənin dərsliyində məlumat verilmişdir [27].
Bir
qədər
sonra
S.Cəfərovun,
A.Qurbanovun,
N.Rəhimzadənin, H.Bayramovun yazdıqları dərsliklərdə
də frazeologiya haqqında müəyyən məlumatlar verilmişdir
[13; 47; 49; 11]. Lakin bu əsərlərdə həmin dil vahidləri
haqqında istər nəzəri, istərsə də faktik material
baxımından müəyyənləşmiş, sözün əsl mənasında sabit
rəy yoxdur. Bəzən eyni dil faktları müxtəlif dilçilər
tərəfindən müxtəlif terminlərlə izah olunur. Məsələn,
S.Cəfərov daha çox «idiom, idiomatik ifadələr» [13],
H.Bayramov «sabit söz birləşmələri» [11], S.Murtuzayev
«frazeoloji vahidlər» [34] terminlərindən istifadə etmişlər.
S.Cəfərovun dərsliyində daha bir terminə – «ibarələr»
termininə də rast gəlirik. Onun fikrincə, sabit söz
43
birləşməsinin bir qismini də ibarələr təşkil edir –
idiomlarda olduğu kimi, ibarələrdə də sözlərin məcazi
mənada işlənməsi əsas yer tutur. [13, 97]. Müəllif hesab
edir ki, dilin lüğət tərkibini təşkil edən idiomlardan fərqli
olaraq ibarələr bədii ifadə vasitələri sırasına aiddir.
Frazeoloji vahidlər, hər şeydən əvvəl, söz birləşmələri
olub, nominativ və kommunikativ vəzifə daşıyır.
Frazeologiyaya aid yazılmış dilçilik ədəbiyyatlarında
diqqəti hər şeydən əvvəl termin müxtəlifliyi cəlb edir.
«İzahlı dilçilik terminləri lüğəti»ndə [159] «frazeoloji
birləşmə», «frazeoloji vahid», «frazeoloji birlik»,
«frazeoloji qovuşma», «frazeoloji variantlar», «frazeoloji
variasiya» və s. terminlər işlədilmişdir. Lakin bu terminlər
frazeoloji sistemi tam əhatə etmir. Dilçilikdə onların üç
tipi müəyyən edilmişdir: frazeoloji qovuşmalar, frazeoloji
birliklər (vəhdətlər) və frazeoloji birləşmələr. Azərbaycan
leksikoloqlarının bu barədə fikirləri daha çox
V.V.Vinoqradovun
frazeoloji
konsepsiyasından
qaynaqlanır.
44
Azərbaycan dilinin frazeologiyasının əsaslarını araşdıran
H.Bayramov da V.V.Vinoqradovun təklif etdiyi terminləri
(frazeoloji birikmələr, frazeoloji birləşmələr və frazeoloji
bitişmələr) qəbul edir. «Birikmə» termininin özü izah
olunmalıdır. «Bitişmə» və «birləşmə» terminləri
arasındakı sərhədləri müəyyənləşdirmək də çətindir.
Halbuki terminlər
anlaşıqlı olmalı, bildirdikləri anlayışları
dəqiq ifadə etməlidir. Ona görə də Azərbaycan
leksikologiyasında yuxarıda göstərilən dörd terminin
(frazeoloji qovuşmalar, frazeoloji birliklər, frazeoloji
uyuşmalar və frazeoloji ifadələr) işlənməsini vacib
sayırıq. Bunun ingilis və Azərbaycan dilləri kimi bir-
birinə
qohum
olmayan
müxtəlifsistemli
dillərin
frazeologiyasına tətbiqinin bütün hallarda özünü
doğruldacağını demək, çox güman ki, doğru olmazdı,
çünki, məsələn, frazeoloji vahidlər strukturuna və
yaranma üsuluna görə bir-birinə uyğun gəlirsə də,
semantikasına görə fərqlənə bilir. Buna əks hallar da
istisna olunmur.
45
İdiomlar frazeoloji sistemin tərkib hissəsi kimi öyrənilir.
Beləliklə, frazeoloji vahidlərin tədqiqi prosesində
idiomların öyrənilməsi qaçılmazdır.
Məlumdur ki, frazeoloji vahidlər və ələlxüsus idiomlar,
ümumiyyətlə, hansısa bir hadisə və əhvalatla bağlı yaranıb
yayılır. Onlar sərbəst birləşmələrin komponentlərinin ya
bir qisminin, ya da hamısının yeni məna kəsb etməsi ilə
əlaqədar formalaşır. Sərbəst sintaktik vahidlərin
bütövlükdə (bütün komponentlərinin) yeni məna
qazanması ilə idiomatik səciyyəli frazeologizmlər
meydana gəlir. Bu frazeologizmlərin əlaməti həm də ayrı-
ayrı komponentlərin öz mənalarından uzaqlaşaraq bütöv
vahidin tərkibində bir ümumi məna bildirmək üçün bir-
birinə qovuşmasıdır.
Məsələn, ing. to wash one's dirty
Dostları ilə paylaş: |