frazeoloji birikmə (фразеологическое сращение),
frazeoloji vəhdət (фразеологическое единство) və
frazeoloji birləşməni (фразеологическое сочетание)
nəzərdə tutur [99, 32]. İ.İ.Çernışova [151, 39] isə idiomu
60
frazeoloji
vəhdət
(фразеологическое
единство)
adlandırır. V.V.Vinoqrqadov isə “idiom” [102, 121]
termini
altında
yalnız
frazeoloji
birikmələri
(фразеологические сращения) nəzərdə tutur.
Frazeoloji birikmələri frazeoloji bitişmə ilə
eyniləşdirən M.D.Qorodnikova onları idiom adlandırır
[107, 19]. V.V.Vinoqradovun təsnifatını müasir alman
dilinə tətbiq edən L.R.Zinder və T.V.Stroyeva [114, 395]
da alman dilində olan frazeoloji birikmələri frazeoloji
vəhdət
ilə
bir
qrupda
birləşdirirlər.
Lakin
V.V.Vinoqradovdan fərqli olaraq, bu müəlliflər həmin
birləşmələri a) tutqun obrazlı məcazlaşma və b) canlı
motivləşmə obrazı olan məcazlaşma əsasında iki
yarımqrupa bölürlər.
L.S.Kosman “Tərkibləri tam məcazlaşmış vahidlər”
başlığı altında motivlənməyən (фразеологические
сращения) və motivlənən (фразеологические единства)
birləşmələri şərh edir [119, 26].
D.N.Uşakovun izahlı lüğətində “idiom başqa bir dilə
sətri tərcümə olunmayan bir ifadədir” fikrinə rast gəlirik.
61
C.Seydl və V.Makmordi [78, 4] ümumi mənası
birləşməni əmələ gətirən sözlərin ayrılıqda mənalarından
tam fərqli olan söz birləşməsini “idiom” adlandırırlar.
İdiomatikanın frazeologiyaya münasibətindən bəhs
edərkən bəzi müəlliflər məcazi mənada işlədilən sadə
sözləri, bəziləri isə hətta mürəkkəb sözləri də idiom hesab
etmişlər. Məsələn, A.A.Reformatski frazeologiyadan
danışarkən
frazeologiyanın
leksikləşmiş
söz
birləşmələrindən və idiomlardan ibarət olduğunu yazır
[134, 96]. Onun fikrincə, idiom yalnız leksikləşmiş söz
birləşmələrindən deyil, həm də məcazi mənada işlədilən
sözlərdən ibarət ola bilər. Müəllif buna misal olaraq заяц
sözünü göstərir və yazır ki, bu söz biletsiz sərnişin
mənasında işlədildikdə idiom olur [134, 93].
Bir qisim dilçilər (L.Mişiq, J.Temertseren, T.Paqba,
Ç.Luvsanjav və başqaları) əsas əlamət kimi frazeoloji
vahidlərin müəyyən bir formada möhkəmləndiyini,
həddindən artıq yüksək sabitliyə malik olduğunu, onların
qrammatik quruluşunda – söz sırasında dəyişikliklərin
qeyri-mümkünlüyünü,
ümumi
mənanın
ayrı-ayrı
62
komponentlərin mənalarından irəli gəlmədiyini, sözə
semantik ekvivalent olduğunu və idiomatik birləşmələrin
sözbəsöz tərcümə oluna bilməmələrini qeyd edirlər [bax:
132, 25].
Buna
Azərbaycan
dilçiliyində də
rast gəlirik.
Ə.Dəmirçizadə idiomların quruluşca növlərindən biri kimi
bəzi sözləri “idiomatik sözlər” adlandırır və belə sözlərin
çox məhdud sayda olduğunu qeyd edir. Tədqiqatçı onları
məcazi mənalı sözlərin üslubi məqsədlə işlədilməsi kimi
təqdim edir [14, 198].
Azərbaycan dilçiliyində müəlliflərin bir qismi bəzi sözləri
idiom hesab etsələr də, onları həm də frazeoloji vahid
kimi nəzərdə tuturlar. Məsələn, S.Murtuzayev karxana,
dəftərxana sözlərini termin səciyyəli frazeoloji vahid
hesab etmişdir [34, 12].
S.Cəfərov qılıncyarpaq, atbasar, atlıqarışqa, dəvəquşu
kimi bir sıra sözləri frazeoloji vahidin növlərindən biri
kimi gah “sabit idiomlar” [13, 74], gah da “qovuşma
idiomlar” adlandırır [13, 99].
63
M.Hüseynzadə də dargöz, qaraqabaq, əliaçıq, gözütox,
Dostları ilə paylaş: |