92
çəkir, Hüseyn də qəlyan çəkir; qədir ağacı əkmək; Erkək
Tükəzban; ilanı Seyid Əhməd əlilə tutmaq; Bu həna o
hənadan deyil; xoruzun quyruğu görünmək; aldım qoz,
satdım qoz, mənə də qaldı şaqqa-şuruq; əlləzinəni əzbər
oxumaq; Vəleylidə qalmaq.
Azərbaycan dilindən gətirilmiş belə idiomları ingilis
dilinə tərcümə etmək, onların bu dildə qarşılığını tapmaq
çox çətindir.
İngilis və Azərbaycan dillərinin idiomatik sisteminin
tipoloji müqayisəsi idiomların qrammatik təşkilində və
struktur cəhətdən formalaşmasında bir sıra ciddi fərqləri
aşkara çıxarmağa imkan vermişdir. Həmin fərqləri
aşağıdakı kimi ümumiləşdirmək olar.
Hər iki dildə bir sıra feli idiomatik vahidlərin tərkibində
predikativ söz birləşmələri çıxış edir. Lakin idiomatik
vahidlərdə predikativ söz birləşmələri ingilis dilində
budaq cümlə formasında, Azərbaycan dilində isə feli
bağlama şəklində təzahür edir. Müq. et: ing.
Don’t count
Dostları ilə paylaş: