the chickens before they are hatched “cücəni payızda
sayarlar”, to take the hair of the dog that bit you “iti
93
öldürənə sürütləyərlər”, to bite the hand that feeds you
“çörək verən əli kəsmək”; azərb. qaz vurub qazan
doldurmaq, əl açıb yalvarmaq.
İngilis dilinin idiomatik sistemində feli komponent
idiomatik birləşmənin önündə (not inkar ədatı iştirak edən
tərkiblər istisnadır) işlədilir, Azərbaycan dilində isə bu
komponent bu tipli birləşmələrin sonunda gəlir. Müq. et:
ing. to pay through the nose “çox pul ödəmək”; azərb.
başa düşmək, qulaqardına vurmaq (poetik nitqdə bu
qayda pozula bilər, məsələn: könül, səccadəyə basma
ayaq, təsbihə əl vurma).
İngilis dilindən fərqli olaraq Azərbaycan dilində feli
komponent idiomatik birləşmənin daxilində də işlənə
bilər: gah başına döyür, gah dizinə; gah nala döymək,
gah mıxa. Bundan başqa, Azərbaycan dilində idiomatik
kontaminasiya hadisəsini də müşahidə etmək mümkündür.
Bu zaman iki və daha artıq idiomatik vahid
komponentlərinin ixtisarı ilə bir birləşmə kimi formalaşır:
Dolanıb başına dönər fələklər (Vidadi), baş-beynini
aparmaq, əldən-ayaqdan düşmək.
94
Birinci misalda başına dönmək və başına dolanmaq
ifadələrində ismi komponentin biri (başına sözü) ixtisar
olunmuş, ikinci misalda başını aparmaq və beynini
aparmaq, üçüncü misalda əldən düşmək və ayaqdan
düşmək ifadələri kontaminasiyaya uğramışdır. İngilis
dilində belə hadisə müşahidə edilmir.
Azərbaycan dilində bir sıra idiomatik ifadələr təkcə nitq
prosesində deyil, həm də dilin bütün sistemində felin həm
məlum, həm də məchul növü vasitəsilə formalaşır. Bu iki
halda baş verir. Birinci hal onunla səciyyələnir ki, belə
ifadələrdə fel həm məlum, həm də məchul növdə işlənir:
gününü göy əskiyə bükmək – günü göy əskiyə bükülmək,
paxırını açmaq – paxırı açılmaq. Belə birləşmələri eyni
idiomatik vahidin müxtəlif struktur növü kimi
qiymətləndirmək olar. İkinci halda isə felin məchul
növündə idiomatik vahid məlum növdəkindən tamamilə
fərqli semantikaya malik olur. Müq. et: əl açmaq
“dilənmək”, “yalvarmaq” mənalarında - əli açılmaq “azad
olmaq” mənasında. Belə birləşmələr ayrı-ayrı idiomatik
95
vahidlərdir, çünki onlar tamamilə fərqli semantikaya
malikdir.
Azərbaycan dilində bəzi idiomatik ifadələrin tərkibində
feli komponent həmin idiomatik ifadənin ismi hissəsi olan
vasitəsiz tamamlıqla işlənir. Bu hal sərbəst söz
birləşmələrində mümkün deyil. Məsələn, gün ağlamaq
(“gələcəyin qayğısına qalmaq” mənasında). İngilis dilində
isə feli komponent həm idiomatik ifadələrdə, həm də
sərbəst söz birləşmələrində vasitəsiz tamamlıqla işlənir.
Məsələn, to speak daggers “qəzəblə danışmaq” (idiomatik
ifadə), to speak English, French, many languages
“ingiliscə, fransızca, bir çox dillərdə danışmaq” (sərbəst
söz birləşmələri).
Azərbaycan dilindən fərqli olaraq ingilis dilində tabelilik
söz birləşmələri əsasında yaranmış feli idiomatik
vahidlərlə yanaşı, tabesizlik söz birləşmələri əsasında
yaranmış feli idiomatik vahidlər də işlədilir, məsələn: to
cut and run “tələsik qacmaq”. Azərbaycan dilində bu tipli
idiomatik ifadələr yoxdur.
96
Azərbaycan
dilində
idiomatik
birləşmənin
ismi
komponentinin hal şəkilçisinin dəyişməsi ilə birləşmənin
semantikası da dəyişir, yəni yeni idiomatik ifadə yaranmış
olur: göz olmaq, gözü olmaq, gözdə (qulaqda) olmaq,
gözdən olmaq və s. Bu dörd idiomatik vahidin hər birinin
öz semantikası vardır.
İngilis dilində bəzi idiomatik ifadələrin qrammatik
formaları və qrammatik mənaları analitik yolla, yəni
müəyyən sözlərin köməyi ilə formalaşır, Azərbaycan
dilində isə belə birləşmələr sintetik yolla – şəkilçilər
vasitəsilə yaranır. İngilis dilində idiomatik vahidlərin feli
komponenti ismi komponenti ümumi halla idarə edir,
onlar arasında qrammatik münasibətlər sözönülər
vasitəsilə ifadə oluna bilər. Azərbaycan dilində isə belə
birləşmələrin feli komponenti digər komponentləri ismin
bütün halları ilə idarə edir, onlar arasında qrammatik
münasibətlər hal şəkilçiləri ilə reallaşır. Məsələn, ing. to
dig one’s hands in blood “əlini qana batırmaq” (adam
öldürmək mənasında), to be out of smb’s hands “asılı
olmamaq”, to poke one’s nose into smb’s affairs
97
“burnunu başqasının işinə soxmaq”, to be up in arms
“döyüşə hazır olmaq”, without turning eyelashes
“əsəbiləşmədən”, with one’s feet foremost “bir ayağı
qəbirdə”, out of head “fikirləşmədən”, to work one’s
fingers to the bone “bekar oturmaq, tənbəllik etmək”, by
the skin of one’s teeth “tükdən asılı”, in for a penny, in for
a pound “gərçı oldun dəyirmançı, çağır gəlsin dən,
Koroğlu”; azərb. başına daş salmaq, əl çəkmək, əldən
vermək, üzü dönmək, göz qoymaq, gözünü sıxmaq,
başında çanaq sınmaq, gözə gəlmək, üz vermək, üzə
salmaq, başdan eləmək.
Azərbaycan dilindən fərqli olaraq ingilis dilində idiomatik
vahidlərin tərkibində artikllər də çıxış edir. Məsələn, to
seize the bull by the horns “qətiyyətlə hərəkət etmək”, to
be a cool cat “sakit adam olmaq”, to be hot under the
collar “qəzəblənmək”, let the cat out of the bag “ağzından
qaçırmaq”, nail one’s collars to the mast “qətiyyətlilik
göstərmək, geri çəkilməmək”.
Müxtəlif dillərin idiomatik sisteminin tipoloji təhlili belə
qənaətə gəlməyə əsas verir ki, müxtəlif dillərdə bir sıra
98
idiomatik vahidlər müəyyən məqamlarda struktur-
semantik oxşarlıq təşkil edir, müəyyən məqamlarda isə
qrammatik təşkil və struktur formalaşma baxımından
fərqlənir. Belə idiomatik vahidlər sırasına məna və üslubi
çalarına, komponentlərinin tərkibi və struktur-qrammatik
təşkilinə görə oxşar və fərqli sabit birləşmələri aid etmək
olar. Belə birləşmələrin təşkilindəki oxşarlıq onların
obrazlılığının ümumdil xarakteri ilə şərtlənir.
Dilçilikdə, xüsusilə də Azərbaycan dilçiliyində və
ingilisşünaslıqda idiomatik ifadələrin hansı səviyyədə
öyrənilməsi, hansı məsələlərin öyrənildiyi, hansı
məsələlərin isə hələ lazımınca öyrənilmədiyi və ya
mübahisəli olaraq qalması ilə bağlı bu geniş analitik təhlil
ingilis və Azərbaycan dillərindəki idiomatik ifadələrin
öyrənilməsinin ümumi mənzərəsini, bu sahədəki
boşluqları incəlikləri ilə görməyə imkan verir və diqqəti
bu boşluqların tədqiqinə çəkir. Həmin boşluqlar sırasına
xüsusilə ingilis və Azərbaycan dillərində olan idiomatik
ifadələrin struktur və semantikasındakı oxşar və fərqli
cəhətlərin hələ müəyyənləşdirilməməsi və bu tipoloji
99
əlamətlərin inventarlaşdırılmaması, bu dillərdə idiomların
ekvivalentliyi və transformasiyası məsələlərini aid etmək
olar. Əsərin II və III fəsillərində biz məhz bu məsələlər
üzərində dayanacağıq.
Dostları ilə paylaş: |