100
II FƏSİL
İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ
İDİOMATİK İFADƏLƏRİN STRUKTUR-
SEMANTİK XÜSUSİYYƏTLƏRİ
2.1. İngilis və Azərbaycan dillərində idiomatik
ifadələrin leksik-grammatik səciyyəsi
Müxtəlifsistemli dillərdə idiomatik ifadələr diqqəti təkcə
obrazlılığına, ekspressivliyinə görə yox, həm də bu
ifadələrin
strukturunda
olan
ümumi
və
fərqli
xüsusiyyətlərə görə cəlb edir. Bu ümumilik idiomatik
ifadələrin
tərkibindəki
leksik
vahidlərin
transformasiyasının universallığına, tərkib daxilində
onların funksional-semantik dinamikasını göstərən yaxın
ifadələrin yaranmasına səbəb olan qanunauyğunluqlarla
izah olunur.
İdiomatik ifadələr mənaca bütöv, sintaktik struktur
cəhətdən sabit və dəyişməz leksik tərkibli konstruksiyalar
kimi başa düşülsə də, onların məcazlaşması və obrazlılığı
üçün kontekst, başqa sözlə desək, müəyyən dil mühiti
101
tələb olunur. Yuxarıda qeyd olunduğu kimi, iki və daha
artıq sözün birləşməsindən yaranan idiomatik ifadələr
komponentlərinin sintaktik əlaqəsinin səciyyəsi və leksik
tərkibinin kəmiyyətinə görə həm söz birləşməsi, həm də
qrammatik cəhətdən formalaşmış, məzmunca, intonasiya,
modallıq və predikativlik baxımdan bitmiş fikri ifadə edən
cümlə kimi çıxış edə bilir. Belə ifadələr dil strukturunda
həmişə digər dil vahidləri ilə müəyyən münasibətdə
olduğundan bir sıra hallarda müxtəlif formalara düşə bilər.
Buna görə də onların bəziləri dildə dəyişiklik edilmədən
fəaliyyət göstərir, bəziləri isə müəyyən struktur
dəyişiklikləri ilə işlədilir.
Başqa dillərdə olduğu kimi, ingilis və Azərbaycan
dillərində də idiomatik ifadələrin leksik və qrammatik
semantikası onlarda forma və məzmun birliyi əmələ
gətirir. Söz birləşməsi və cümlə strukturu idiomatik
ifadələrdə onları təşkil edən sözlərdən biri qrammatik
cəhətdən əsas, aparıcı komponent kimi çıxış edir. Əsas
komponentin qrammatik mənsubiyyətinə görə idiomatik
ifadələrin iki növü vardır: feli və ismi idiomatik ifadələr.
102
Feli idiomatik ifadələrin struktur təşkilində və
semantikasında fel mühüm rol oynayır. Ümumiyyətlə,
frazeoloji
sistemin
tədqiqində
onların
ayrı-ayrı
komponentlərinin frazeoloji cəhətdən bağlanmasında
fellərin xüsusi rolu ön plana çəkilir. Alman dilçisi
V.Şmidt iki əsas kontekstdə – leksik və sintaktik mühitdə
fellərin frazeoloji bağlılığını tədqiq edərkən, belə bir
nəticəyə gəlmişdir ki, frazeoloji cəhətdən məna bağlılığı
öz qradasiyasına malik olması ilə səciyyələnir [84, 62].
Fellər semantik rəngarəngliyinə görə digər nitq
hissələrindən fərqlənir, qrammatik kateqoriyalarının
çoxluğu və müxtəlifliyi onların semantik çalarlarını bir
qədər də artırır. Bu münasibətlə V.Vinoqradov yazır:
“Bütün başqa qrammatik kateqoriyalara nisbətən, felin
semantik strukturu daha dolğun və zəngindir. Felin bu
xüsusiyyəti
onun
qrammatik
quruluşunun
özünəməxsusluğundan asılıdır” [101, 339].
Fellər idiomatik ifadələrin tərkibində digər nitq hissələri
ilə, xüsusən isimlərlə birləşərək idiomların struktur
özəyini təşkil edir, cümlədə onların semantikasına və
103
sintaktik funksiyasına təsir edir. Müşahidələr göstərir ki,
ingilis dilində feli idiomatik ifadələr ismi birləşmələrə
nisbətən daha sadə struktura malikdir. Bu, felin cümlədə
əsas sintaktik vəzifəsini – xəbər funksiyasını daşıması ilə
bağlıdır. Ona görə də felin əlaqəyə girdiyi sözlərlə
sintaktik münasibətləri kəmiyyət baxımından o qədər də
çox deyildir. İdiomatik ifadələrdə fellər daha çox özlərinin
funksional, semantik yükü ilə səciyyələnir. Məsələn, to
close one’s eyes idiomunda zaman göstəricisinin
olmaması
onun
sərbəst
söz
birləşməsi
kimi
qiymətləndirilməsinə əsas verir. İngilis dilində bir sıra feli
idiomatik ifadələr struktur cəhətdən iki variantda çıxış edə
bilir: to hang (hang down) one’s head: hang və hang
down paralelliyinə əsaslanaraq həmin ifadə Azərbaycan
dilinə “başını aşağı salmaq, burnunu sallamaq” kimi
tərcümə edilir.
İngilis və Azərbaycan dillərində feli idiomatik ifadələrin
qrammatik strukturu, əlbəttə, bu dillərin qayda-
qanunlarına uyğun şəkildə qurulur, ona görə də həmin
ifadələrin komponentlərinin sıralanması daha çox felin
104
mövqeyindən asılıdır. İngilis dilindən bir neçə nümunə
göstərək: to have a bone in one’s throat (“boğazında
sümük qalmaq”), to twist smb round one’s little finger
(“kimi isə barmağına dolamaq”), to throw oneself into
smb’s arms (“kimdənsə ümid gözləmək”), to give a free
hand (“əlini boş buraxmaq”), to give a helping hand to
smb (“əlindən tutmaq”), to fall on one’s feet (“ayağına
düşüb yalvarmaq”), to twiddle one’s thumb (“bekar
oturmaq”).
Azərbaycan dilində feli idiomatik ifadələrdə ad
komponenti əvvəl, fel komponenti isə sonra gəlir. İngilis
dilində isə “fel + ad” modelindən istifadə olunur. Bu dildə
feli idiomatik ifadələrin birinci tərəfi fel, ikinci
komponenti isə əsasən isimdən ibarət olduğundan onlarda
ümumi məna komponentlərin bütövlükdə mənasından və
sintaktik strukturundan asılı olur, predikativ səciyyə
qazanır. Onu da əlavə edək ki, həm ingilis, həm də
Azərbaycan dilində feli idiomatik ifadələrin ismi tərəfinin
çoxu, fel komponentinin isə hamısı dildə əsasən müstəqil
işlənən leksik vahidlərdir: əlini qana batırmaq (“to bathe
105
one’s hands in blood ”), üstündə yük olmaq (“to thread on
smb’s neck”), gözünə girmək (“to burst upon the eye”),
dilini saxlamaq (“to hold one’s tongue”), əldən-ələ
keçmək (“to pass through many hands”) və s.
İngilis və Azərbaycan dillərində feli idiomatik ifadələr
felin təsdiq və inkarlıq kateqoriyasına uyğun olaraq təsdiq
və inkar strukturlarda çıxış edə bilir. Dilçilik
ədəbiyyatında qeyd olunduğu kimi, inkarlıq kateqoriyası
felin təsdiq və inkar formalarının üz-üzə dayanması
fonunda müəyyənləşir [27, 32]. Bu baxımdan ingilis və
Azərbaycan dillərində idiomatik ifadələri bir neçə növə
ayırmaq olar:
a) yalnız felin inkar formasında işlənən idiomatik
strukturlar:
Dostları ilə paylaş: |