113
qarşılığı olan
üzbəüz və
üz-üzə leksik vahidləri ilə ümumi
cəhətlərə malikdir.
Azərbaycan dilinə məxsus
üzbəüz
vahidinin tərəfləri tabesizlik əlaqəsi ilə bağlanmışdır,
yazılı dilin normalarına görə mürəkkəb söz hesab edilir.
İngilis dilindəki
shoulder by shoulder idiomatik ifadəsi isə
Azərbaycan dilinə “çiyin-çiyinə” kimi tərcümə edilir. Bir
sıra idiomatik ifadələr semantik baxımdan bir-birinə əks
mənalı sözlərdən təşkil olunmuşdur, məsələn,
from head
to foot (from head to heel) (“başdan ayağa, başdan
ayağacan, başdan ayağa kimi, başdan ayağa qədər”).
Azərbaycan dilində “isim + isim” modeli əsasında
formalaşmış ismi idiomatik ifadələrin maraqlı bir cəhəti
ondadır ki, bu konstruksiyalarda isim isimlə
təyin olunur;
c) “isim + zərf” (“noun + adverb”) modeli üzrə. “Zərf +
isim” modeli üzrə formalaşmış ifadələrə də təsadüf edilir.
Hər iki struktur elmi ədəbiyyatda “adverbial idiomatik
ifadələr” də adlanır. Belə idiomatik ifadələr zərf
funksiyasında çıxış etməklə hərəkətin əlamətini bildirir:
ing.
never batted an eyelash (“gözünü də yummadan”),
hands down (“asanlıqla”),
up to the eyes (in debt) (“borc