catch neither “bir əldə iki qarpız saxlamaq olmaz”, a bird
in the hand is worth two in the bush “soğan olsun, nağd
olsun”, one swallow doesn’t make a summer “bir gül ilə
yaz olmaz”, there is one good wife in the country, and
every man thinks he has her “heç kəs öz ayranına turş
deməz”;
12. Tərkibində fəza cisimləri ilə bağlı sörlər olan idiomlar.
Məsələn: make hay while the sun shines “dəmiri isti-isti
döyərlər”, to cry for the moon “mümkün olmayan şeyi
tələb etmək”, what does the moon care if the dogs bark at
her? “it hürər, karvan keçər”, to have one’s star in the
ascendant “uğur qazanmaq”;
13. Tərkibində od ilə bağlı sözlər olan idiomlar. Məsələn:
a burnt child dreads the fire “ilan vuran ala çatıdan da
qorxar”, out of the frying pan into the fire “yağışdan çıxıb
yağmura düşdük”, to heap coals of fire on smb’s head
149
“yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq
nər kişinin işidir”, fiddle while Rome is burning
“başqasının bədbəxtçiliyinə sevinmək”, to burn one’s
ships “keçmişlə vidalaşmaq”, all the fat is in the fire “işlər
pisdir”.
14. Tərkibində geyimlə bağlı sözlər olan idiomlar.
Məsələn: to fit like a glove “üstünə biçilmək / əyninə
oturmaq”, to get / have / keep smth up one’s sleeve “gizli
bir fikri və yaxud planı olmaq / ehtiyatda (boxçada) bir
şey saxlamaq”, to be in smb’s shoes “bir kəslə eyni
vəziyyətdə olmaq / özünü kiminsə yerinə qoymaq /
başqasının vəziyyətini başa düşmək”, on a shoestring “az
məbləğ pul ilə işə başlamaq / bir işi özünü sıxaraq (pul
barədə) görmək”, to get one’s knickers in a twist “bərk
əsəbiləşmək / acıqlanmaq / özündən çıxmaq / tumanını
başına çevirmək”, to tighten one’s belt “qənaət etmək /
özünü sıxmaq”, to fill smb’s shoes “bir kəsin yerini
tutmaq”, to pull one’s socks up “qolunu çırmalayıb işə
girişmək / işi daha yaxşı görmək üçün ciddi-cəhdlə
çalışmaq”, to wear the trousers (pants) “evin kişisi olmaq
150
(qadın haqqında) / kişini (ərini) qapazaltı etmək / evdə
hökmranlıq etmək”, to talk through one’s hat
“sayıqlamaq”, a wet blanket “darıxdırıcı adam /
basgasının kefinə soğan doğrayan”, to keep under one’s
hat “bir şeyi gizli saxlamaq / heç kimə heç nə deməmək”,
to blow / knock smb’s socks off “bir kəsi
təəccübləndirmək / şoka salmaq / çaşdırmaq”, to lose
one’s shirt “var-yoxdan çıxmaq / çox pul itirmək”, in
stitches “qəşş etmək / gülməkdən ürəyi getmək / qarnını
tutana qədər gülmək”.
Qeyd olunanlar tematik qrupların yalnız bir qismini təşkil
etsə də, semantik qrupların müxtəlifliyi və rəngarəngliyi
haqqında müəyyən məlumat verir.
A.Rayxşteyn frazeoloji vahidlərdə, xüsusən idiomlarda
ikiqat antroposentrizmin mövcud olduğunu bildirir və
bunu belə vahidlərin yaranma və istifadədə insanla
bağlılığı ilə izah edir [133, 32]. İdiomların
komponentlərinin semantikası və onların bir bütöv kimi
mənasında insanla bağlılıq kifayət qədər aydın görünür.
Ümumiyyətlə, insanla bağlı idiomlar həm ingilis, həm də
151
Azərbaycan dilində müəyyən sistem təşkil edir. Bu sistem
dildə linqvistika və ekstralinqvistik amillərin təsirini üzə
çıxarır.
Y.Arsentyeva bu sistemin, dil mənsubluğundan asılı
olmayaraq, insan kollektivinə mənsub olan ümumi
xüsusiyyətləri, eləcə də sırf ekstralinqvistik amillərlə bağlı
cəhətləri ifadə etməsi qənaətinə gəlmiş, sistem daxilində
idiomların insanın fiziki, psixi vəziyyətini, fəaliyyətini,
davranışını, maddi vəziyyətini göstərən semantik
qruplarını ayırmışdır [90, 4-5].
Son dövrlərdə idiomların semantik xüsusiyyətləri kifayət
qədər aktual problemlərdən birinə çevrilmişdir. Bu sahədə
müqayisəlı tədqiqatlara daha çox diqqət verilir. Belə
tədqiqatlar son nəticədə həm də dil ilə mədəniyyət
arasında münasibətlərin, mədəniyyətlər arasında fərqli və
oxşar xüsusiyyətlərin üzə çıxarılmasına xidmət edir [52,
58, 65, 83, 90, 131, 133, 137]. Tədqiqat işlərində
idiomların semantikasının ümumi məsələləri ilə yanaşı,
onların semantik kateqoriyaları, semantik təşkili,
152
semantikası ilə quruluşu arasındakı münasibətlər də
araşdırılır.
İdiomların semantikası mürəkkəb xüsusiyyətlərə malikdir.
Hər bir idiomun semantik mürəkkəblik dərəcəsinin
müəyyənləşdirilməsi xüsusi yanaşma və təhlil tələb edir.
Müəyyən iki dildə oxşar struktur, ortaq nüvə elementi
əsasında formalaşan idiomların semantikası heç də həmişə
eyni olmur. Hər bir idiomun mənası minimal semantika
daşıyan komponentlərin mənaları zəminində təyin olunur.
Lakin bu, o demək deyildir ki, idiomun semantik
quruluşu, elementləri bir-biri ilə sıx qarşılıqlı əlaqədə və
qarşılıqlı asılılıqda olan mikro sistem kimi təsəvvür edilə
bilməz. İdiomların semantikası onu təşkil edən
komponentlərin semlərinin birləşmə xüsusiyyətlərindən
asılıdır. İdiomun mənası onun komponentlərinin
mənalarının mexaniki cəmi kimi təzahür etmir. Bu məna
daha arxa planda qalan minimal məna komponentlərinin,
semlərin özünəməxsus cəmidir.
İnsan xarakteri onun əxlaq və davranışına xas
xüsusiyyətlərin toplusudur. Xarakter mənfi və müsbət
153
cəhətlərə malik olur. Ona görə də idiomları insan
xarakterinin mənfi və müsbət cəhətlərinin ifadəçisi kimi
iki yarımqrupa ayırmaq olar.
Satqınlıq, zülmkarlıq, məddahlıq, kobudluq, arsızlıq,
qiybətçilik, ikiüzlülük, yaltaqlıq, biganəlik, xəsislik,
yalançılıq və s. keyfiyyətlər insan xarakterinin mənfi
cəhətlərini təşkil edir. İstər Azərbaycan dilinin, istərsə də
ingilis dilinin idiomatikasında insan xarakterinin mənfi
cəhətlərini ifadə edən xeyli sayda idiom vardır.
“İdiomatik sistemin mənfi mənaya doğru meyli, ümumi
semantik assimetriyası adamların mənfi hadisələrə
emosional və nitq reaksiyası nəticəsində baş verir. Kəskin
mənfi emosional vəziyyətdə hadisəyə münasibət
bildirilərkən hazır sabit söz kompleksindən daha çox
istifadə edilir” [132, 6].
İdiomları semantik qruplarda birləşdirərkən onların ifadə
etdiyi bütöv məna əsas götürülür. İnsanın əclaflıq,
satqınlıq, rəzillik kimi mənfi xarakterik xüsusiyyətini
bildirən ingilis idiomlarına aid aşağıdakı nümunələri
göstərmək olar: ing. paint somebody black, crowd the
|