181
oynayır.
Bunu
əsas
götürərək
V.Komissarov
ekvivalentliyin beş tipini fərqləndirir:
1) tərcümə materialında orijinaldakı məzmun saxlanır;
2) orijinalın və tərcümə olunmuş materialın ümumi
məzmunu eyni kommunikasiya məqsədini güdməklə
yanaşı, eyni dilxarici situasiyanı əks etdirir;
3) leksik tərkibdə və sintaktik strukturda
paralellər olur;
4)
sintaktik struktur qorunur;
5) orijinalla tərcümə olunmuş material arasında maksimal
yaxınlıq olur [118, 52-56]. Əslində, beşinci tip
ekvivalentlik anlayışının təyin edilməsi ilə bağlıdır.
Burada ekvivalentliyin sərhədləndirilməsində müəyyən
qədər yaxınlıq vardır. Maksimal yaxınlığı qiymətləndirmə
vasitəsi və ya meyarı yoxdur. Ona görə də idiomların
transformasiyası zamanı maksimal yaxınlıq adı altında
ekvivalentlikdən danışmaq özünü doğrultmur.
Müxtəlif dillərdəki idiomatik ifadələrin ümumi səciyyə
daşıması və müəyyən məqamlarda struktur-semantik
oxşarlıq təşkil etməsi dilçilik ədəbiyyatında “dillərarası
ekvivalentlik” kimi qiymətləndirilir [112, 12]. Buraya
182
məna və üslubi çalarına görə oxşar, komponentlərin
tərkibi və struktur-qrammatik təşkili cəhətdən uyğun
gələn sabit birləşmələr daxildir.
Hər hansı gümana gəlməyən və ya çətin baş tutan işdən
bəhs edilərkən ingilis dilində
when pigs fly, castles in the
air, if ifs and ans were pots and pans və
if the sky falls, we
shall catch larks idiomlarından istifadə edilir. Bu
idiomları Azərbaycan dilinə hərfən müvafiq olaraq
“donuzlar uçanda”, “qəsrlər havada”, “əgər əgərlər və
vələr çaydan və qazan olsa”, “səma nə vaxt yerə enərsə,
torağayları da o vaxt tutarıq” kimi tərcümə etmək olar.
Lakin, göründüyü kimi, Azərbaycan dilində belə ifadə və
ya idiom yoxdur. Deməli, bu idiomlar Azərbaycan dilinə
tərcümə deyil, transformasiya edilməlidir. Başqa sözlə,
həmin idiom Azərbaycan dilində onun semantikasına
uyğun idiomla əvəz edilməlidir. Azərbaycan dilində bu
məqamda
dəvənin quyruğu yerə dəyəndə idiomundan
istifadə olunur. Komponent oxşarlığı tam aradan qaldırılsa
da, transformasiya zamanı semantik ekvivalentlik əldə
olunur.
183
“Ölmək” mənasını bildirmək üçün ingilis dilində
to kick
Dostları ilə paylaş: