Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə48/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   44   45   46   47   48   49   50   51   ...   61
Monoqrafiya

feet  –  azərb.  ayağa  qalxmaq  –  rus.  встать  на  ноги  / 
обрести  (твердую)  почву  под  ногами,  ing.  one’s  hair 
stood on end – azərb. tükləri biz-biz durdu – rus. волосы 
дыбом  встали,  ing.  to  take  something  to  heart  –  azərb. 


 
207 
ürəyinə  salmaq  –  rus.  принимать  что-либо  близко  к 
сердцу. 
Bu  idiomlarda  felin  dəyişməsi  də  özünü  göstərir. 
Lakin  leksik  komponentlərin  sayındakı  fərq  və  onların 
dəyişməsi  ümumi  məzmuna,  idiomun  funksional 
xüsusiyyətlərinə  təsir  göstərmir.  Qeyd  olunan  cəhət  yeni 
mənanın hansı dildə hansı və nə qədər sözün birləşməsi ilə 
əmələ  gəlməsindən  asılıdır.  Müxtəlifsistemli  dillərdə,  bu 
amil  idiomların  tərkibindəki  komponentlərin  sayında 
fərqlərə  səbəb  olur.  Məsələn,  “ölüm”  anlayışının 
bildirilməsində  mənanı  gücləndirmək  üçün  birləşməyə 
əlavə  sözlər  artırılır.  Müq.  et:  ing.  to  put  somebody  to 
sleep    azərb.  əbədi  yuxuya  göndərmək  –  rus.  обрести 
кого-либо на вечный сон.  
İdiomların  bir  dildən  digərinə  tərcüməsi  və 
transformasiyası  zamanı  əsas  diqqət  semantik  oxşarlığa, 
məzmun  eyniliyinə  yönəldilməlidir.  İdiomların  tərkib 
komponentlərinin  olduğu  kimi  tərcümə  edilməsi 
ekvivalent  variantın  seçilməsinə  mane  olur.  Bu  hal 
qəbuledilməzdir.  Məsələn,  ingilis  dilindən  tərkibində 


 
208 
heart  (“ürək”)  sözü  olan  idiomu  tərcümə  edərkən  onun 
Azərbaycan  dilində  tapılmış  qarşılığında  ürək  deyil,  can 
komponenti  ilə  rastlaşırıqsa,  o  halda  idiomun  hərfi 
tərcüməsindən  yox,  həmin  qarşılıqdan  istifadə  etmək 
doğru olardı. 
Müxtəlifsistemli dillərdə idiomların ekvivalentliyini 
təmin edən amillərdən biri də insanın müxtəlif emosional-
psixi  vəziyyətini  müşayiət  edən  jestlər  və  bədən 
hərəkətləridir.  Belə  hərəkətləri  ifadə  edən  söz 
birləşmələrinin  məcazi  mənada  işlənməsi  nəticəsində 
müxtəlif  idiomatik  vahidlər  meydana  çıxır.  Bu  cür 
birləşmələr jestlər və bədən hərəkətlərini bildirərkən, eyni 
zamanda onların rəmzi mənalarını da (çiyinlərini sıxmaq, 
başını  tərpətmək  və  s.)  ifadə  etmiş  olur.  Müxtəlif 
xalqların,  etnik  qrupların  emosional  jestlərinin  oxşarlığı 
müxtəlif dillərdə oxşar idiomların yaranmasına səbəb olur. 
Məsələn,  Azərbaycan  dilində  əllərini  sındırmaq 
birləşməsinin  malik  olduğu  semantika  ingilis  dilində 
wring  one’s  hand  birləşməsi  ilə  ifadə  olunur.  Həmçinin 


 
209 
müq.  et:  azərb.  saçlarını  yolmaq,  ing.  tear  one’s  hair, 
azərb. əl qaldırmaq, ingiliscə lift one’s hand. 
Bir  sıra  dillərdə  ekvivalent  idiomların  obrazlılıq 
nüvəsini heyvanların davranışının təsviri təşkil edir. Belə 
idiomatik  vahidlərdə  heyvanlara  xas  hal,  vəziyyət  və  ya 
hərəkət  insana  aid  edilir.  Müq.  et:  ing.  put  one’s  tail 
between one’s legs – azərb. quyruğunu qısmaq, ing. prick 
(up)  one’s  ears  –  azərb.  qulaqlarını  şəkləmək. 
Nümunələrdən göründüyü kimi, bu sabit söz birləşmələri 
ilə  ifadə  olunan  məzmun  yalnız  heyvanlara  xasdır  və 
nitqin ekspressivliyini artırmaq məqsədilə işlədilir.  
İdiomatik  ifadələrin  ekvivalentliyinin  yaranması, 
yuxarıda  ötəri  qeyd  olunduğu  kimi,  insanların  müxtəlif 
emosional-psixi vəziyyətləri (ağrı, həyacan, qorxu, hiddət 
və  s.)  ilə  də  şərtlənir.  Belə  vəziyyətlər  bir  sıra  ifadələrin 
obrazlılığını, ekspressivliyini, emosionallığını şərtləndirən 
motiv  kimi  çıxış  edir.  Azərbaycan  dilindəki  canına 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin