200
canı – rus.
плоть и кровь, ing.
all skin and bones – azərb.
bir dəri, bir sümük – rus.
кожа да кости, ing.
an eye for
an eye, a tooth for a tooth – azərb.
gözə-göz, dişə-diş –
rus.
око за око, зуб за зуб.
Müxtəlifsistemli dillərdə idiomların struktur-
semantik ekvivalentliyinin aşağı olması dillərin leksik-
semantik
sistemində
yuxarıda
sadaladığımız
komponentlərin ya tamam olmaması, ya da çox az
işlənməsi ilə əlaqədardır.
Tərkibində
head – baş, eye – göz, hand –əl, heart – ürək,
mouth – ağız, tongue – dil kimi sözlər olan idiomların
struktur-semantik ekvivalentlik dərəcəsi yüksəkdir. Müq.
et: ing.
to cry one’s eyes out – azərb.
gözünün qarasını
tökmək – rus.
выплакать все глаза, ing.
to hold / carry
one’s head high – azərb.
başını dik tutmaq – rus.
высоко
держать голову, ing.
to turn someone’s head – azərb.
başını piyləmək – rus.
вскружить голову кому-либо, ing.
to throw dust in someone’s eye – azərb.
gözünə kül
üfürmək – rus.
пускать пыль в глаза, ing.
with all one’s
heart – azərb.
bütün qəlbi ilə / canla-başla – rus.
от всего
203
İdiomların semantik və leksik quruluş amillərinin
qarşılıqlı təsirinin araşdırılması müxtəlif ekvivalentlik
növlərini müəyyən etməyə imkan verir:
1) struktur-
semantik ekvivalentlik;
2) semantik ekvivalentlik;
3) struktur-psevdoekvivalentlik.
Ekvivalentliyin
müəyyələşdirilməsinə
belə
yanaşmada semantik, leksik və struktur amillər əsas
götürülür. Bu, ingilis və Azərbaycan dillərində
ekvivalentliyin aşağıdakı
növlərini ayırmağa əsas verir:
1) tam ekvivalent idiomlar – semantik, konnotativ və
leksik cəhətdən eyni olan idiomlar;
2) qismən, natamam ekvivalentlər – bu qrupdan olan
idiomları bir neçə yarımqrupa bölmək olar: a) leksik
cəhətdən eynilik təşkil edən, semantikasına görə fərqlənən
idiomlar, b) semantik və konnotativ cəhətdən eynilik
təşkil edən, lakin leksik cəhətdən cüzi fərqlənən idiomlar;
3) idiom-analoqlar.
Qeyd olunanlara aid kifayət qədər nümunələr
göstərmək olar. Müq. et: ing.
to be at hand to – azərb.