205
İdiomların ifadə və məzmun planlarının üst-üstə
düşməsi
struktur-semantik
ekvivalentlərin
təyin
edilməsində mühüm rol oynayır. Üst-üstə düşmə tam və
natamam ola bildiyindən tam və natamam struktur-
semantik ekvivalentlərin də fərqləndirilməsinə zəmin
yaranır. Azərbaycan və ingilis dillərində tam struktur-
semantik ekvivalent idiomlarda həm məna eyniliyi ilə,
həm də
tərkib eyniliyi, oxşarlığı özünü göstərir.
Azərbaycan və ingilis dillərində leksik cəhətdən
ekvivalent olan idiomlar bir sıra hallarda semantikasına
görə fərqlənir. Məsələn, ing.
to lose one’s head idiomu
azərb.
başını itirmək idiomuna leksik cəhətdən
ekvivalentdir, lakin semantik tutumuna görə ondan daha
darlığı ilə fərqlənir. Azərbaycan dilində bu idiom bir neçə
mənada işlənir:
1) “düşünmədən, baş işlətmədən nəsə etmək, özünü
itirmək”;
2) “pis yola düşüb, pis adamlarla oturub-durmaq, onlara
qoşulmaq, onların əlində alət olmaq”;
3) “nəyəsə
aludə olub çətin vəziyyətə, bəlaya düşmək”.
206
Azərbaycan və ingilis idiomlarının bir qismi
semantikasına görə və üslub baxımından ekvivalent olub,
leksik cəhətdən cüzi fərqlənir. Buna
bir ayağı qəbirdə
olmaq –
one foot in the grave idiomunu misal göstərmək
olar.
Natamam
struktur-semantik
ekvivalentlər adı
altında elə, adətən, idiomlar nəzərdə tutulur ki, onların
semantikası uyğun olsa da, komponent tərkibi müəyyən
qədər fərqlənir. Müq. et: ing.
to curl the lip – azərb.
dodağını büzmək / əymək – rus.
cкривить / надуть губы,
ing.
to be all ears – azərb.
diqqətlə qulaq asmaq – rus.
во
все уши слушать, ing.
to have one’s eye on something /
someone – azərb.
kimdənsə gözünü çəkməmək – rus.
не
спускать глаз с кого-либо, to have something at one’s
finger tips – azərb.
beş barmağı kimi bilmək – rus.
знать
что-либо как свои пять пальцев, ing.
to feel / find one’s
Dostları ilə paylaş: