the bucket idiomundan istifadə edilir. Onun Azərbaycan
dilinə hərfi tərcüməsi belədir: “vedrəyə təpik vurmaq”.
Lakin bu birləşmə Azərbaycan dilində idiom səciyyəsi
daşımır, yəni ingilis dilindəki idiomun mənasını verə
bilmir. Bu məqamda Azərbaycan dilində dünyasını
dəyismək, rəhmətə getmək idiomlarından istifadə edilməsi
daha düzgündür.
Tərs, inadcıl adamdan bəhs edərkən ingilis dilində what is
bred in the bone will not go out of the flesh, can the
leopard change its spots? idiomları işlədilir. Bu idiomları
Azərbaycan dilinə hərfən müvafiq olaraq “Sümükdə
böyüdülən ətdən çıxmaz”, “Bəbir xallı dərisini dəyişə
bilərmi?” kimi tərcümə etmək olar. Lakin Azərbaycan
dilində belə idiomlar yoxdur, ona görə də ingilis dilindəki
həmin idiomların qarşılığı kimi qozbeli qəbir düzəldər
atalar sözündən istifadə edilməsi məqsədəuyğundur.
Eyni fikirdə olan insanların bir-birini müdafiə etməsi, bir-
biri ilə həmrəy olması ingilis dilində crows don’t pick
crow’s eyes, hawks will not pick hawk’s eyes out idiomları
184
ilə ifadə edilir. Azərbaycan dilində onların hərfi tərcüməsi
belədir: “Qarğalar qarğanın gözünü çıxarmır”, “Qırğılar
qırğının gözünü çıxarmaz”. Göründüyü kimi, hərfi
tərcümə ingilis dilindəki mənanı vermir. Onun qarşılığı
kimi Azərbaycan dilində it itin ayağını basmaz atalar
sözündən istifadə etmək olar.
Atalar sözləri, idiomlar və frazeoloji birləşmələrə aid
tədqiqatlarda
müxtəlifsistemli
dillərdə
idiomların
ekvivalentliyi məsələsi həmişə mübahisə obyekti
olmuşdur.
Frazeoloji
birləşmənin
başqa
dilə
transformasiya zamanı bir sözlə əvəz edilməsi məsələsi ilə
bağlı fikirlər də vardır. Məsələn, bir fikrə görə, bütöv bir
birləşmənin mənası bir sözlə ifadə oluna bilməz.
Zənnimizcə, bu fikirdə müəyyən həqiqət vardır, çünki
eyni bir fikri bir sözlə ifadə etmək mümkündürsə, o halda
bunun üçün iki və daha artıq sözdən ibarət birləşmədən
istifadə edilməsinə ehtiyac yoxdur. Əlbəttə, dildə hər bir
vahidin öz yeri vardır. Dil mürəkkəb bir sistemdir.
Müəyyən fikrin müxtəlif yollarla, müxtəlif sözlərlə ifadəsi
dilin imkanlarının göstəricisidir. Ayrı-ayrı ifadə
185
vasitələrindən istifadə edilməsi müxtəlif məqsədlərə
xidmət edə bilər.
Birləşmənin bir sözlə əvəz edilməsi məsələsinə münasibət
bildirən S.Əliyeva yazır: “Razılaşmaq lazımdır ki,
frazeologizmi sözə ekvivalent hesab etmək heç də
frazeologizmlə sözü eyniləşdirmək demək deyil. Məsələ
burasındadır ki, biz sözlə frazeologizmi sinonim kimi
işlədə bilirik. Bu hal həm Azərbaycan, həm də ingilis
dillərində müşahidə olunur. Məsələn: əldən düşmək –
yorulmaq; to get on one’s nerves – to annoy, to irritate.
Məhz bu mənada frazeologizmlə söz bir-birinə ekvivalent
sayılır və buna heç bir şübhə yoxdur. Əlbəttə, sözlə
frazeologizm bir-birindən fərqlənməsə, onlar dilçiliyin
ayrı-ayrı şöbələrinə aid edilməz. Bu fərq şübhəsiz ki,
mövcuddur” [17, 101].
Müxtəlifsistemli dillərin idiomlarının bir-birinə struktur,
struktur-semantik, semantik baxımdan yaxınlığı və
uzaqlığı müəyyən səbəblərlə şərtlənir. Struktur-genetik
cəhətdən əhəmiyyətli dərəcədə fərqlənən, coğrafi
yaxınlığa və uzunmüddətli mədəni-tarixi əlaqələrə malik
186
olmayan, müxtəlif sistemli dillərdə işlədilən ekvivalent
idiomatik ifadələrin bir sıra struktur-semantik və leksik-
semantik cəhətləri diqqəti cəlb edir. Belə ifadələrin
komponent tərkibində, qrammatik təşkilində, leksik
tərkibində,
idiomatik
variantlığında,
struktur
sinonimlərinə malik olmasında müəyyən oxşarlıqlar
nəzərə çarpır. Ekvivalent idiomatik ifadələrin struktur
təşkilində analogiya onların obrazlılığının ümumdil
xarakteri ilə şərtlənir. Məsələn, Azərbaycan dilində gözə
Dostları ilə paylaş: |