Suddenly there had ceased to be conversation anywhere
in the room. The eyes of every one were upon her
(E.Caldwell) (“Qəfildən otaqdakı söhbət kəsildi, iştirak
edənlərin hamısının baxışları ev sahibəsinə dikildi”).
Tərcümədəki baxışları sözü mətndəki gözləri sözünün
qarşılığı kimi verilmişdir. İdiom səviyyəsində tərcümədə
hər iki sözdən istifadə etmək mümkündür. İngilis dilində
eyni mənada to be in the public eye (“diqqət mərkəzində
olmaq”) idiomu da işlənir.
Həm ingilis, həm də Azərbaycan dilində eyni mənalı
idiom hadisə və vəziyyətin baş verməsi səbəbindən doğur.
Müəyyən işə görə ətrafdakıların diqqətini özünə cəlb
etmək, işə görə diqqət mərkəzində olmaq subyekt və
obyektə onun ətrafdakıların bir qisminin eyni zamanda
baxmasını gerçəkləşdirir. Bu hal idiomun tərkibində göz
sözünün nüvə komponenti kimi seçilməsinə əsas
169
vermişdir. Məlumdur ki, göz sözünün ən geniş yayılmış
və daha işlək mənası “görmək” anlayışı ilə bağlıdır. Qeyd
edək ki, etimoloji baxımdan da göz ismi ilə gör feli eyni
kökdən törəmiş sözlərdir. Misallar: gözüm onu görmək
istəmir, gözünü silib bax, hər iki qonşunun gözü onları
çoxdan almışdı [55, 307]. Göz sözünün “görmək” mənası
“baxmaq” anlayışı ilə bağlıdır. Baxmaq və görmək, baxıb
görmək, baxıb gülmək və s. söz birləşmələrinin
mərkəzində gözü müəyyən obyektə yönəltməklə görmə
vasitəsi ilə qavramanın baş verməsini diqqətə çatdırmaq
durur. Əşya və hadisənin eyni anda bir neçə adamın diqqət
mərkəzində olması onun çoxluq üçün maraqlı olmasından
irəli gəlir. İdiom müəyyən sayda adamın eyni zamanda bir
obyektə baxması əsasında formalaşmışdır. Sonralar bu
idiom diqqət mərkəzində olan hadisəni ifadə etmək üçün
istifadə edilmişdir, yəni hamının eyni zamanda nəyəsə,
kiməsə baxması əsas deyildir. Hadisə, obyekt, subyekt
çoxluğun maraq mərkəzində olduqda bu idiomdan istifadə
edilir. Məsələn: Hamının gözləri İraqa dikilmişdir.
170
In the winds eyes (“dənizdə”) [müq. et: azərb. Küləyin
əksinə]: Meanwhile the schooner gradually fell off and
filled again upon another tack, sailed swiftly for a minute
or so and brought up once more dead in the winds eyes
(R.L.Stevenson). “Hərdənbir qayıq aşır və yenidən qüvvə
toplayaraq bir-iki dəqiqə üzür və yenə də küləyin əksinə
yönəlirdi”; ing. all hands (“hamı göyərtəyə”); azərb. əldən
düşmək (yorulmaq), qulaq asmaq (dinləmək), göz qoymaq
(baxmaq),
başdan eləmək (qovmaq), əl vermək
(salamlaşmaq, görüşmək), dil vermək (öyrətmək), əl
açmaq (dilənmək), ürək qızdırmaq (inanmaq), diş
ağartmaq (irişmək), dil tökmək (yalvarmaq), ürəyinə
toxunmaq (qəlbinə toxunmaq) və s.
İdiomatik birləşmələr içərisində somatik tərkibli
birləşmələrin seçilməsi onunla bağlıdır ki, o bütün dillərin
idiomatikasında ən əsas rol oynayır, çünki, bədənin bütün
üzvləri insanın fiziki fəaliyyətinin ayrılmaz hissəsini təşkil
edir. Biz əgər beynimizlə (baş) dərk ediriksə, gözlərimizlə
görür, qulaqlarımızla eşidiriksə, əllərimizlə bu və ya digər
bir hərəkəti, hadisəni, prosesi həyata keçiririksə, bu
171
sadalananları həyata keçirmək üçün mütləq onun dalınca
getmək gərəkdir. Bunun reallaşmasını isə ayaqlarımızın
köməyi ilə həyata keçiririk.
Tərkibində ayaq (foot) komponenti olan idiomatik
birləşmələr ingilis dilində Azərbaycan dilinə nisbətən əl
Dostları ilə paylaş: |