bədən. İdiomları hər bir somatizm üzrə tematik qruplara
ayırmaq 40 qrupu təmsil edəcək təsnifat tələb etmiş olardı.
Belə təsnifatda məna qruplarının qismən üst-üstə düşməsi,
bir-birinə yaxınlığı istisna olmayacaqdır. Bu məsələni bir
qədər də aydınlaşdırmaq üçün mərkəzi elementi göz (eye)
164
olan idiomatik ifadələrin təsnifatını verməyə çalışaq. Bu
halda əl (hand) və göz (eye) sözlərinin mərkəzi
komponent kimi iştirak etdiyi idiomatik birləşmələrin
tematik qrupları ilə bağlı ümumi mənzərə açılacaq və
tematik qrupların müqayisəsini aparmaq imkanı
yaranacaqdır.
Tərkibində göz (eye) komponenti olan idiomatik
birləşmələrin aşağıdakı tematik qruplarını fərqləndirmək
olar:
1) hərəkətin icra tərzini bildirən idiomlar: ing. to sleep
with one eye open (“bir gözü açıq yatmaq” [narahat
yatmaq]), to catch smb’s eyes (“baxışlarını tutmaq”), to
feast one’s eyes on (“baxdığından həzz almaq”); azərb.
gözlərini zilləmək, göz qoymaq, gözünün ucu ilə görmək
və s.;
2) göz ilə qiymətləndirmə bildirən idiomlar: ing. to give
smb the beady (fishy) eye (“kiməsə çəp, əyri baxmaq”), to
have one’s eye in (“bir şeyi qiymətləndirmək”), to see
with half an eye (“ilk baxışdan görmək”), to keep a
165
jealous eye on (“bir şeyə şübhə ilə yanaşmaq”); azərb.
gözü ilə yemək, gözü ilə süzmək və s.;
3) gözün fiziki fəallığı ilə bağlı hərəkət intensivliyi
bildirən idiomlar: ing. eyes like gimlete (“gözləri kəlləsinə
çıxma”); azərb. gözündən od yağmaq, gözündə ildırım
çaxmaq və s.;
4) məkan bildirən idiomlar: ing. before smb’s eyes (“bir
kəsin gözləri qarşısında”); azərb. gözü dünyanı görmək və
s.;
5) görmə ilə bağlı zaman anı bildirən idiomlar: ing. to see
with half an eye (“ilk baxışdan görmək”); azərb. bir göz
qırpımında, gözünü açıb yumunca və s.;
6) gözün iştirakı ilə hərəkət bildirən idiomlar: ing. one’s
eyes draw straws (“gözləri axmaq”), to pipe one’s eyes
(“gözünün suyunu tökmək”); azərb. göz süzdürmək və s.;
7) emosional vəziyyət bildirən idiomlar: ing. eyes on
stalks (“qorxudan, təəccübdən gözləri bərələ qalma”), to
have (keep) one’s eyes glued on (“gözünü çəkməmək”);
azərb. gözünün qarasını sıxmaq və s.;
166
8) fiziki vəziyyət bildirən idiomlar: ing. to leap to the //
strike one’s eye // take smb’s eye (“gözə girmək”); azərb.
gözünü əbədi yummaq və s.;
9) mehribanlıq, səmımıyyət bildirən idiomlar: ing. to cast
(make) sheep’s eyes at smb (“məhəbbət dolu baxışlarla
baxmaq”); azərb. göz bəbəyi olmaq və s.;
10) adətlə, inanclarla bağlı olan idiomlar: ing. an eye for
an eye and tooth for a tooth (“əvəz-əvəzə”); azərb. gözə
gətirmək, gözlə çatdatmaq və s.;
11) xeyirxah olmayan arzu bildirən idiomlar: ing. damn
your eyes! (“gözlərin çıxsın!”), cock-eyed (“çəpgöz”);
azərb. gözünə qan dolmaq, gözündən qan-yaş axıtmaq,
gözü qurumamaq və s.
İngilis dilinin frazeoloji lüğətində nüvə sözü eye (“göz”)
olan 124 idiomatik birləşmə qeydə alınmışdır. Bundan
başqa, nüvə komponentin digər söz olduğu və tərkibində
eye işlənən idiomatik birləşmələr də böyük çoxluq təşkil
edir [177, 249-256]. Əlbəttə, bu qədər idiomatik
birləşmənin hər birinin yerini müvafiq semantik qruplarda
təyin etmək olduqca çətindir. Bir sıra idiomatik
167
birləşmələrin əsl mənası onun işləndiyi kontekstdən asılı
olur. Belə hallarda eyni idiomun iki semantik qrupda yer
almasına şərait yaranır.
Tərkibində göz (eye) və əl (hand) komponenti olan
idiomların tematik qruplarının sayının 10-dan artıq olması
göz qabağındadır. Bu tematik qruplardan bəzilərinin
arasında məna və məzmun yaxınlığı vardır. Fəaliyyətin
məkan və zaman xarakteristikalarını, emosional vəziyyət,
arzu, hal bildirən idiomlarda semantik yaxınlıq daha aydın
hiss edilir. Digər tematik qruplar isə bir-birindən xeyli
fərqlənir. Bu qənaətə gəlməyə hər iki dilin materialı əsas
verir.
Araşdırdığımız dillərdə bir sıra idiomlar arasındakı
fərqlər ekstralinqvistik amillərdən qaynaqlanır. İdiomların
semantik xüsusiyyətlərindəki oxşarlıq və fərqlər bu
dillərdəki
idiomların
mənalarının
konfrontativ
araşdırılması ilə müəyyənləşdirilir. Bu zaman müxtəlif
yanaşmalar mümkündür. Oxşarlıq nüvə komponenti,
yaxud
idiomun
formalaşma
səbəbi
əsasında
müəyyənləşdirilə bilər. Nüvə komponentinə görə
168
oxşarlığa istinad etsək, daha maraqlı mənzərənin şahidi
olarıq. Bu halda materialın seçilməsi də çətin deyildir.
Misallara müraciət edək. All eyes are turned to (“hamının
diqqətinin eyni adama , eyni hadisəyə yönəlməsi”):
Dostları ilə paylaş: |