hand ifadələri göz yummaq və to shut one’s eyes ifadələri
ekvivalent dil vahidləridir. Onların transformasiyası, yəni
bir dildən digərinə köçürülməsi heç bir çətinlik törətmir.
Belə birləşmələrdəki komponent oxşarlığı onların
ekvivalentliyi üçün əhəmiyyət daşımır. Əlbəttə, müxtəlif
dillərdə işlənən və bu şəkildə yaxın olan idiomların
yaranması təsadüfi deyildir. Belə oxşar ifadələrin
meydana çıxmasında müəyyən bir qanunauyğunluq
vardır.
Beləliklə, bu və ya digər əşyaya (kəmiyyətə) bərabər
tutulan, hər hansı cəhətdən ona uyğun gələn, onu əvəz və
ya ifadə edə bilən əşya (kəmiyyət) bir-birinə ekvivalent
sayılır. Bədii tərcümədə belə bərabərqiymətliliyi təmin
etmək çətindir, çünki tərcümə zamanı mənbə dilin sistemi
ilə tərcümənin edildiyi dilin sistemi arasındakı fərqlər
orijinalın məzmununun tam saxlanması imkanını
məhdudlaşdırır. Ekvivalentliyi müəyyənləşdirmək üçün
meyar rolunu orijinaldakı məna elementlərinin saxlanması
181
oynayır.
Bunu
əsas
götürərək
V.Komissarov
ekvivalentliyin beş tipini fərqləndirir:
1) tərcümə materialında orijinaldakı məzmun saxlanır;
2) orijinalın və tərcümə olunmuş materialın ümumi
məzmunu eyni kommunikasiya məqsədini güdməklə
yanaşı, eyni dilxarici situasiyanı əks etdirir;
3) leksik tərkibdə və sintaktik strukturda paralellər olur;
4) sintaktik struktur qorunur;
5) orijinalla tərcümə olunmuş material arasında maksimal
yaxınlıq olur [118, 52-56]. Əslində, beşinci tip
ekvivalentlik anlayışının təyin edilməsi ilə bağlıdır.
Burada ekvivalentliyin sərhədləndirilməsində müəyyən
qədər yaxınlıq vardır. Maksimal yaxınlığı qiymətləndirmə
vasitəsi və ya meyarı yoxdur. Ona görə də idiomların
transformasiyası zamanı maksimal yaxınlıq adı altında
ekvivalentlikdən danışmaq özünü doğrultmur.
Müxtəlif dillərdəki idiomatik ifadələrin ümumi səciyyə
daşıması və müəyyən məqamlarda struktur-semantik
oxşarlıq təşkil etməsi dilçilik ədəbiyyatında “dillərarası
ekvivalentlik” kimi qiymətləndirilir [112, 12]. Buraya
182
məna və üslubi çalarına görə oxşar, komponentlərin
tərkibi və struktur-qrammatik təşkili cəhətdən uyğun
gələn sabit birləşmələr daxildir.
Hər hansı gümana gəlməyən və ya çətin baş tutan işdən
bəhs edilərkən ingilis dilində when pigs fly, castles in the
air, if ifs and ans were pots and pans və if the sky falls, we
shall catch larks idiomlarından istifadə edilir. Bu
idiomları Azərbaycan dilinə hərfən müvafiq olaraq
“donuzlar uçanda”, “qəsrlər havada”, “əgər əgərlər və
vələr çaydan və qazan olsa”, “səma nə vaxt yerə enərsə,
torağayları da o vaxt tutarıq” kimi tərcümə etmək olar.
Lakin, göründüyü kimi, Azərbaycan dilində belə ifadə və
ya idiom yoxdur. Deməli, bu idiomlar Azərbaycan dilinə
tərcümə deyil, transformasiya edilməlidir. Başqa sözlə,
həmin idiom Azərbaycan dilində onun semantikasına
uyğun idiomla əvəz edilməlidir. Azərbaycan dilində bu
məqamda dəvənin quyruğu yerə dəyəndə idiomundan
istifadə olunur. Komponent oxşarlığı tam aradan qaldırılsa
da, transformasiya zamanı semantik ekvivalentlik əldə
olunur.
183
“Ölmək” mənasını bildirmək üçün ingilis dilində to kick
Dostları ilə paylaş: |