Bu üsulla oksigensizləşdirmə maye ərintinin vakuum şəraitində saxlamaqla aparılır. Bilirik ki, maue ərintidə həll olmuş oksigen karbonu aşağıdakı reaksiya üzrə oksidləşdirir:
Bu bərabırliydən görünür ki, metalda həll olmuş oksigenin müvazinətli miqdarı PCO təşkil edir. Əgər vakuum yaratmaqla sistemin PCO -ni azaltsaq maye ərintidə həll olmuş oksigenin miqdarı da azalmış olur. Digər tərəfdən də maye ərintidə həll olmuş oksigenin miqdarı mühitin oksigeninin porsial təzyiqindən asılı olaraq dəyişir.Vakuum şəraitində oksigenin porsial təzyiqi azaldığından bu mühitdə yerləşən maye ərintidə həll ola biləcək oksigenin miqdarı da azalır. Vakuum həmçinin maye ərintidə həll olmuş azotun miqdarını da azaldır – deqozasiya prosesi gedir. Beləliklə, müəyyən olur ki, maye ərintini müxtəlif üsullarla emal etməklə, ondakı oksigenin miqdarını azaltmaq və poladın keyfiyyətini yüksəltmək mümkündür.
Sakit və qaynayan poladlar.
Oksigensizləşmə dərəcəsindən asılı olaraq poladlar sakit, yarımsakit və qaynayan qruplara bölünür. Daha dərin oksigensizləşdirmə prosesinə uğradılmış polad sakit polad adlanır. Belə polad keyfiyyətli sayılır. Sakit polad adətən, maye ərintinin oksigensizləşməsini silisium, manqan və alüminiumla birlikdə apardıqda alınır. Maye ərintidə
[C]+[O]=CO (A)
reaksiyasının getməsi üçün lazımi miqdarda oksigen olmadıqda polad istər sobada, istərsə də çalovda və daha dərin oksigensizləşdirmə aparılmayan poladda zəif də olsa (A) reaksiyası gedir. Bu reaksiya üzrə alınan CO qabarcıqlar şəklində metaldan xarc olur və metalda zəif qaynama halı yaradır. Belə polad yarımsakit polad adlanır. Yarımsakit polad maye ərintinin oksigensizləşməsini manqan və alüminiumla birlikdə apardıqda alınır.
Oksigensizləşdirilmə yalnız manqan ilə aparıldıqda isə ərintidə nisbətən yüksək miqdarda həll olmuş oksigen qalır. Bu da karbonun oksidləşmə reaksiyasının sürətlə getməsini təmin edərək maye ərintini qaynama vəziyyətinə salır. Buna görə də belə polad qaynayan polad adlanır. Qaynama dərəcəsindən asılı olaraq polad külçəsinin struktur qurluşu və xassələri müxtəlif alınır.