2.Toksikologiyanın digər elmlərlə əlaqəsi? Toksikologiyanın , eləcə də farmakologiyanın metodoloji və metodik əsasının inkişafında rus fiziologiyasının korifeyi, akademik İ.P.Pavlovun ideyalarının ,həmçinin üsullarının müstəsna əhəmiyyəti olmuşdur.Pavlovun təlimatıan əsasən şərti refleksin sönməsinin yaranam sürəti göstəricisi zəhərli maddələrin heyvanların ali və sinir fəaliyyətinə etdiyi təsirlə sübuta yetir..Toksikoloji proseslərin baş beyin fəaliyyəti ilə birbaşa asıllığı Pavlovun klassik tədqiqatları ilə təsdiq olunmuşdur.
Heyvanların yemlərdən zəhərlənməsinin öyrənilməsində A.M.Vilner ,M.A.Polyanski, S.V.Bajenov,İ.Y.neklepayev,A.N.Bobaşiniski, M.A.Makarov ,A.K.Skoroxodka,iİ.İ.Zapadnyuk,V.A.Skrovronski, A.F.Başmurin , A.A.Xrebetov və Qusin kimi alimlərin tədqiqatları böyük əhəmiyyət kəsb etmişdir.
Sintetik zəhəli maddələrin toksokologiyasının inkişafına və bunlarla zəhərlənmələrin müalicəsinin öyrənilməsinə L.M.Preobrejenski, D.J.Kaznski, i.S.Aurin ,V.A.Sanotski, V.S.Xoteyev , K.M.Vasilyev, N.M.Komarov ,D.D.Poloz , P.İ.Pibak və başqalarının elmi-tədqiqat işləri ciddi təkan verrmişdir. Toksikologiyanın bu və ya digər sahələri ilə bağlı Azərbaycanda da geniş elmi tədqiqat və təcrübə işləri aparılmışdır.Belə ki baytarlıq toksikologiyasının kimyaın ayrı-ayrı ekotoksikoloji məsəslələrinin öyrənilməsində M.Həlimbəyo,Q.Hacıyev, N.Dilbazi,S.Tağırov,A.ŞirinovY.Bağırov,A.Əliyev,A.Ömərov,M.Ağayev,V.M.Abbasov ,R.Ə.Əliyev, N.Ə.Səlimoa ,M.M.Abbasov, Ə.İ.Babayev ,V.S.Əsgərov, Ş.M.A bbasov, Ə.R.Əliyev və başqa alimlərintədqiqatları öz elmi bəhrəsini vermişdir.
3.Toksikologiyanın predmeti? Toksikologya bir sıra elmlərlə əlaqəlidir və qarışıq eləmi istiqamətlərlə çox hallarda birləşir.Belə elmlər içərisində biologiya, ekologiya və geologiya xüsusi yer tutur.Eyni zamanda ekoloji toksikologiya tibbi farmakologiya ilə də əlaqəlidir.
Toksikologiyanın əsas vəzifələrindən biri kimyəvi maddələrin toksiki xassələrin müəyyən olunması və xarakterizəsidir ki, onlar da , heyvan və insan orqanizmində patoloji dəyişikliklər yaradır və həmçinin bu xəstəliklərin yaranması , daha da kəskinləşməsi, itməsi şəraitini öyrənir. Zəhərin orqanizmlə qarşılıqlı təsiri iki aspektdə öyrənilir Maddə orqanizmə necə təsir edir. Zəhərli maddənin təsirindən orqanizmdə nə baş verir. Birinci sualın cavabını toksikodinamika, ikinci isə toksokinetika öyrənir.Ümumi toksikologiyanın əsası toksiki maddələrin orqanizmdə hərəkəti haqqında təlimdir.Orqanizmə müxtəlif yolla daxil olan zəhərlərin , eləcə də zəhərlənmələrin kliniki və patomorfoloji xassələrinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Zəhərlənmə orqanizmin özünəməxsus kimyəvi zədədlənməsidir.Toksikoloq vəzifəsi onun birbaşa lokalizasiyaının orqanizmin ümumi reaksiyasını təyin etməkdir. Beləliklə orqanizmdəki və onunla qarşılıqlı təsirdə olan eyni bir kimyəvi maddə zəhər , dərman və həyat üçün vacib vasitə ola bilər(bir çox şərtlərdən asılı olaraq) . Hal –hazırda bəşəriyyətin çox hissəsi bu və ya digər dərəcədə müxtəlif kimyəvi maddələin təsirinə məruz qalır.Kimyəvi birləşmələrin və onların insana, eləcə də ekosistemlərə təsirini öyrənən elm isə kimyəvi toksikologiya adlanır.Bu sahə elm kimi XX əsrin 60- cı illərində yaranmış və inkişaf etməyə başlamışdır.Kimyəvi toksikologiya kimya, ekologiya və toksikologiyanın birləşməsindən əmələ gəlmişdir.