Nəzəri toksikologiya. Orqanizmlə zəhər arasında əsas qanunları, onların toksikokinetika və toksikodinamikası problemlərini həll edir.
Profilaktik ( gigyenik ) toksikologiya. İnsanı əhatə edən mühitdə kimyəvi maddələrin toksiki təsirindən qorunması və təhlükəlilik dərəcəsinin , onların aradan qalırılması üsullarının təyini problemlərinin öyrənir.Ona görə də toksikologiyanın bu sahəsi ekoloji xarakter daşıyır.
8. İnsana təsirinə görə kansorogen təsirli maddələr novləri? İnsana təsirinə görə kansorogen təsirli maddələr 4 qrupa bölünür:
1.blastomogen təsirli maddələr (nafetimelamin, benzidin, 4-aminodifenil,benz(a) piren)
2.pis xassəli şişlər yaradan maddələr (politoiklik aromatik karbohidrogenlər, aminoazobirləşmələr, nitrozaminlər ):
3.zəif blastomogen təsirli maddələr ( dioikploheksidamin):
4.kansorogen təsiri dəqiq müəyyən olunmayan maddələr
Məlum kansorogen maddələr orqanizmə teratogen təsir göstərməklə yanaşı,pis xassəli şişlərin əmələ gəlməsinə səbəb olur.Siçanlar və siçovullar üzərində aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu şişlər dəri, ağciyər, sidik kisəsinin rak xəstəliyindən ibarətdir.
9.Radiokimyası sənayesi.Nüvə yanacağının regenerisiya olunması?
İşlənmiş tvellər nüvə yanacağını regenerasiya edən müəssisələrə gətirilir.Burada onlardan uranı və ilutoniumu, hablə uranın bölünməsi məhsullarını ayırırlar ki, sonralar bunlardan şüalanma mənbələri, radioaktiv indikatorlar və s.kimi istifadə oluna bilər. Bütün radiasiya təhlükəsizliyi (RT) qaydalarına riayət olunmasına baxmayaraq, nüvə yanacağanı regenerasiya edən müəssisələr ətraf mühiti radioaktiv maddələrlə çirkləndirən mənbələr olaraq qalır.Bu müəssisələr radioaktiv tullantılı suları vaxtaşırı kənara buraxır.Belə tullantılı suların konsentrasiyası yolverilən təhlükəsiz hədlərdə olmasına baxmayaraq, radioaktiv çirklənmələrətraf mühitdə tədricən toplana bilərvə buna görədə elə çirklənmələrin sviyyəsinə ciddi nəzarət etmək tələb olunur.
10. Toksikologiyada zəhər və zəhərli maddə anlayışı? Məlum olduğu kimi , toksikologiya – zəhərlər haqqında elm olmaqla, onun canlı oranizmlərə təsirini öyrənir. Ən qədim keçmişdə belə insanların onları əhatə edən təbiətdə zəhərli maddələrin olması barədə təsəvvürləri olmuşdur.Bu barədə kifayət qədər tarixi məlumatlar mövcuddur.Lakin , bununla belə, indiyədək zəhərin elmi tərəfi tam dəqiqiliklə verilmişdir.Bəzi tokstkoloqlar hatta bu gün də bunu qeyri-mümkün hesab edirlər. Görkəmli rus toksikoloqu D.P.Kosorolov zəhərin tərifi haqqında belə demişdir: “Zəhər nədir ?Bunun tərifini vermək toksikologiyanın ən çətin məsələlərindəndir. Zəhərin tərifinə dair çox müxtəlif fikirlər mövcuddur, lakin bunların heç birini tam dəqiq hesab etmək olmur. Bəzi müəlliflər, hətta hesab edirlər ki, elmi mənada ümumiyyətlə , zəhərlər yoxdur.Bununla belə, bu cür ziddiyyətli fikirlər məhkəmə və digər sahələr üçün zəhərin tərifinin zəruriliyini inkar etmir.”D.P.Kosorotov məhkəmə ekspertizası tcrübəsi sahəsi üçün zəhəri aşağıdakı kimi səciyyələndirməyi təklif edir: “Öz kimyəvi xassələrinin hesabına orqanizmə kiçik dozalarda belə yeridilməkə sağlamlığa xətər gətirən və hətta ğlümə səbəb ola bilən maddələrə zəhər deyilir“. S.V.Aniçkov “ zəhər“ anlayışını aşağıdakı tərzdə ifadə etməyi lazım bilir: “ Canlı orqanizmlərə təsir edərək normal həyat fəaliyyətinin kəskin pozulmasını, yəni zəhərlənmə( toksiki effekt ) törədən və yaxud ölümə ( letal effekt ) səbəb olan maddələrə zəhər deyilir“. Ştrauba görə (Q. Mayer-bode , 1966) hər hansı maddə ona xassələrin in ( kimyəvi) hesabına dolayı və ya bilavasitə canlı orqanizmdə maddələr mübadiləsinə təsir göstərirsə belə maddəyə zəhər deyilir. Ümumiyyətlə , zəhər haqqında bir çox görkəmli alimlərin maraqlı fikirləri mövcuddur.Məşhur fransiz fizioloqu və biokimyaçısı Klod Bernar bu barədə yazır “.Zəhər kimi isə öldürmək və xəstələri müalic etmək məqsədilə tətbiq edilə bilər, lakin onun bu iki tətbiqindən başqa üçüncü tətbiq sahəsi də vardır ki, bu da fizioloq üçün xüsusi maraq doğurur.Onun üçün zəhər canlı strukturlarda ən intim hadisələri təhlil etməkdə vacib alətə çevrilir. Zəhərli maddələrin təsirinə mən çoxdandır ki , məhz bu nöqteyi – nəzərdən yanaşıram “.
Dünya şöhrətli rus fizioloqu i.P.Pavlov da buna oxşar fikir söyləmişdir: “Zəhərlər həyat fəaliyyətinin intim tərəflərinin dərk edilməsi üçün istifadə olunan çox incə alətlərdir“.