Topic: Places Are parks important for a city?


Ölkənizdə Yeni ili qarşılamaq üçün hər hansı mərasimləriniz varmı?



Yüklə 52,73 Kb.
səhifə12/33
tarix28.11.2023
ölçüsü52,73 Kb.
#167724
1   ...   8   9   10   11   12   13   14   15   ...   33
Fatimə

4.Ölkənizdə Yeni ili qarşılamaq üçün hər hansı mərasimləriniz varmı?
Bizim ölkədə Yeni ili böyük bayram süfrəsi arxasında qarşılayırlar. Süfrədə müxtəlif cür taamlar və əsasən Şampan şərab olur. Adama elə gəlir ki, biz bu bayramı əsrlərdən bəri qeyd edirik, amma əslində Yeni ilin Azərbaycanda qeyd edilməyə başlaması SSRİ dövrlərinə təsadüf edir. İndi isə Azərbaycanda 31 dekabr ancaq Yeni il deyil, həm də Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bir-birinə qarışan bu iki bayramı hamı yaddaqalan şəkildə qeyd etmək istəyir. Kimi evdə, kimi restoranda, kimi isə səyahətdə.
5.Ölkənizdə insanların əksəriyyəti Yeni ili necə qeyd edir?
Azərbaycanda insanların əksəriyyəti yeni ili ailəsi ilə birliklə qeyd edirlər. İnsanlar bir süfrə ətrafında toplaşıb müxtəlif təamların dadına baxır, bir-biriləri ilə xoş söhbətlər edirlər. Daha sonra Yeni ili küçələrdə atəşfəşanlıqla qarşılayırlar.
6.İnsanlar niyə Yeni ilin yeni başlanğıc olduğunu düşünürlər?
Çünki Yeni ildə təqvim yenilənir, il yenidən başlayır. Yeni il yeni başlanğıclar üçün gözəl fürsət hesab olunur. Yeni ilin ümumiyyətlə yeni qərarlar, yeni başlanğıclar və ya sonlar üçün yaxşı bir fürsət olaraq görüldüyünü ifadə edən mütəxəssislər, yeni il hədəflərinin reallaşması üçün xarici faktorlarla yanaşı, düşüncə və hisslər kimi daxili faktorların da əhəmiyyətli olduğunu vurğulayırlar. 31 dekabr ad günləri, yubileylər və özəl günlər deyəndə əksər insanların ağlına yeni bir mərhələ kimi gəldiyi tarixlərdən biridir. Həmin gecə saat əqrəbi 12-ni vuranda ağ səhifə açılır və bütün neqativlərin geridə qaldığı hiss olunur. Münasibətlər və gündəlik həyat yeni qərarlar qəbul edilərək qaydaya salınır.
7.Ölkənizdə Yeni ili qeyd etmək nə dərəcədə vacibdir?
Əslində Yeni il müsəlmanların bayramı deyil. Buna görə də bizim ölkəmizdə Yeni ili qeyd etmək bir o qədər də vacib deyil. Hətta bəzi ailələr var ki, məhz bu səbəbdən Yeni ili qeyd etmirlər. Lakin bu tarix həm də Dünya azərbaycanlıların Həmrəylik Günü kimi qeyd olunduğunu görə ölkəmizdə bu tarixi əksər insanlaer bayram kimi qeyd edirlər.

Yüklə 52,73 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin