Topic: Places Are parks important for a city?


Yeni il günü işləmək məcburiyyətində qalmağınız barədə nə düşünürsünüz?



Yüklə 52,73 Kb.
səhifə13/33
tarix28.11.2023
ölçüsü52,73 Kb.
#167724
1   ...   9   10   11   12   13   14   15   16   ...   33
Fatimə

8.Yeni il günü işləmək məcburiyyətində qalmağınız barədə nə düşünürsünüz?
Yeni il günü ölkəmizdə əlamətdar gün olduğu üçün qeyri-iş günü hesab olunur. Lakin bu dövlət sektorunda işləyənlərə aiddir. Özəl müəssisələrdə çalışan insanlar bayram günləri də işləməyə məcbur olurlar. Mənim fikrimcə bayram günləri özəl sektorlarda da ən azından yarım iş günü olarsa çox yaxşı olar. Çünki hər kəs bayramı ailəsi ilə birlikdə qeyd etmək istəyər.
9. Novruzu necə qeyd etdiniz?
Digər bayramlarda olduğu kimi, Novruz bayramını da ailəmlə birlikdə qeyd etdim. Ailəmlə gözəl süfrə ətrafında toplaşıb bayram sevincimizi bölüşdük. Bayram axşamında tonqal qalayıb ətrafına yığıldıq. Daha sonra bayramın maraqlı inanclarından biri olan qulaq falını etdim.
10.Novruz bayramında xoşunuza gələn nədir?
Novruz mənim ən sevdiyim bayramdır. Novruz bayramı çox rəngarəng və əyləncəli dir. Bu bayramda böyükdən-kiçiyə hər birimiz deyir, gülür, əylənir, birgə xoş anlar keçiririk. Keçəl və kosanın tamaşaları Novruza ayrı bir gözəllik qatır. Onlar öz gülməli söz-söhbətləri, əyləncəli oyunları ilə hər kəsə sevinc bəxş edir, bayramı unudulmaz edirlər. Novruzda ən sevdiyim adətlərdən biri də papaq atmaqdır. Maraq və həyəcanla papaq atıb gözləmək, daha sonra novruz sovqatını dostlarla bölüşmək olduqca gözəldir. Novruzun ən çox sevilən digər adəti tonqal qalamaq və üstündən tullanmaqdır. Qohum-qonşuların bir odun ətrafında toplanması, əylənməsi, bir-birinin sevincinə şərik olması həqiqətən gözəldir. Novruzda ürəklər də tonqallar kimi sevincdən alışıb-yanır, gözlər odun işıqları kimi qaranlıqda parlayır. Mən ən çox da yumurtaları boyamağı və yumurta döyüşdürməyi sevirəm. 
11. Novruzu adətən necə qeyd edirsiniz ?
Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına və baharın gəlişinə həsr olunur. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Ölkəmizdə Novruz bayramı böyük təmtəraqla qeyd olunur. Novruzun əsas atributlarından biri Novruz süfrəsidir. İnanclarımıza görə, süfrəyə düzülən nemətlər nə qədər bol, çeşidli olarsa, il bir o qədər bərəkətli olar. Novruz bayramında süfrənin əsas özəlliyindən biri də budur ki, süfrəyə şirin yeməklər qoyulmalıdır. Şirniyyatlardan paxlava, şəkərbura, şirin qoğal, badambura və s. saymaq olar. Bundan başqa, qovurğa qovrulur, müxtəlif şərbətlər, milli içkilərə yer verilir. Adətə görə, süfrəyə "s” hərifi ilə başlayan 7 növ ərzaq qoyulur. Tonqallar qalanır, insanlar onun üzərindən tullanaraq öz üzərlərində olan ağırlıqları odda yandırdıqlarını düşünürlər.


Yüklə 52,73 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin