11. Məşhurlar məşhur olmaqdan həzz alırmı? Mənim fikrimcə məşhur olmaq gözəl hissdir. Məşhurlar özləri də məşhur olmaqdan həzz alırlar. Çünki hər kəs səni sevir, hər kəs səni yaxından tanımaq istəyir. Məşhur insanlar çox şanslıdırlar, onları xüsusi bacarıqlarına görə insanlar tərəfindən sevilirlər.
12. Ən sevdiyiniz məşhur cütlük hansıdır? Azərbaycanlı məşhur cütlüklərdən ən çox Kənan MM və Aygün Şükürovanı sevirəm. Kənan MM Azərbaycanın məşhur rejissorlarından biridir. O öz peşəsini layiqincə yerinə yetirən, daima öz üzərində çalışan bir məşhurdur. Eyni zamanda onun həyat yoldaşı Aygün Şükürova gözəl səsi olan bir müğənnidir. Mənim fikrimcə bu cütlük bir-birinə çox yaraşır. Bu cütlüyün 2 oğlu və 1 gözəl qızı var.
13. Şəxsi həyatlarını gizli saxlamağa çalışan məşhurlara münasibətiniz necədir? Mənim fikrimcə zəngin olmaq çox gözəl bir şeydir. Lakin zəngin olub pul ilə, ad-san ilə insanları əzmək, onları zəif görmək düzgün deyil. Həyatda belə insanların sayı çoxdur. Onlar puldan başqa heçnə görmürlər. Ona görə də zəngin olsaydım əgər onlar kimi olmaq istəməzdim. Zəngin olub kimsəsiz uşaqlara, qocalara, himayəsiz qalan insanlara və küçə heyvanlarına yardım etmək istəyərdim.
14. Məşhurlara vermək istədiyiniz suallar varmı? Məşhurlarla görüşmək şansım olsaydı onları daha yaxından tanımağa çalışardım. Onların keçdikləri çətin həyat yolu, bu yolda qazandıqları, itirdikləri,mükafat aldıqları, qurban verdikləri nələr varsa onları öyrənmək istəyərdim. Məşhurlara sənətləri ilə bağlı gələcək planları haqqında suallar verərdim. Nə kimi yeniliklər etmək istəyərlər, bu yenilikləri nə zaman edəcəklər və s. kimi suallar verərdim.
15.Məşhurlar nümunə olmalıdırmı? Bəli, olmalıdır. Hər bir məşhur xüsusi bir bacarığına görə məşhur hesab olunur. Buna görə də həmin insanların o bacarıqları digər insanlar üçün nümunə olmalıdır. Lakin məşhur insan yalnız xüsusi bacarığı ilə deyil, həm də yüksək şəxsi keyfiyyətləri ilə insanlara nümunə olmalıdır.