5. Heç sizə ilham verən məşhur olubmu? Xeyr, heç bir məşhurdan ilham alıb hər hansısa bir işi görməmişəm. Lakin düşünürəm ki, onların həyatları heç də asan olmayıb. Məşhur olana qədər insanlar çox çətin həyat yolu keçirlər. Həyatda gördükləri çətinliklər onları daha güclü edib və onlar öz məqsədlərinə çatmaq üçün daha çox çalışıblar.
6. Məşhur insan olmaq necə bir şeydir? Mənim fikrimcə məşhur olmaq gözəl hissdir. Çünki hər kəs səni sevir, hər kəs səni yaxından tanımaq istəyir. Məşhur insanlar çox şanslıdırlar, onları xüsusi bacarıqlarına görə insanlar tərəfindən sevilirlər.
7.Məşhurların adi insanlarda olmayan nələri var? Məşhurlar hansısa bir xüsusi bacarıqlarına görə digər insanlardan fərqlənirlər. Məhz bu bacarıqları sayəsində onlar insan tərəfindən sevilirlər. Lakin nəticə etibarilə onlar da insandır. Mənim fikrimcə hər hansısa bir sahə üzrə olan xüsusi bacarıqlarından başqa onları digər insanlardan fərqləndirən xüsusiyyətləri yoxdur.
8.Məşhurlar işlərinə görə çox az, daha çox və ya düzgün maaş alırlar? Məncə bu tamamən onların işləməsindən asılıdır. Öz üzərində çox çalışan, çox əziyyət çəkən insanlar əziyyətlərinin bəhrəsini çox görürlər. Tənbəl insanlar isə təbii ki, öz üzərlərində çox çalışmadıqları üçün az maaş alırlar.
9. Sizcə zəngin olmaq necə olardı? Mənim fikrimcə zəngin olmaq çox gözəl bir şeydir. Lakin zəngin olub pul ilə, ad-san ilə insanları əzmək, onları zəif görmək düzgün deyil. Həyatda belə insanların sayı çoxdur. Onlar puldan başqa heçnə görmürlər. Ona görə də zəngin olsaydım əgər onlar kimi olmaq istəməzdim. Zəngin olub kimsəsiz uşaqlara, qocalara, himayəsiz qalan insanlara və küçə heyvanlarına yardım etmək istəyərdim.
10. Məşhur olmağın əslində kiminsə karyerası üçün pis olduğu vaxtlar olubmu? Hər bir insanın həyatında çətin dönəmlər olur. Əlbəttə ki, bu məşhurların həyatında da baş verib. Onlar məşhur olduqları üçün şəxsi həyatlarında, karyeralarında bir müddət problemlərlə üzləşmiş ola bilərlər. Sonda sözsüz ki, onlar öz həyatları üçün ən düzgün qərarı vermiş olurlar.