18.Is it enough for a husband/boyfriend to give flowers to his wife/girlfriend on her birthday? 19.What are the times of the year that you give gifts? 20.What are some of the things that you do not give as gifts in your country? 21.What do you think of people who give gifts?
Mövzular: Hədiyyələr 1.Hansı hədiyyələr verməyi xoşlayırsınız? Mənim fikrimcə hədiyyənin nə olmasının fərqi yoxdu. Mən hədiyyə verməyi çox sevirəm. Çünki kiməsə hədiyyə verdiyim zaman həmin insan sevinir. Başqa birini sevindirmək də məni çox xoşbəxt edir.
2. Heç nəyisə yenidən hədiyyə etmisiniz? Elə hədiyyələr olur ki onun mənəvi dəyəri yüksək olur. Hədiyyə verdiyim insan həmin hədiyyəni itiribsə və ya hədiyyə qırılıbsa o hədiyyəni ona yenidən almışam. Və mənim bu hərəkətim həmin insanı çox sevindirib.
3. Əgər hədiyyəni bəyənmirsinizsə, onu nə qədər saxlamalısınız? Mən əsasən alınan bütün hədiyyələri bəyənirəm. Çünki mənimçün hədiyyənin böyük və ya kiçik olmasının bir önəmi yoxdu. Vacib olan həmin insanın mənə qarşı olan diqqətidir. Həmin insan mənə sevmədiyim bir şeyi belə alsa, mən onu həmişə xatirə olaraq saxlayaram.
4. Evdən çıxanda evdə qalan ailənizə hansı hədiyyəni verəcəksiniz? Mən əgər evi müvəqqəti və ya bir dəfəlik tərk etməli olsam o zaman evdə qalan ailə üzvlərimə məni xatırladacaq və mənəvi dəyəri böyük olan hər hansısa bir əşyamı hədiyyə edərəm. Əminəm ki, mənim bu hədiyyəm ailə üzvlərimin xoşuna gələcək. Çünki onlar məni çox sevir və təbii ki mən də onları.
5. Ən son hədiyyəniz nə olub? Ən son aldığım hədiyyə gümüş sep olub. Qrup yoldaşım mənə bəyəndiyim bir sepi hədiyyə edib. Ən son verdiyim hədiyyə də dedektiv kitab olub. Dedektiv əsərlər sevən bir qrup yoldaşıma sevdiyi kitabı hədiyyə etmişəm.
6. Sevgilinizə ad günü üçün hansı hədiyyə verəcəksiniz? Sevgilim yoxdur. Amma olsa idi yəqin ki çox sevdiyi hər hansısa bir əşyanı hədiyyə edərdim. Elə bir hədiyyə ki, onun mənəvi dəyəri yüksək olsun.